“ƏFKARİ-MÜTƏƏLLİMİN” (“Tәlәbәlәrin/şagirdlәrin fikirlәri”) – aylıq әdәbitarixi, elmi jurnal, “Türk müәllimlәr cәmiyyәti”nin orqanı. Jurnalın sәdri Aslan bәy Sәfikürdski, katibi isә İsgәndәr Orucov idi. İlk nömrәsi 1919 il fevralın 14-dә, 4-cü nömrәsi isә hәmin il mayın 8-dә Gәncәdә çıxmışdır (cәmi 4 nömrә).Hәcmcә “Molla Nәsrәddin” jurnalından kiçik olan “Ə.-m.”-dә elmi mәqalәlәrә vә istiqlal mövzusunda şeirlәrә üstünlük verilirdi. Davud Gәncәli (şeirlәrin müәllifi), Xuraman Ağazadә, Asiya Axundzadә, Mirzә Abbas, Baba Cәbrayılzadә, Hüseyn Sәmәdzadә vә b. jurnalla әmәkdaşlıq etmişlәr. “Ə.-m.”-in sәhifәlәrindә maarif, elm vә tәrbiyә mövzularına xüsusi diqqәt yetirilirdi. Əsas mәqsәd mәktәblilәrә sağlam әxlaqi keyfiyyәtlәr aşılamaq, elmә, yeniliyә hәvәs oyatmaq idi.
Əd.: A x u n d o v N. Azәrbaycanda dövri mәtbuat. B., 1965; D ü n y a m i n q ı z ı Q ә r ә n f i l. Cüm huriyyәt dövründә Azәrbaycan mәtbuatı (1918–1920-ci illәr). B., 2011.