eukariot vә bәzi prokariotlarda zülalı kodlaşdıran genin fraqmenti. Bir sıra genlәrin ilkin strukturunu, yәni nukleotid ardıcıllığını öyrәnәn zaman aydın olmuşdur ki, bu genin mәhsulunu (polipeptid, rRNT, nRNT vә s.) kodlaşdıran xüsusi sahәlәrlә yanaşı, genlәrarası speyser sahәlәrә oxşar olan vә heç nәyi kodlaşdırmayan sahәlәr dә vardır. Eyni vaxtda vә bir-birindәn xәbәrsiz olaraq genin ekzon-intron strukturunu kәşf etmiş Nobel mükafatı laureatları (1993) R.Roberts vә F.Şarp adenovirusun 2 geninin belә fraqmentlәrini aşkar etmişlәr. Kod laşdırıcı sahәlәr E.-lar, kodlaşdırmayan sahәlәr isә intronlar adlandırılmışdır. Genin struktur tәşkilinin belә tipi eukariot xromosomlarında lokallaşmış çoxsaylı genlәr
üçün, eukariotların hüceyrәdaxili orqanellәri olan plastid vә mitoxondrilәrin bәzi genlәri, hәmçinin eukariotları yoluxduran bәzi RNT-tәrkibli vә DNT-tәrkibli virusların genlәri üçün aşkar olunmuşdur. Bak -
teriya genomunda kodlaşan genlәrdә vә bakteriyaları yoluxduran virus genlәrindә intronlar yoxdur. 10-dan çox öyrәnilmiş model obyektlәrin әtraflı tәdqiqi eukariotlarda orta hesabla bir genin min nukleotid kodlaşdıran DNT sahәsinә 3,7 intronun düşmәsi mәlum olmuşdur. Maya göbәlәyi kimi ibtidai eukariotlarda genlәrin 95%-inin yalnız 1 E.-u vardır vә belә genlәr intronlarla kәsilmirlәr. Drozofil milçәyindә belә genlәr cәmi 17%, mәmәlilәrdә isә 6% tәşkil edir. İntronlar E.-larda birgә transkripsiya edilir vә ilkin-mRNT sintez olunur, sonra nüvәdәki prosesin gedişindә ilkin-mRNT intronlara uyğun sahәlәri kәsilir vә E.-lar bir-birinә tikilәrәk yalnız lazımi ardıcıllıqla tikilmiş E.-lardan ibarәt yetkin-mRNT yaranır. Bu proses splaysinq (ing.splicing – dәniz kanatlarının birlәşdirilmәsi) adlanır.
Gen onun mRNT-sindәn xeyli uzundur. E.-ların nukleotid ardıcıllığı konservativdir. Bәzәn bir genin E.-u digәr genin E.-una homoloji ola bilir. Mәs., hәr gendә üç homoloji E.-u olan siçanların iki β-qlobin geni mәlumdur. Müxtәlif növlәrin eyni genlәrinin nukleotid ardıcıllığının müqayisәli analizi nәticәsindә E.-larda böyük homologiya tapılmışdır. Gen çәrçivәsindә müxtәlif E.-lar yalnız onların kodlaşdırdığı aminturşusu tәrkibinә görә fәrqlәnmirlәr, hәm dә onların müәyyәn struktur xüsusiyyәtlәri var. Mәs., insan genomunda 30–45 min CpG-adacıqları aşkar edilmişdir. Bu, CpG dinukleotid tәrkibi yüksәk olan metillәşmәmiş DNT saplarıdır. Onlar, әsasәn, transkripsiyanın başlanğıc nöqtәlәrindә yerlәşirlәr. Birinci E.-larda CpG-adacıqların tapılma ehtimalı intronlardan 13 dәfә, digәr E.-lardan isә 2 dәfә çoxdur.
Uolter Hilbert tәrәfindәn tәklif olunan fәrziyyәyә görә, E.-lar zülalın funksional vahidlәrini kodlaşdırır, yeni genlәrin tәkamülü isә rekombinasiya, yaxud genetik rekombinasiyada “qaynar nöqtәlәr” kimi intronlardan istifadә etmәklә E.-ların kәnarlaşdırılması yolu ilә baş verir.
Әd.: К о н и ч е в А.С., С е в а с т ь я н о в а Г.А. Молекулярная биология. 4-е изд. М., 2012; М ю л л е р С. Нуклеиновые кислоты, от А до Я. М., 2013; Ж и м у л е в И.Ф. Общая и молекулярная генетика. Новосибирск, 2007.