Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EKVADORLULAR

    EKVADORLULAR, e k u  a d o r l u l a r (özlәrini ekuatorianos adlandırırlar) – Ekvadorun әsas әhalisi. Sayları 6730 min nәfәrdir; onlardan 6,6 mln. nәfәri Ekvadorda yaşayır. Hәmçinin AFR-dә, ABŞ-da, Latın Amerikasının digәr ölkәlәrindә mәskunlaşmışlar. İspan dilindә danışırlar, keçua dili dә yayılmışdır. Dindarların әksәriyyәti xristiandır.

    16 әsrin әvvәllәrindә, İspaniya işğalları әrәfәsindә yerli hindi tayfa birlәşmәlәri inklәr tәrәfindәn fәth olundular. Bәzi tayfalar ispanların tәrәfindә inklәrin darmadağın olunmasında iştirak etdilәr. İspaniya hakimiyyәti dövründә (1534–1822) hindilәrin böyük hissәsi keçua dilinә (runa-şimi, şm. dialekti) keçdi. Lokal variantları (hindilәrә әn yaxını çolo) olan ispan-hindi metis qrupu formalaşdı. İspaniyadan gәlmә mәmurlarla yanaşı, kreollar yüksәk sosial tәbәqәni tәşkil etdilәr. İspan ağalığından azad olduqdan (1822) sonra Ekvador әrazisi Kito vil. adı ilә Böyük Kolumbiyanın tәrkibinә daxil oldu; 1830 ildәn müstәqil Ekvador Respublikasıdır.

    Millәtin özәyini Avropa tipli mәdәniyyәtә meyil edәn ispan-hindi metislәr tәşkil edir. “Әsl ağlar”, әsasәn, şәhәrlәrdә yaşayırlar. Şimal sahilyanı әrazidә (mәrkәzi San-Lorenso ş.) zәnci-mulatların kompakt qrupu yaşayır; onların içәrisindә 1623 ildә qul gәmisindәn qaçmış vә hindilәrlә qarışmış zәncilәrin nәsillәri olan montuvio xüsusi etnik qrupu var.

     Еквадорлу мяктяблиляр

    Әsas mәşğuliyyәtlәri ölkәnin әn inkişaf etmiş r-nu olan sahilyanı Kostada әmtәә әkinçiliyidir (banan, qәhvә, kakao). Sәnaye (xüsusilә neftçıxarma) inkişaf edir. Kәnd yerlәrindә әnәnәvi icma әlaqәlәri: ev tikintisi, yol çәkilmәsi, tarlaların becәrilmәsi zamanı qarşılıqlı yardım (minqa) qalmaqdadır. Әnәnәvi evlәri sahilyanı tropik r-nlarda vә Oryentedә çox vaxt dirәklәr üzәrindә yüngül taxta komalar, dağlıq yerlәrdә isә çiy kәrpicdәn tikilәn evlәrdir. Yemәklәrinin әsasını qarğıdalı, kartof, qoyun әti, tropik r-nlarda isә qarğıdalı, banan tәşkil edir. Әnәnәvi inanclarının qalıqları, folklor saxlanılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV