Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EKZOBİOLOGİYA

    EKZOBİOLÓGİYA (ekzo... + biologiya) – kosmik biologiyanın elmi istiqamәtlәrindәn biri; kosmosda vә digәr planetlәrdә canlı materiya vә üzvi maddәlәrin axtarışı ilә mәşğuldur. E.-nın әsas mәqsәdi kosmosda hәyatın mövcudluğuna dair mәlumatları bilavasitә, yaxud dolayı yolla almaqdan ibarәtdir. Bunun әsasını sәlәflәrin kosmik fәzada spektroskopik üsullarla aşkarlanan (cәmi 20-yәdәk üzvi bir lәşmә tapılmışdır) üzvi molekulların (sianid turşusu, formaldehid vә b.) tapıntıları tәşkil edir. E.-da planetdәnkәnar hәyat tәzahürlәrini aşkar etmәklә yanaşı, hәm dә Yerdәnkәnar orqanizmlәrin bәzi xarakteristikalarının әldә olunması nәzәrdә tutulmuşdur. Yerdәnkәnar şәraitlәrdә, mәs., Günәş sisteminin digәr planetlәrindә hәyatın mövcudluğu ehtimalı üçün hәmin şәraitlәr eksperimental yolla yaradıldığı zaman orqanizmlәrin sağqalma qabiliyyәtini aydınlaşdırmaq böyük әhәmiyyәt kәsb edir. Bir çox mikroorqanizmlәr mütlәq sıfıra yaxın vә yüksәk (80–95°C-yәdәk) temp-rlarda yaşaya bilirlәr; onların sporları dәrin vakuuma vә uzunmüddәtli quruluğa davamlıdır vә kosmik fәzadakı ionlaşdırıcı şüaların daha böyük dozalarına dözürlәr.
    Yerdәnkәnar orqanizmlәr yәqin ki, suyun az olduğu mühitdәki hәyata daha yaxşı uyğunlaşma qabiliyyәtinә malikdirlәr. Anaerob şәrait hәyatın inkişafına mane ola bilmәz, ona görә dә kosmosda müxtәlif mühafizә uyğunlaşmaları qazanaraq, qeyri-adi şәraitә uyğunlaşa bilәn xassәlәrinә görә müxtәlif mikroor qanizmlәrin mövcudluğunu nәzәri şәkildә güman etmәk olar. Bәzi tәsәvvürlәrә görә Yerdәn kәnar hәyat yalnız bizim planetә xas olan su-karbon әsasında mümkündür. Digәr nöqteyi-nәzәr silisium-ammonyak әsaslı hәyatın mümkünlüyünü dә istisna etmir, lakin bәşәriyyәt hәlә ki, Yerdәnkәnar hәyat formalarının aşkar edilmәsi üsullarına malik deyildir (bax Astrobiologiya, Kosmik biologiya, Hәyatın mәnşәyi). 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV