Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EQR Piter

    EQR Piter (Aqre Peter) (d. 30.01.1949, Minnesota statının Hortfild ş.) – Amerika biokimyaçısı. Nobel mükafatı laureatı (2003, P.Makkinnonla birlikdә). Auqsburq kollecini bitirmişdir (1970). Cons Hopkins Un-tindә tibb üzrә oxumuş (1970–74) vә orada Pedro Katrekasasın farmakoloji laboratoriyasında tәcrübә keçmişdir (1974–75). Klivlenddә Keyz-Vest Rezerv Un-tinin klinikasında interna 1975–78, Çapel Hilldәki Şimali Karolina Untindә (1978–1981) assisent olmuşdur. 1981 ildә E. yenidәn Cons Hopkins Un-tindә kafedra prof.-u (1988–93) kimi insanın patofiziologiyası üzrә mühazirә kursunu oxumuşdur.
    E. 1988 ildә akvaporin 1 membran zülalını kәşf edib. Maddәlәrin hüceyrәnin daxilinә daşınması, müxtәlif hissәciklәr üçün spesifik kanallar olan, Na+, K+ATFaza tipli membran nasosları vasitәsilә yerinә yetirilmәsi Y. Skou tәrәfindәn kәşf olunmuşdur (Nobel mükafatı laureatı, 1957). Hüceyrә membranında su kanallarının olması ilk dәfә 19 әsrdә E. Brükke (1843), V. Ostvald (kimya üzrә Nobel mükafatı laureatı, 1890) vә V. Pfeffer (1877) tәrәfindәn irәli sürülmüşdür. Su kanalları hüceyrәnin hәcminin, daxili osmotik tәzyiqinin tәnzimlәnmәsi vә orqanizmdәn sidiyin xaric edilmәsi üçün lazımdır. Bakteriyadan tutmuş insana qәdәr hәr bir orqanizmdә su kanalları olmalıdır. Su kanallarının kәşfi Eqrә aiddir. O, 1980-ci illәrin ortalarında qırmızı qan hüceyrәlәrinin membran antigenlәrinin öyrәnilmәsinә başlayıb. 1988 ildә molekul kütlәsi 28000, namәlum membran zülallı CHİP28-i ayıra bilmiş, növbәti ildә bu zülalın çoxdan axtarılan su kanalı olmasını müәyyәnlәşdirmişdir. Bu zülal akvaporin 1 adını almış, tezliklә yalnız insan toxumalarında akvaporin 1 zülalının 11 analoqu aşkar edilmişdir. Onlardan bәzilәri bu vә ya digәr xәstәliklәrin meydana gәlmәsi ilә әlaqәlidir. Model bitki olan Arabidopsis thaliana-da 35-ә qәdәr akvaporin nümayiş  etdirilmişdir.
    2000–2001 illәrdә E. akvaporin 1-in vә bakteriyalarda bәzi digәr qohum kanalların zülallarının üçölçülü quruluşunu müәyyәn etmiş vә on ildәn çox müddәt әrzindә demәk olar ki, su kanallarının xassәlәrinin atom sәviyyәsindә başa düşülmәsinә nail olumuşdur. Akvaporin 1 vә 5 zülallarının ayrılmasına, klonlaşdırılmasına vә funksiyasına görә E. 2 Amerika patenti almışdır. O, 2001 ildә akvaporinlәr sahәsindә elmi tәdqiqatlarını “Akvaporinlәr, membranların indiki problemlәri” adlı kitabda ümumilәşdirmişdir. 200-ә yaxın elmi әsәri vardır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV