EKVİLİBRİSTİKA (lat. aequilibris – müvazinәtdә olan) – sirk sәnәti janrı; akrobatikanın, demәk olar, bütün növlәrinә daxildir. Kәndir, şar, şüvül vә s.-dәn dayaq kimi istifadә etmәklә әl, baş, barmaq üstündә bәdәni müvazinәtdә saxlaya bilmәk E.-da başlıca şәrtdir. E. qәdim dövrlәrdәn mәlumdur, lakin 19 әsrin ikinci yarısından daha geniş yayılmışdır. Sirk janrlarının komponenti olaraq E. akrobatikanın vә gimnastikanın fәrdi vә qrup nömrәlәrinin bütün növlәrinә daxildir (baş, әllәr, barmaqlar üstündә, sirkin gün bәzi altında sabiq, yaxud yellәnәn trape siyalarda dayanmaq, at akrobatikası, manejin dairәsi üzrә velosipedsürmә nömrәlәri). E.-nın ayrı-ayrı elementlәri jonqlyorlar tәrәfindәn istifadә edilir.