Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EKZEMA

    EKZÉMA (yun. Ёχςεμα – dәrinin sәpmәsi), s ö v d a – sinir–allergik mәnşәli yoluxmayan iltihabi dәri xәstәliyi; müxtәlif sәpgi, göynәmә, gicişmә hissinin olması, residiv vermәyә meyilliliyi ilә xarakterizә olunur. E.-nın әmәlә gәlmәsinә müxtәlif xarici (mexaniki, kimyәvi, termiki vә s.) vә daxili (qara ciyәr, böyrәk, mәdә-bağırsaq, sinir-endokrin sistemlәri vә d. orqan vә sistemlәrin fәaliyyәtinin pozulması) amillәr әlverişli şәrait yaradır. Etiologiyasına (yәni sәbәbindәn asılı olaraq), lokalizasiyasına (yerlәşmәsi) vә dәri әlamәtlәrinin xarakterinә görә E.-nın bir neçә forması ayırd edilir. H ә q i q i E. üçün kәskin prosesin cürbәcür lokalizasiyada olması, o cümlәdәn dırnaqların zәdәlәnmәsi, ocaqların simmetrik yerlәşmәsi, aydın sәrhәdin olmaması, zәdә nahiyәsindә şişkinlik vә qı zartının olması, sonradan qovuq vә nazik qabıq әmәlә gәtirmәklә xırda qovuqcuqların meydana çıxması xarakterikdir (qovuqcuqların bәzilәri irinlәyir vә ya sulanan sahәlәrә çevrilir; E.-nın köhnә – sulanan dәmrov adı buradan götürülmüşdür). M i k r o b l u (yaraәtrafı) E. zamanı ocaqlar, adәtәn, asimmetrik, başlıca olaraq, yuxarı vә aşağı әtraflarda yerlәşir, kәskin әyri-üyrü sәrhәdә malik olur; zәdәlәnәn nahiyәdә dәri göy-qırmızı rәngdә, qalınlaşmış şәkildә, irinli sәpgilәr, sulanan sahәlәr, irinli vә qanlı qartmaqlar olur. D i s h i d r o t i k E. zamanı, әsasәn, ovucda, ayağın altında, barmaqların yan sәthlәrindә dәrinin qızarması, şişmәsi, çoxsaylı qovuqcuq, düyüncük, irincik vә sulanan sahәlәr müşahidә olunur. S e b o r e y a l ı E. (bax Seboreya), başlıca olaraq, başın tüklü hissәsi, alın, döş, qulaq seyvanının arxası, burun-dodaq, qoltuqaltı, qasıq büküşlәri vә göbәk әtrafında lokallaşır. Başın tüklü hissәsindә – qızartı, dәrinin quruluğu,
    çox sayda bozumtul pulcuq vә serozluirinli qartmaq; büküş nahiyәsindә kәskin qızartı, şişkinlik, islanan, bәzәn ağrılı çatlar; gövdәdә – bәzilәrinin mәrkәzindә kiçikdüyünlü elementlәr olan sarımtıl-çәhrayı dairәyә alınmış qabıqverәn lәkәlәr olur. M ü a l i c ә s i E.-nın sәbәbi vә formasından asılıdır: sakitlәşdirici dәrmanlar (valerian preparatları, trankvilizatorlar), vitaminlәr (B1, B6, C vә s.), desensibili zasiyaedici preparatlar vә s., pәhriz-kurort müalicәsi; yerli islatma preparatları, gicişmәyә qarşı dәrmanlar, pastalar, mәlhәmlәr tәyin olunur. P r o f i l a k t i k a s ı üçün uşaqlarda dehelmintizasiya aparılmalı, hamilә qadınlarda kәskin, yaxud xroniki lokal infeksiya ocaqlarının sanasiyası, sәmәrәli qidalanma rejimi tәmin olunmalıdır. Allergiyaya meyilli hamilә qadınlara bol süd, yumurta, şirniyyat qәbul etmәk mәslәhәt görülmür. Onların vitaminlәrlә zәngin qida rasionlarına müxtәlif tәrәvәz xörәklәri, ağartı mәhsulları, meyvәlәr, qaynadılmış әt daxil edilmәlidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV