EKZEKVATÚRA (lat. exsequor – icra edirәm) – 1) konsul E.-sı – konsula mәskunlaşdığı dövlәtdә onun üçün ayrılmış konsul dairәsindә öz funksiyalarını yerinә yetirmәk üçün verilәn icazә. Xüsusi sәnәd şәklindә konsul patentinin, yaxud patentdәki xüsusi qeydin tәqdim olunmasından sonra tәyinat ölkәsinin sәlahiyyәtli orqanları tәrәfindәn verilir. 2) Mәhkәmә qәrarlarının E.-sı – ölkәdә digәr ölkә mәhkәmәsinin qәrarının mәcburi icra edilmәsinә verilәn icazә. Mәhkәmә xarici mәhkәmә qәrarının hüquqi qüvvәyә malik olmasını tanıyır, onun tәsirini öz dövlәtinin әrazisinә dә şamil edәrәk, mәhkәmә qәrardadı çıxarır. E. bir qayda olaraq, ikinci instansiya mәhkәmәlәri tәrәfindәn hәyata keçirilir.