EKZODÉRMA (ekzo … + derma) – bitki köklәrindә ilkin qabığın mantarlaşmış hüceyrә qatı. Sorma zonasında E. suyun rizodermadan daha dәrindә yerlәşәn toxumalara keçmәsindә iştirak edir. Kök tükcüklәrinin qurumasından sonra örtük funksiyası daşıyır vә dәrindә yerlәşәn toxumaları qoruyur.