EKZİNA, e k s i n a (lat. extimus – xarici) – toxumlu bitkilәrdә tozcuq dәnәlәrinin (mikrosporlar) kutinlәşmiş xarici tәbәqәsi. Xarici görünüşü, mәsamәlәrinin sayı vә forması ayrı-ayrı bitki növlәrindә müxtәlifdir, bu әlamәtlәrdәn sistematikada istifadә edilir.