EKVATORİAL PARALLAKS, a s t r o n o m i y a d a – göy cisminin (Ay, Günәş) üfüqi ekvatorial parallaksı; tәpә nöqtәsi göy cisminin mәrkәzindә, tәrәflәri isә, uyğun olaraq, Yerin mәrkәzinә vә Yerin ekvatoruna toxunan istiqamәtdә yönәlmiş bucağın qiymәtinә E.p. deyilir.