ƏFƏNDİZADƏ Mustafa Mәmmәd oğlu (26.3.1898, Quba r-nunun Cimi k. – 19.7.1963, Bakı) – Azәrb. gigiyenisti. Tibb e.d. (1934), prof. (1940), Azәrb. SSR әmәkdar hәkimi (1942) vә әmәkdar elm xadimi (1943). Azәrb.-da gigiyena elminin banilәrindәn biridir. Xarkov Un-tinin tibb fakültәsini bitirmişdir (1925). Azәrb. Dövlәt Tibb İn-tunda ümumi gigiyena kafedrasının müdiri (1939–63), eyni zamanda in-tun tәdris işlәri üzrә prorektoru (1938–39, 1941–43), elmi işlәr üzrә prorektoru (1943, 1956–58) olmuşdur. Tәdqiqatları, әsasәn, atm.-in sanitariya mühafizәsinә, su vә su tәchizatı gigiyenasına, ana vә uşaqların sağlamlığının mühafizәsinә, resp. kurort sәrvәtlәrinin gigiyenik cәhәtdәn qiymәtlәndirilmәsinә vә s. hәsr olunmuşdur. Qırmızı Ulduz ordeni ilә tәltif edilmişdir.