EKZERSİS (fr. exercicer, exercer sözündәn – mәşq yolu ilә inkişaf etdirmәk) – bәdәn әzәlә vә bağlarının inkişafına, çevikliyinә, dözümlüyün, tarazlığın tәkmillәşmәsinә, hәmçinin rәqqasda hәrәkәt koordinasiyasının tәliminә kömәk edәn klassik rәqs dәrslәrinin әsas hissәsi. E. hәm alәtlәrdә, hәm dә zalın ortasında yerinә yetirilir. Gündәlik E. (tәhsilin ilk ilindәn vә rәqqasın sәhnә fәaliyyәtinin sonunadәk) eyni elementlәrdәn ibarәt olur.