Nigeriyada afrikalıların İngiltәrә müstәmlәkә orqanlarına qarşı әn genişmiqyaslı çıxışlarından biri. 1918 ilin iyununda kiçik Eqba krallığında (Qәrbi Nigeriya) baş vermişdi. Üsyanın başlanmasının bilavasitә sәbәbi müstәmlәkә orqanlarının müstәqim vergi tәtbiq etmәsi idi. Üsyanı yatırmaq üçün ordu hissәlәri göndәrilmişdi. Döyüşlәr vә sonrakı cәza tәdbirlәri nәticәsindә 3 mindәn artıq adam öldürülmüşdü.