EKZOTERMİK REAKSİYA (ekzo… + yun. θέρμη – istilik) – istilik ayrılması ilә gedәn kimyәvi reaksiya. Mәs., yanma, neytrallaşma reaksiyası, sadә maddәlәrin kimyәvi birlәşmә reaksiyalarının çoxu E.r.-dır. E.r. zamanı ayrılan istilik reagentlәrin kütlәsindәn, tәbiәtindәn, ilkin maddәlәrin vә qarşılıqlı tәsir mәhsullarının aqreqat hallarından, reaksiyanın tipi vә onun aparılma şәraitindәn (temp-r, tәzyiq vә s.) asılıdır.