Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EQK Verner

    EQK Verner (әsl soyadı Mayer) (17.5. 1901, Auxzesheym – 10.7.1983, İnninq) – alman bәstәkarı vә dirijoru. Auqsburq konservatoriyasında oxumuş, kompozisiya üzrә K.Orfun mәslәhәtlәrindәn bәhrәlәnmişdir. 1929 ildәn bir neçә teatrın, 1936–41 illәrdә Berlin Dövlәt Operasının dirijoru,1941 ildәn peşәkar bәstәkarlar cәmiyyәtinin rәhbәri, 1950–53 illәrdә Qәrbi Berlin Ali Musiqi Mәktәbinin direktoru olmuşdur. Qәrbi Almaniya Bәstәkarlar İttifaqının (1950 ildәn), Alman musiqi şurasının prezidenti vәzifәsindә çalışmışdır. Alman İncәsәnәt Akademiyasının müxbir üzvü (1966 ildәn, Berlin) seçilmişdir. Musiqi publisisti kimi çıxış etmiş E.-ın operaları vә simfonik әsәrlәrindә R. Ştraus vә İ.F. Stravinski yaradıcılığına yaxınlıq hiss olunur (harmoniya vә orkestrlәşdirmәdә). Bәstәkarın nailiyyәtlәri daha çox sәhnә musiqisi ilә bağlıdır. E.-ın hәrtәrәfli bәdii istedadı çoxsaylı opera librettolarında, opera vә balet tamaşalarının bәdii tәrtibatında özünü göstәrir. E. yaratdığı sәhnә әsәrlәrinә atonal epizodlar, özündәn әvvәlki ustadların musiqisindәn sitatlar, hәmçinin müxtәlif folklor materiallarını daxil edirdi. 1930-cu illәrin әvvәllәrindәn E.-ın “Kolumb”, “Sehrli skripka”, “Per Günt”, “İrland әfsanәsi” vә “Müfәttiş” (N.V. Qoqolun әsәri üzrә) opera vә baletlәri alman teatrlarının repertuarında davamlı yer tutmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV