Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏFƏNDİZADƏ Muxtar İsmayıl oğlu

    ƏFƏNDİZADƏ  Muxtar  İsmayıl  oğlu, Muxtar әfәndi (1.1.1880, Ağdaş r-nu, Şәmsabad k. – 17.10.1975, Bakı; Şәmsabadda dәfn olunmuşdur) – maarif xadimi, müәllim, şәrqşünas-tәrcümәçi. Azәrb.-da milli azadlıq hәrәkatının fәal iştirakçısı. AXC Parlamentinin üzvü (1919). İlk tәhsilini atasından almış, 9 il mәdrәsәdә, daha 9 il Ağdaş, Şәki, Quba, Bakı, Şamaxı alimlәrinin yanında tәhsil almışdır. Ə. uşaqlar üçün yeni tәlim vә tәdris üsulu әsasında “Oxu” dәrsliyini hazırlamış, “Kimsәsiz uşaqlar evi”, “Yaşlılar üçün kurs” (1906), “Darülirfan” mәktәbi (1906), qiraәtxana (1906), teatr (1908), “Sәadәt” adlı qız mәktәbi (1909) açmışdır. Qubada tәşkil etdiyi üsuli-cәdid mәktәbindә dәrs demiş, bu tip mәktәblәr üçün “Şәraye-ül-islam” kitabını (1911) yazmışdır. 1918 ildә Göyçay vә Ağdaşa ermәni-daşnak hücumları zamanı 200 nәfәrlik dәstә tәşkil edәrәk, döyüşlәrdә iştirak etmişdir. Ə. Azәrb. Milli Şurasının “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”una әsasәn Ərәş qәzasından AXC parlamentinin tәrkibinә daxil edilmiş, “Əhrar” fraksiyasının üzvü olmuşdur. AXC-nin süqutundan sonra hәbsә alınaraq Qazax.-a sürgün edilmişdir. 1929 ildә Tiflisdә Yol Mühәndislәri İn-tunda müәllim işlәmişdir. 1934 ildә Rusiyanın Kirov vil.-nә sürgünә göndәrilmişdir. Sürgündәn qayıtdıqdan (1939) sonra A.Bakıxanov ad. Tarix İn-tunda tәrcümәçi vә ADU-da әrәb vә fars dili müәllimi işlәmişdir (1944–50). Dәrsliklәr yazmış, fars vә әrәb dillәrindәn bir sıra qiymәtli mәnbәlәri (Mirxondun “Pövzәt әs-sәfa”, İsgәndәr Münşinin “Tarixi-alәm arayi Abbasi”, İbn әl-Əsirin “әl-Kamil fi-t-tarix”, Sәdinin “Gülüstan” vә s.) Azәrb. dilinә tәrcümә etmişdir. Ə.-nin “Miftah ül-lisan ülәrәb” (“Ərәb dilinin açarı”; 1947) kitabı SSRİ-dә ali mәktәb tәlәbәlәri üçün ilk әrәb dili dәrsliklәrindәndir. Ağdaş ş.-ndә küçә vә Şәmsabad kәnd orta mәktәbi Ə.-nin adını daşıyır.

    Əd.: Ağayev A. Muxtar Əfәndi. B., 1994.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç