Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EKVATORİAL QVİNEYA

    EKVATORİÁL QVİNÉYA, E k v a  t o r i a l  Q v i n e y a  R e s p u b l  i k a s ı (República de la Guinea Ecuatorial)

                                                           Ümumi mәlumat

    Ekvatorial Afrikada, Qvineya körfәzi sahilindә dövlәt. Materik hissәdәn (Rio-Muni), Bioko a.-ndan vә bir sıra xırda adadan (Korisko, Annobon, Böyük Elobey, Kiçik Elobey vә s.) ibarәtdir. Rio-Muni şm.-da Kamerunla, ş.-dә vә c.-da Qabonla hәmsәrhәddir. Sah. 28 min km2. Әh. 1,17 mln. (2010). Paytaxtı Malabo ş.-dir. Rәsmi dil ispan vә fransız dillәri, pul vahidi Afrika frankıdır. İnzibati cәhәtdәn 7 әyalәtә bölünür.

    E.Q. BMT-nin (1968), ABT-nin (1968) üzvüdür. 

                                                             Dövlәt quruluşu

    E.Q. respublikadır. Dövlәt vә hökumәt başçısı 7 il müddәtinә seçilәn pre zidentdir. 1982 il konstitusiyası prezidentә nazirlәri tәyin vә işdәn azad etmәk, Nümayәndәlәr palatasını buraxmaq, müqavilә bağlamaq vә onu ratifikasiya etmәk, parlament seçkilәrini tәyin etmәk vә s. sә lahiyyәtlәr verir. Prezident eyni zamanda silahlı qüvvәlәrin Ali baş komandanı vә müdafiә naziridir. Baş nazir prezident tәrәfindәn tәyin olunur vә onun müәyyәn etdiyi sәlahiyyәtlәr çәrçivәsindә fәaliyyәt göstәrir. Dövlәt şurası prezidentin ölümü, yaxud fiziki yoxluğu şәraitindә onun funksiyalarını müvәqqәti icra edir.

    Qanunverici orqan proporsional nümayәndәlik әsasında çoxmandatlı seçki dairәlәri üzrә 5 il müddәtinә seçilәn 100 üzvdәn ibarәt Xalq nümayәndәlәri palatasıdır (Cámara de Representantes del Pueblo).

    Mәhkәmә sisteminә Ali mәhkәmә (prezident vә onun hüquqi mәslәhәtçilәri), apelyasiya mәhkәmәsi, bölmәlәrin vә yerli magistratların baş hakimlәri daxildir.Mәhkәmә sistemindә qәbilә adәt vә qanunları nәzәrә alınır.

    Әsas siyasi partiyalar: Ekvatorial Qvineya Demokratik Partiyası, Sosial Demokratiya Uğrunda Birlik Partiyası, Xalq Birliyi Partiyası vә s.

                                                                    Tәbiәt

    Materik hissәsinin sәthi yayla (hünd.600–900 m, maks. 1200 m), sahil boyu ovalıqdır. Ölkәnin әn yüksәk nöqtәsi (3008 m, Malabo d.) vulkan mәnşәli Bioko a.-ndadır. Faydalı qazıntıları: manqan, uran, neft. İqlimi rütubәtli ekvatorialdır. Orta aylıq temp-r 24–28°C-dir. İllik yağıntı 2000 mm, adalarda 2500 mm-dәk dir. Çayları çoxsulu vә astanalıdır; yalnız aşağı axınları gәmiçiliyә yararlıdır. Әsas çayı Mbinidir.

     Биао даьында вулканик эюл. Биоко адасы

    T o r p a q l a r , b i t k i ö r t ü y ü v ә h e y v a n l a r a l ә m i. Qırmızı-sarı lateritli torpaqlar üstün lük tәşkil edir. Әsasәn, sönmüş vulkan külündәn әmәlә gәldiyi üçün әrazidәki tor paqlar mikroelementlәrlә zәngindir. Bu sәbәbdәn bitkilәr, xüsusilә ağaclar vә üzüm tәnәklәri sürәtlә böyüyür. Bitki örtüyü hәmişәyaşıl rütubәtli ekvatorial meşәlәrdәn (150-dәn artıq qiymәtli ağac cinslәri, o cümlәdәn yağ vә kokos palmaları, dәmirağac, okume vә s.) ibarәtdir. Monte-Rayses Milli parkı, Piko-de-Canta-İsabel qoruğu var. Heyvanlar alәmi zәngin vә müxtәlifdir. Burada meymunların müxtәlif növlәrinә, fil, bә bir, antilop, qaz, bataqlıq qun duzu, süleysin, yarasa ,man qust, sincab vә b. heyvanlara rast gәlinir. Çoxlu ilan, quş, hәşәrat vә hörümçәkkimilәr vardır. Quşlardan tutuquşu,na dir quşlardan bananyeyәnlәr, şanapipiklәr, turako yayılmışdır.

                                                                              Әhali

    Әhalinin ümumi sayı 700 min nәfәrdir (2010). Yerli xalqların әksәriyyәti bantuların törәmәlәridir. Әn böyük etnik qrupları fanqlar (80%) vә bubilәrdir (15%). Fanqlar, әsasәn, ölkәnin şm. hissәsindә (Rio-Munidә) yaşayırlar; bubilәr isә Bioko a.-nın qәdim yerli sakinlәridir. Digәr xalqlar әhalinin 5%-ini tәşkil edir. Dindarları xristiandır; bütpәrәstlәri dә var. Әhalinin ortaillik artımı 2,5%-dir. Doğum sәviyyәsi 1000 nәfәrә 34,3, ölüm sәviyyәsi 1000 nәfәrә 8,6 nәfәrdir (2013). Әhalinin yaş  tәrkibi: 14 yaşadәk – 39,2%, 15 yaşdan 64 yaşadәk – 57,9%, 65 yaşdan yuxarı – 2,9%. Orta yaş hәddi 19,2 ildir. Gözlәnilәn orta ömür müddәti 63,1 ildir (kişilәrdә 62; qadınlarda 64,1 il). Әhalinin sıxlığı 1 km2-dә 25,1 nәfәrdir (2013). Şәhәr әhalisi 39,5%, urbanizasiya sәviyyәsi 3,2% tәşkil edir (2011). Paytaxtı Malabo ş.-dir – 137 min nәfәr (2011).

                                                               Tarixi oçerk

    E.Q.-nın qәdim tarixi zәif öyrәnilmişdir. Müstәmlәkә dövründәn әvvәl әrazinin әsas sakinlәri bantu dil ailәsinә mәnsub piqmeylәr, fanqlar vә bubilәr idilәr. 1472 ildә kapitan Fernando Ponun başçılıq etdiyi Portuqaliya ekspedisiyası Qvineya körfәzindә әvvәl Formoza (sonralar bu ad Tayvana verilmişdir), sonra isә onu aşkar edәn şәxsin şәrәfinә Fernando-Po (indiki Bioko a.) adlandırılan yeni ada kәşf etdi. 1592 ildәn portuqallar adanın müstәmlәkәlәşdirilmәsinә başladılar. 1642–48 illәrdә Hollandiya adaya sahib olmağa cәhd göstәrdi. San-İldefonso (1777) vә El-Pardo (1778) müqavilәlәrinә görә, Portuqaliya Sakramento koloniyası vә Qvineya körfәzindә azad ticarәt hüququ müqabilindә adanı vә materikdә Rio-Muni әrazisini İspaniyaya güzәştә getdi (1778). Lakin Rio-Muniyә göndәrilәn ispan ekspedisiyası yerli bubi tayfası tәrәfindәn mәhv edildi. 1827 ildә ingilislәr Fernando-Po a.-nı tutaraq burada Klarens-Taun (indiki Malabo) ş.-nin әsasını qoydular. 1843 ildә ispanlar adanı geri qaytardılar, 1856 ildә isә Rio-Munini işğal etdilәr. Dağlara sıxışdırılan bubilәrin İspaniya ağalığına qarşı 1898 ildә Rio-Munidә, 1906 ildә isә Fernando-Poda üsyanları ispanlar tәrәfindәn yatırıldı. 1926 ildә Rio-Muni, Fernando-Po, Elobey, Annobon vә Korisko müstәmlәkәlәrinin birlәşdirilmәsi nәticәsindә İspaniya Qvineyası yaradıldı. Fernando-Po a.-nda Nigeriyadan gәtirilmiş minlәrlә işçinin çalışdığı iri kakao plantasiyaları salındı.

     Мбини чайы.

