ƏFƏTLİ – Azәrb. Resp. Ağdam r-nunda kәnd. Əfәtli ә.d.-nin (Əfәtli, Hacımәmmәdli, Hacıturalı, Hәsәnxanlı, İsalar, Küdürlü, Qәhrәmanbәyli, Mәmmәdbağırlı k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 14 km ş.-dә, Qarqar çayının sol sahilindәn 2 km aralı, Ağdam–Ağcabәdi avtomobil yolu kәnarında, Qarabağ düzündәdir. Əh. 1349 (2015); taxılçılıq, heyvandarlıq vә tәrәvәzçiliklә mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, klub, kitabxana, tibb mәntәqәsi var.