EKVATORİAL QURŞAQ – ekvatorunhәr iki tәrәfindә 5–8° şm.e. ilә 4–11° c.e. arasında Yerin coğrafi qurşağı. Subekvatorial qurşaqlar arasındadır. Bәzi coğrafiyaşünaslar onu tropik qurşağa daxil edirlәr. E.q. radiasiya balansının böyüklüyü (ildә quru üzәrindә 70–80 kal/sm2 vә daha çox, okean üzәrindә 120 kkal/sm2-ә qәdәr), temp-run daim yüksәk olması, illik yağıntının çoxluğu, biogeokimyәvi vә geomorfoloji proseslәrin intensivliyi ilә sәciyyәlәnir. Düzәnliklәrdә orta aylıq temp-r 24–28°C-dir. Yer üzәrindә әn az illlik temp-r amplitudu (2–3°) E.q.-dadır. Nisbi rütubәtlilik 80–95%-dir. Güclü konveksiya ilә әlaqәdar günortadan sonra müntәzәm yağışlar yağır (ildә 1500–3000 mm, dağların külәktutan yamaclarında 10000 mm-ә qәdәr). Yağıntılar, demәk olar ki, hәmişә vә hәr yerdә buxarlanmadan çox (ildә 1000–1500 mm) olduğundan izafi rütubәtlәnmә üçün şәrait yaranır. İqlim şәraiti ilә әlaqәdar E.q.-ın çayları çoxsululuğu vә su sәrfinin nisbәtәn az dәyişmәsi (hövzәsi digәr qurşaqlarda olan böyük çaylardan başqa) ilә fәrqlәnir. Geomorfoloji vә biogeokimyәvi proseslәrin son dәrәcә intensivliyi burada qalın aşınma qabığının yaranmasına sәbәb olmuşdur. Әsasәn, qırmızı-sarı ferrallitli (lateritli) torpaqlar yayılmışdır. Әrazi rütubәtli ekvatorial meşәlәrlә (hiley, selvas) örtülüdür. Çoxlu liana vә epifit var. Dәniz sahillәri manqr meşәlәridir. Kauçuklu bitkilәr, kakao ağacı, çörәkağacı vә s. çoxdur. Heyvanları meymunlar, yarımmeymunlar, bәzi qarışqayeyәnlәr, oxlu kirpi, әrincәklәr, uçan sincab, tapir, kәrgәdan, begemot, fil vә s.-dәn ibarәtdir.
E.q.-ın düzәnliklәri iki tәbii yarımzonaya ayrılır: h ә m i ş ә y a ş ı l r ü t u b ә t l i e k v a t o r i a l m e ş ә l ә r z o n a s ı vә qısa quraqlıq dövrü keçirәn ekvatorial meşәlәr zonas ı. Yuxarıda verilәn xarakteristika, әsasәn, birinci yarımzonaya aiddir. İkinci yarımzonada kontinental passatların tәsiri ilә qısa müddәtdә (2–3 ay) yağıntının azalması (30 mm-dәn az) dövrü müşahidә olunur. Quraqlıq dövründә temp-r artır (orta aylıq temp-r 29°C-yәdәk), nisbi rütubәt azalır (75%-dәk). Hәmişәyaşıl rütubәtli ekvatorial meşәlәr yarımzonasında meşә sәnayesi, balıqçılıq, ovçuluq vә ibtidai әkinçilik inkişaf etmişdir. Bu, Yer kürәsinin әn az mәnimsәnilmiş vә öyrәnilmiş (xüsusilә Cәnubi Amerikada) sahәlәrindәndir. E.q.-ın dağlarında yüksәkliyә görә temp-run azalması, yağıntının xarakterinin dәyişmәsi, külәyin sürәtinin artması vә s. ilә әlaqәdar 3000–3500 m- dәk yüksәklikdә tyerra kalyente, tyerra templada vә tyerra fria dağ hiley qurşaqları, bundan yuxarıda spesifik yüksәk dağlıq-ekvatorial qurşaq – paramo, 4300– 4800 m-dәn yuxarıda isә nival qurşaq yerlәşir.