EKZOGEN PROSESLӘR, x a r i c i p r o s e s l ә r – Yer sәthindә vә litosferin üst hissәsindә (hipergenez amillәrin tәsir zonasında) günәş enerjisi, ağırlıq qüvvәsi vә orqanizmlәrin fәaliyyәti nәticәsindә yaranan qüvvәlәrin tәsirilә gedәn proseslәr. E.p. endogen proseslәrlә yanaşı, Yer relyefinin formalaşmasında iştirak edir. E.p.-ә süxurların aşınması, aşınma mәhsul larının ağırlıq qüvvәsi, axar su, buzlaq vә külәyin fәaliyyәti ilә yerdәyişmәsi, çökmә süxurların vә onlarla әlaqәdar bәzi faydalı qazıntı (manqan, boksit, dәmir, nikel, fosforit, qızıl, almaz, yanar faydalı qazıntılar vә s.) yataqlarının әmәlә gәlmәsi daxildir.