EKZARÁSİYA (lat. exaratio – şumlanma), b u z l a q ş u m u – hәrәkәtdә olan buzlağın öz yatağını tәşkil edәn süxurları dağıtması vә dağılma mәhsullarını (valun, çaqıl, qum, gil vә s.) daşıması. Dağ buzlaqlarının E. fәaliyyәti nәticәsindә karlar, troq dәrәlәri, buzlaq terrasları; materik buzlaqlarının E.-sı nәticәsindә isә fyordlar, buzlaq göl çalaları, qıvrım relyef vә s. formalaşır. Süxurların dağılması vә daşınması ilә yanaşı, onların hamarlanması vә cilalanması baş verir.