    1936 ilin iyulunda İspaniyada vәtәndaş müharibәsi başlayan zaman İspaniya Qvineyası Madrid hökumәtinә sadiq qalsa da, Frankonun tәrәfinә keçmiş Müstәmlәkә qvardiyası sentyabrın 18-dә Fernando-Po a.-nda üsyan qaldırdı vә adanı nәzarәti altına aldı. Oktyabrın 14-dә qiyamçılar materik hissәyә çıxdılar vә müstәmlәkәni bütünlüklә әlә keçirdilәr. 1959 ildә Qvineya körfәzindәki ispan mülklәri “İspaniyanın Ekvatorial regionu” adı altında İspaniyanın dәnizaşırı әrazilәri statusunu alaraq Fernando-Po vә Rio-Muni әyalәtlәrinә bölündü. 1963 ildә bu әyalәtlәr “Ekvatorial Qvineya”da birlәşdirildi, ona daxili muxtariyyәt hüququ verildi. 1968 ilin martında ölkә millәtçilәrinin vә BMT-nin tәzyiqi ilә İspaniya E.Q.-ya müstәqillik verәcәyini bәyan etdi. Bu mәqsәdlә çağırılmış konstitusiya konventi seçki qanunu vә konstitusiya layihәsi hazırladı. 1968 il avqustun 1-dә BMT müşahidәçilәrinin iştirakı ilә keçirilmiş referendumun nәticәlәrinә görә, seçicilәrin 63%-i konstitusiyanın lehinә sәs verdi. 1968 ilin sen- tyabrında Masias Nqema Biyoqo E.Q.-nın ilk prezidenti seçildi, oktyabrın 12-dә isә müstәqil Ekvatorial Qvineya Respublikası elan olundu. Müstәqillik elan olunanadәk E.Q. Afrikada adambaşına düşәn gәlir hәcminin yüksәk (332 dollar) olduğu ölkәlәrdәn biri idi. Nqemanın hakimiyyәti dövründә bütün hәyat sahәlәri tәnәzzülә uğradı. Xarici siyasәtdә Nqema İspaniya vә ABŞ-la әlaqәlәri kәsdi (1970) vә sosialist ölkәlәrә istiqamәt götürdü. 1970 ilin iyulunda ölkәdәki bütün partiyaları buraxaraq Vahid Milli Zәhmәtkeşlәr Partiyasını yaratdı, 1971 ilin mayında konstitusiyanın әsas maddәlәrinin fәaliyyәtini dayandırdı. 1973 ildә Nqema özünü ömürlük prezident elan etdi. O, müstәmlәkә dövründә obyektlәrә verilmiş adların әsl Afrika adları ilә әvәzlәnmәsi üçün “orijinallıq” kampaniyasına başladı. Paytaxt Santa-İsabelin adı dәyişdirilәrәk Malabo, Fernando-Po a.-nın adı Masias Nqema Biyoqo (1973), Annobon a.-nın adı Palaqu qoyuldu. Nqema bütün ölkә әhalisinin Avropa adlarını atıb Arika adları qәbul etmәlәrinә dair sәrәncam verdi; öz adı da bir neçә dәfә dәyişdirildi. 1975 ildә ölkәdәki bütün mәktәblәr, 1978 ildә isә bütün kilsәlәr bağlandı. 1979 il avqustun 3-dә Nqema Biyoqonun qardaşı oğlu, müdafiә nazirinin keçmiş müavini Teodoro Obianq Nqema Mbasoqonun başçılığı ilә hәrbi çevriliş baş verdi. Biyoqo güllәlәndi. Hakimiyyәtә gәlәn Nqema Mbasoqo islahatlara başladı. Ma- sias Nqema Biyoqo a.-nın adı dәyişdirilәrәk Bioko adlandırıldı. 1979 ilin oktyabrında millilәşdirilmiş mülkiyyәtlәrin (plantasiyalar, müәssisәlәr, mağazalar vә s.) böyük hissәsi keçmiş sahiblәrinә qaytarıldı. Tezliklә İspaniya vә ABŞ-la әla- qәlәr bәrpa olundu, şelfdәn neft hasilatına başlanıldı. 1982 ildә siyasi azadlıqları elan edәn yeni konstitusiya qәbul olundu. 1990- cı illәrdә müxalifәtçilәrin kütlәvi hәbslәri başladı, onların çoxu öldürüldü, faktiki olaraq Teodoro Obianq Nqema Mbasoqonun diktaturası quruldu. 1996 il fevralın 25-dә müxalifәtin boykot etdiyi prezident seçkilәrindә vahid namizәd olan Teodoro Obianq Nqema 97,8% sәs topladı.2002 il dekabrın15-dә keçirilәn seçkilәrdә dә o, 97,1% sәs toplayaraq yenidәn prezident seçildi. 2004 vә 2009 illәrdә ölkәdә uğursuz çevriliş cәhdlәri oldu.

