EKZOSTÓZ (ekzo … + yun. όστέον – sümük) – sümük üzәrindә şiş (törәmә); sümük-qığırdaq xarakterli olur (xәtti, kürәvi vә s.). Әn çox kişilәrdә uşaq vә gәnc yaşlarda bud, qamış, bazu vә s. sümüklәrdә әmәlә gәlir; E.-un böyümәsi sümük böyümәsinin sonunda dayanır. E., bir qayda olaraq, narahatlıq törәtmir, yalnız böyük olduqda әzәlә vә sinir kötüklәrini sıxaraq ağrıya vә hәrәkәtin mәhdudlaş masına sәbәb olur. E.-un diaqnozu rent genoloji üsulladır. E.-un cәrrahi üsulla götürülmәsi aydın bilinәn kliniki tәzahürlәr olduqda vә yaşlı adamlarda böyümә qәflәtәn sürәtlәndikdә tәtbiq edilir. E.-lu xәstәlәr dispanser nәzarәtindә olmalıdırlar.