EKVATORİAL İQLİM – ekvatorial zonaların alçaq tәzyiqinin il әrzindәki tәsiri altında yaranan iqlim. Fәrqlәndirici xüsusiyyәti yüksәk temp-r (ortaillik temp-r 24– 28°C-dir) şәraitindә qurunun bol tropik yağışları (ildә 3000 mm-ә qәdәr vә daha çox) hesabına izafı rütubәtlәnmәsidir. İllik temp-r amplitudu tәqr. 2–3°-dir. Temp-run vә yağıntının illik gedişindә iki maks. (yaz vә payız gecә-gündüz bәrabәrliyi dövrlәrindә) qeyd olunur. E.i. rütubәtli ekvatorial meşәlәrin yetişmәsinә vә qiymәtli tropik bitkilәrin (banan, ananas vә s.) becәrilmәsinә şәrait yaradır.