EKZİSTENSİALİZM (son lat. ex(s)istentia – varlıq), v a r l ı q f ә l s ә f ә s i – idealist fәlsәfi cәrәyan. Birinci dünya müharibәsi әrәfәsindә Rusiyada (L.Şestov, N.A.Berdyayev), müharibәdәn sonra Almaniyada (M.Haydegger, K.Yaspers, M.Buber), İkinci dünya müharibәsi dövründә (1939–45) Fransada (J.P.Sartr, Q.Mar sel, M. Merlo-Ponti, A.Kamyu, S.de Bovuar) yaranmış, әsrin ortalarında bir çox ölkәlәrdә, o cümlәdәn ABŞ-da (U. Louri, U.Barret, C.Edi) yayılmışdır. E.-ә fransız personalizmi (E.Mune, M.Nedonsel, J.Lakrua) vә dialektik ilahiyyat (K.Bart, P.Tillix, R. Bultman) dini-fәlsәfi cәrәyanları çox yaxındır. Ekzis ten sialistlәr B. Paskal, S. Kyerkeqor, M. de Unamuno, F.M. Dostoyevski vә F.Nitşeni öz sәlәflәri hesab edirdilәr. E.-in ideya mәnbәlәri hәyat fәlsәfәsi, E.Husserlin fenomenologiyası, S. Kyerkeqorun dini-mistik tәlimidir.
Ekzistensialistlәrin fikrincә, rasional әfәkkür subyektlә obyektin әksliyi prinsipinә әsaslanır. Bunun nәticәsindә rasionalist gerçәkliyә, o cümlәdәn insana elmi tәdqiqat vә praktik manipulyasiya obyekti kimi yanaşır. E.-ә görә, obyektiv alәm ikinci, fәrdi mәnәvi hәyatın mövcudluğu mәnasında başa düşülәn “ekzistensiya” isә birincidir. E.-ә görә, azadlıq insanın özünü “seçmәsidir”.
Rasionalist fәlsәfә vә elm әnәnәsindәn irәli gәlәn, iddianı fikrin әsas prinsipi kimi irәli sürәn E. sübut edir ki, varlıq subyekt vә obyektin bölünәn vә bölünmәyәn hissәsidir. Tәәssüratı varlığın birinci vә hәqiqi tәrkib hissәsi kimi götürәn E.-dә subyektin tәәssüratı “dünyada varlıq” olaraq başa düşülür. E.-ә görә, mövcudluğu anlayışlarla ifadә vә ağılla dәrk etmәk mümkün deyil.
E. müasir sivilizasiyada baş verәn böhranı ağlın vә insanlığın böhranı ilә eynilәşdirmәyә meyil göstәrir vә bu böhranı “dünyanın fәlakәti”, “sivilizasiyanın süqutu” kimi izah edir. İnsan nәzarәtdәn çıxan hadisәlәr selinә, irrasional alәmә atılmış, iradәnin әksinә olaraq yad mühitә düşmüşdür. İztirab bütün hallarda hәyatın әsas hissәsini tәşkil edir. Qorxu bu fәlsәfәnin tәmәl anlayışlarından biridir. Dünya ona görә qorxuludur ki, o, gücsüz vә ağlasığmazdır. Bununla yanaşı, hәyat hәtta absurd vәziyyәtindә dә әvәzolunmaz vә çox qiymәtlidir. Lakin hәyat ölümlә hәmişә hәmsәrhәddir. Haydegger vә Sartra görә, E. öz sonunu dәrk edәn bir varlıq cәrәyanıdır. Haydeggerin fikrincә, ekzistensiyanın quruluşu insan varlığının bir sıra növlәri ilә tәsvir olunur: qayğı, qorxu, hәlledicilik, vicdan vә s. O hesab edirdi ki, fәlsәfәnin predmeti “varlıq”, elmin predmeti isә empirik alәmә mәxsus olanlardır ki, onları varlıqdan fәrqlәndirmәk lazımdır.
K.Yaspersin fәlsәfәsini “kommunikativ ekzistensializm” adlandırırlar. O, bütün ictimai-tarixi reallığı kommunikasiya (rabitә) prosesi kimi başa düşür, hәr bir hәqiqәti kommunikativ hәqiqәt baxımından şәrh edirdi. Onun fikrincә, ekzistensiya kimi öz-özü ilә rabitәdә olan insan yalnız başqasının daxil ola bilmәdiyi varlıqda yox, hәm dә әlaqәyә girә bilәcәyi başqa ekzistensiyalar ilә münasibәtdә mövcuddur.
J.P.Sartr Dekartın, Hegelin, Husserlin fenomenologiyasının, Haydeggerin E.-inin sintezi әsasında orijinal fәlsәfi konsepsiya yaratmışdır. Onun ideyalarının әsas xәtti şüur vә varlıq, subyekt vә obyekt, azadlıq vә zәrurәt, azadlıq vә özgәlәşmә arasındakı barışmaz ziddiyyәti müәyyәn etmәkdir. Sartra görә, dünyaya atılmış insan suda axan taxta kimi yad kainatda unudulmuş vә passiv qalmamalı, әksinә özünün tәnha vә kömәksiz olduğunu görәrәk, tam mәsuliyyәt daşıdığı dünyaya daxil olmalıdır; insan nә qәdәr çalışsa da, bir an belә mәsuliyyәtdәn azad ola bilmir, çünki o, mәsuliyyәtdәn qaçmağa görә cavabdehlik daşıyır. E.-in predmeti mәhz belә bir “varlıq” olan insandır.
Ә d ә b i y y a t d a E.-in tәsiri J.P.Sartr, S. de Bovuar, A.Kamyu, A.Malro, B. Vian, A. Freno, qismәn J. Anuy (Fransa), M. de Unamuno (İspaniya), N.Meyler, C.Bol duin (ABŞ), A.Merdok, U.Holdinq (İngiltәrә), H.E.Nossak, A.Döblin (Almaniya), Abe Kobo (Yaponiya) vә b. sәnәt karların yaradıcılığında әksini tapmışdır. Sәrhәdlәri dәqiq müәyyәnlәşdirilmәyәn E. nәsri vә teatrı, әsasәn, ekzisten sialistlәrin әnәnәvi idealist fәlsәfәdәn deyil, yazıçı tәxәyyülünә yaxın olan tәfәkkür tәrzindәn qaynaqlanır. Tәnhalıq, mütlәq azadlıq, hәyatın mәnasızlığı ideyaları Sartrın “Öyümә” romanı, “Milçәklәr” pyesi, “Sözlәr” povesti, Anuyun “Antiqona” pyesi, Kamyunun “Taun” (1947) romanı, “Kaliqula” pyesi, Holdinqin “Milçәklәr hökmdarı” roman-pritçası, Abe Kobonun “Qumluqda qadın” roman-pritçası vә s. әsәrlәr üçün xarakterikdir. 1950-ci illәrdәn baş layaraq E. әdәbiyyatı tәdricәn tәnәzzülә uğrayır vә ayrı-ayrı fәlsәfi, әdәbi mәktәblәr onun motivlәrindәn qismәn istifadә edirlәr.