ƏFƏNDİZADƏ Rәcәb Əsәdulla oğlu (1893, Şәki – 20.12.1956, Bakı) – maarif xadimi, pedaqoq-alim, yazıçı vә tәrcümәçi. Şәkidә altısinifli şәhәr mәktәbindә (1902–10), Qori müәllimlәr seminariyasında (1910–14) tәhsil almış, Azәrb. Dövlәt Untinin pedaqogika fakültәsini bitirmişdir (1930). Göyçay şәhәr mәktәbindә (1914–15), Şәki kişi-qadın gimnaziyasında müәllim (1915–22), Şәki Pedaqoji Texnikumunda (1922–27), Tiflis Pedaqoji Texnikumunda (1928–29) direktor, Ali Pedaqoji İn-tda müәllim vә dosent (1929–34), Azәrb. Dövlәt Qiyabi Pedaqoji İn-tunda tәdris vә elmi işlәr üzrә direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–49) işlәmişdir. “Türk qiraәti” (1918) dәrsliyini nәşr etdirmiş, “İş otağı” (1933), “Müәllimlәrin ixtisasını artırma işinin tәşkili” (1934), “Fiziki coğrafiya” (1935), “İzahlı pedaqoji lüğәt” (1939), “Şagirdlәrin fiziki tәrbiyәsi vә hәrbi hazırlığı” (1942), “Uşaqlarda sәhiyyә vәrdişlәri tәrbiyәsi” (1947) vә s. әsәrlәri ilә Azәrb.-da xalq maarifi vә tәrbiyә işinin elmi-metodiki әsaslar üzәrindә qurulmasında mühüm rol oynamışdır. Avropa vә rus pedaqogikasının klassiklәri Y.A.Komenski, İ.H.Pes talotsi, K.D.Uşinskinin pedaqoji fikirlәrini Azәrb. pedaqogikasına Ə. daxil etmişdir. Ali vә orta mәktәblәr üçün Moskvada nәşr olunan “Psixologiya” vә “Pedaqogika” dәrsliklәrinin ilk tәrcümәçisidir. Ə. bәdii yaradıcılıqla da mәşğul olmuş, uşaqlar üçün “İnsanlar birbirinә möhtacdır” (1911), “Gimnazist Vahid” (1911) vә s. hekayәlәrini, “Axır çәrşәnbә” (1913) pyesini yazmışdır.