EKVÉNZİ Siprian (26.9.1921, Mina – 4.11.2007, Enuqu) – Nigeriya yazıçısı. İngilis dilindә yazmışdır. Laqosda tәhsil almış, Londonda әczaçılıq ixtisasına yiyәlәnmişdir. 1963–66 illәrdә Nigeriya radiosu korporasiyasında çalışmışdır. 1947 ildәn “Onitşa bazarı әdәbiyyatı”nda iştirak etmişdir (“Mәhәbbәt pıçılda yanda”, 1948; “Bәbir pәncәsi”, 1950 vә s.). Bir sıra hekayәlәrin (“Yağışı yaradan”, 1965; “Lokotaun”, 1966 vә s. hekayә topluları), radio vә televiziya tamaşalarının, romanların (“Caqua Nana”, 1961; “Gözәl lәlәk”, 1963; “İska”, 1966; “Anasız uşaq”, 1980; “Caqua Nananın qızı”, 1986; “Mәk kәyә yollan -mış”, 1991 vә s.), uşaqlar üçün kitabların müәllifidir. “Şәhәrin adamları” romanı (1954) ona dünya şöhrәti gәtirmişdir.