      1979-cu il hярби чеврилишиндя щялак олмуш ясэярляря уъалдылмыш абидя.
                                                                                                                                         Бата шящяри.

    2004 il  noyabrın 11-dә E.Q. ilә Azәrb. Resp. arasında diplomatik әlaqәlәr quruldu.

                                                                               Tәsәrrüfat

    İqtisadi baxımdan zәif inkişaf etmiş aqrar ölkәdir. Adambaşına düşәn ÜMM ildә 380 dollar tәşkil edır. ÜDM-dә k.t.-nın payı 46,2%, әnayeninki 26,2%-dir. İqtisadiyyatın әsasını ixracyönümlü k.t. mәhsullarının vә ağac tәdarükünün istehsalı tәşkil edir. Ölkә әrazisinin 8,8%-i becәrilir; 3,7%-ini çәmәnliklәr vә otlaqlar, 65,2%-ini isә meşәlәr tәşkil edir.

    S ә n a y e, әsasәn, palma yağı hazırlayan vә balıq emal edәn kustar müәssisәlәrlә tәmsil edilir; taxta-şalban tәdarükü, ağac emalı vә s. var. Elektrik enerjisinin istehsalı ildә 205 mln. kVt/s-dır.

    K ә n d   t  ә s ә r r ü f a t ı. Rio-Muni әra- zisindә, әsasәn, dincә qoyulmuş torpaqlarda toxa әkinçiliyi, Bioko a.-sında isә plantasiya tәsәrrüfatları inkişaf etmişdir. İxrac üçün kakao (ildә 4,5 min t; Bioko a.- sında), qәhvә (ildә 7 t; әsasәn, Rio-Munidә), hәmçinin banan, yağ vә kokos palmaları, tütün yetişdirilir. Maniok, çәltik, yerfındığı, yams, şәkәr qamışı, tәrәvәz vә s. becәrilir. Meşәlәrdәn yabanı yağlı palmanın meyvәlәri vә kauçuklu bitkilәrin şirәsi yığılır. Heyvandarlıq zәif inkişaf etmişdir. Balıqçılıq (әsasәn, tuna), krevet ovu vә ağac tәdarükü (ildә 700 min m3-dәn yuxarı qiymәtli oduncaq növlәri) var.

    N ә q l i y y a t. D.y.-ları yoxdur. Avtomobil yollarının uz. tәqr. 3 min km-dir (o cümlәdәn 19%-i bәrk örtüklüdür). Ölkә avtoparkı 6,5 min minik avtomobillәri, 4 min yük maşını vә avtobuslardan ibarәtdir. Әsas dәniz portları Bata vә Malabodadır. Kakao, qiymәtli oduncaq növlәri
    vә qәhvә ixrac edilir. Әsas xarici ticarәt ortaqları Kamerun vә Aİ ölkәlәridir.

     Малабо порту.

                                                                Silahlı qüvvәlәr

    Әsasını Milli qvardiya (1,3 min nәfәr) tәşkil edәn silahlı qüvvәlәr (SQ) 6 zirehli kәşfiyyat-gözәtçi maşını, 10 zirehli transportyor, nәqliyyat tәyyarәlәri vә helikopterlәrlә silahlanmışdır. SQ çağırış әsasında 18 yaşına çatmış kişilәrdәn komplektlәşdirilir; hәqiqi hәrbi xidmәt müddәti 2 ildir.Sәfәrbәrlik ehtiyatları 112,7 min nәfәr, o cümlәdәn hәrbi xidmәtә yararlı olanlar 57,2 min nәfәrdir. Hәrbi xәrclәr (7,3 mln. ABŞ dolları) ÜDM-in 0,1%-ini tәşkil edir (2006).

