EKZORSİZM (yun. ἐξορκισμός – ovsunlamaq) – cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. E.-i rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. E.-ә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada E., әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. E.-in әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu. “Qumran әlyazmaları”nda yәhudi essenilәrin (e.ә. 2 әsr – e. 1 әsr) E. ilә mәşğul olması barәdә qeydlәr var. Әhdi-cәdiddә İsa peyğәmbәrin cinlәri qovması göstәrilmişdir (Mat. 9:32-34). İslamda ruqyә adlanan E. hәm dә alternativ tәbabәt olan tibbi-nәbәvinin bir hissәsidir. Mәhәmmәd peyğәmbәr şәr ruhlardan qorunmaq üçün Quranın axırıncı üç surәsini (İxlas, Fәlәq, Nas) oxumağı buyurmuşdur.