ƏFQAN QALASI – Azәrb. Resp. Ordubad ş.-ndә (Nax. MR), Dübәndi çayı sahilindә 14–19 әsrlәrә aid arxeoloji abidә. Şәrq tәrәfdәn sıldırım qayalarla mәhdudlaşan Ə.q.-nın digәr tәrәflәri iri qaya parçalarından hörülmüş müdafiә divarı ilә әhatә olunmuşdur. Hörgüdә bәrkidici әhәng mәhlulundan istifadә edilmişdir. Qala divarının aşınma nәticәsindә dağılmasına baxmayaraq, 5 m hünd.-dә salamat qalmışdır. Qalanın içәrisindә dördkünc formalı tikililәrinin qalıqlarının izlәri qalmışdır. Araşdırmalar zamanı qala әrazisindәn orta әsrlәrin sonuna aid şirli vә şirsiz keramika mәmulatı tapılmışdır.