EQOİZM (fran. egoїsme, lat. ego – mәn sözündәn) – insanın cәmiyyәtә vә adamlara münasibәtini xarakterizә edәn hәyat prinsipi vә әxlaqi keyfiyyәt, altruizmin әksi. İnsanın davranışında yalnız öz mәnafeyini güdmәsi, cәmiyyәtin vә başqalarının mәnafeyini nәzәrә almaması şәklindә ifadә olunur; fәrdiyyәtçiliyin tәzahür formalarından biridir. E. konkret tarixi anlayış olub, cәmiyyәtin inkişafının müxtәlif mәrhәlәlәrindә nisbi mütәrәqqi mәna daşımışdır. Etik konsepsiyalarda E.-in mәzmunu ya insanın tәbiәtindәn, xoşbәxtliyә evdemonizm), zövq almağa (hedonizm) doğru can atmağından; ya cәmiyyәt tәrәfindәn qәbul olunmaq tәlәbatından (utilitarizm vә praqmatizm); ya da bu faktorların mәcmusundan ibarәtdir.