EKZOKRİN VӘZİLӘR (ekzo... + yun. κρίνω – ifraz etmәk), x a r i c i s e k r e s i y a v ә z i l ә r i – hazırladığı maddәni (sekreti) orqanizmin (insan vә ya heyvan) xarici mühitinә vә ya onun boşluqlarına (ekdokrin vәzilәrdәn fәrqli olaraq) axıdan vәzilәr. E.v.-ә qara ciyәr, süd vәzilәri, tәr vәzilәri, piy vәzilәri, ağız suyu vәzilәri, bartolin vәzilәri, bulbo-uretral vәzilәr, mәdәaltı vәzi, prostat vәzi vә s. aiddir (bax Vәzilәr).