                                                                          Sәhiyyә

    Q.-da sәhiyyәyә qoyulan ümumi xәrc UMM-in 4%-ni tәşkil edir, hәr adambaşına görә orta xәrc 16,43 beynәlxalq dollardır (2011). Doğulanların orta ömrü kişilәrdә 53, qadınlarda 55 il tәxmin edilir (2011). 5 yaşa qәdәr uşaqlar arasında ölüm sayı hәr 1000 doğulana nisbәtdә 100-dür (2012).15–60 yaşlarda ölüm ehtimalı hәr 1000 nәfәrә kişilәrdә 363, qadınlarda 331 nәfәrdir (2011).

     Санта-Исабел бюйцк килсяси. 1916. Малабо шящяри.

                                                                   Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri

    Tәhsil sistemi Elm vә Tәhsil Nazirliyinin tabeliyindәdir. Mәktәbәqәdәr tәhsil müәssisәlәri uşaqların 74%-ini әhatә edir. Tәhsil müddәti ibtidai mәktәblәrdә 5 (87% şagird), natamam orta mәktәblәrdә 4, tam orta mәktәblәrdә 7 ildir. 6–14 yaşlı uşaqlar üçün tәhsil icbari vә pulsuzdur. 15–24 yaşlı әhalinin (qadınlar 98,4, kişilәr 97,7%)98%-i savadlıdır (2012).

     Монте Ален Милли Паркы

    Ölkәnin ilk un-ti olan Milli Un-tin (1995) әsas kampusu Malaboda, tibb fakültәsi isә Batadadır. Un-tin nәzdindә bir neçә ali mәktәb (k.t. elmlәri, balıqçılıq vә meşә tәsәrrüfatı, pedaqoji, tibb, biznes, mühәndislik vә s.) fәaliyyәt göstәrir. Malabo vә Bata şәhәrlәrindә İspaniya Milli distant tәhsil un-tinin vә Milli kollecin kampusları var. İspan-Qvineya, İspan-Malabo mәdәniyyәt mәrkәzlәri әhalinin maariflәnmәsi istiqamәtindә xidmәt göstәrir.

    Kütlәvi informasiya vasitәlәrinin әksәriyyәti dövlәt nәzarәtindәdir. İki dövlәt (Malabo vә Batada) vә bir özәl (Malabo) televiziya stansiyası, üç dövlәt (“Radio Malabo”, “Radio Bata”, “Voie de Kie Ntem”) vә beş özәl radiostansiya fәaliyyәt göstәrir (2003). Peyk televiziya xidmәti mövcuddur. Bir neçә müstәqil qәzet (“La Gaceta de Guinea Ecuatorial”, “El Tiem- po”, “La Opinión”, “El Ebano”, “La Verdad”, “La voz del pueblo”) vә jurnal buraxılır. İnternet istifadәçilәrin sayı 13,9% tәşkil edir (2012). “Africa Coast to Europe” (ACE) okeanaltı kabel sistemi Qәrbi Afrika ölkәlәrinin bir-biri ilә, hәmçinin Portuqaliya vә Fransa ilә kommunikasiya әlaqәlәrini tәmin edir.

                      Бата шящяриндян эюрцнцш.                        

                                                             Musiqi

    Ölkә mәdәniyyәti, o cümlәdәn musiqisi digәr Afrika ölkәlәri ilә müqayisәdә az öyrәnilmişdir. E.Q.-nın himninin (1968) müәllifi A.N.Miyonedir. Sitra vә quslinin sintezi olan mvet musiqi alәti geniş yayılmışdır. Alәtin gövdәsi bambukdan hazırlanır, 15-ә yaxın simi var. Üzәrinә heyvan dәrisi çәkilmiş taxta qutu – tam-tam E.Q.-da çox populyardır. Onun müxtәlif hündürlüklü klavişlәrdәn ibarәt növü dә var. Ağacdan düzәldilәn musiqi alәtlәri, bir qayda olaraq, heyvan rәsmlәri vә hәndәsi fiqurlarla bәzәdilir. E.Q.-nın populyar musiqisindә panafrika üslubları olan soukous vә Makossa reqqi vә rok-n-roll qәdәr mәşhurdur. İspan modeli әsasında qurulmuş gitara yerli xalqların әnәnәvi musiqi alәtidir. Rәqslәri (balele, ibanqa) çox vaxt sanza, ksilofon, tәbil, sitra vә arfadan istifadә edәn üç, yaxud dörd nәfәrlik orkestr müşayiәt edir. Xalq musiqisinin populyarlaşmasında E.M.Ndonq vә b.-nın mühüm rolu olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV