Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏFQANISTAN

    ƏFQANISTAN, Ə f q a n ı s t a n  İ s l a m Respublikası (puştu  ,dәri  ). 

    Ümumi mәlumat
    Mәrkәzi Asiyanın c.-q.-indә dövlәt. Şm.-dan Türkmәnistan, Özbәkistan vә Tacikistan, q.-dәn İran, c.-dan vә ş.-dәn Pakistan, şm.-ş.-dәn Hindistan vә Çinlә hәmsәrhәddir. Sah. 645,7 min km2. Əh. 27,0 mln. (2016). Paytaxtı Kabil ş.-dir. Dövlәt dili puştu vә dәri dillәri, pul vahidi әfqanidir. İnzibati cәhәtdәn 34 әyalәtә bölünür. Ə. BMT-nin (1946), BVF-nin (1955) Dövlәt quruluşu Ə. unitar dövlәtdir. Konstitusiyası 16.1.2004 ildә qәbul edilmişdir. İdarәetmә forması prezident resp.-dır. Dövlәtin vә icraedici hakimiyyәtin başçısı birbaşa seçkilәrlә 5 il müddәtinә seçilәn (bir dәfә yenidәn seçilmәk hüququ ilә) prezidentdir. Prezidentin iki vitse-prezidenti var. Yalnız islam dininә etiqad edәn vә valideynlәri әfqan olan şәxs prezident seçilә bilәr. Prezident silahlı qüvvәlәrin ali baş komandanıdır. Onun sәlahiyyәtlәrinә Milli mәclisin razılığı ilә milli siyasәt kursunu hәyata keçirmәk, nazirlәri, Mәrkәzi bankın direktorunu, Ali mәhkәmәnin hakimlәrini, baş prokuroru tәyin etmәk vә s. daxildir. Qanunverici hakimiyyәt iki palatadan – Xalq palatası (Valesi cirgә) vә Ağsaqqallar palatasından (Meşrano cirgә) ibarәt Milli mәclisә mәxsusdur. Xalq palatası (250 deputat) birbaşa sәsvermә yolu ilә proporsional sistemlә 5 il müddәtinә seçilir; әn azı 

    68 deputat (hәr әyalәtdәn 2 nәfәr) qadın olmalıdır. Ağsaqqallar palatası qeyri-müәyyәn sayda üzvlәrdәn (yerlәrdә vәzifәli şәxslәrin, әyalәt vә dairә şuralarının, prezidentin tәyin etdiyi) ibarәtdir. Ağsaqqallar palatası Xalq palatasının tәsdiq etdiyi qanunları, ölkә büdcәsini vә beynәlxalq müqavilәlәri nәzәrdәn keçirir. İcraedici hakimiyyәti hökumәt – Nazirlәr kabineti (Milli mәclisin tәsdiqi ilә prezidentin tәyin etdiyi 27 üzv) hәyata keçirir. Əsas siyasi partiya vә hәrәkatlar (2005): Əfqanıstanın islam cәmiyyәti, Əfqanıstanın islam birliyi partiyası, Əfqanıstanın milli hәmrәyliyi hәrәkatı. 

    Tәbiәt
    Relyef. Ə. İran yaylasının şm.-ş.-indә, onun mәrkәzi Asiyanın dağ sistemlәri ilә birlәşdiyi yerdәdir. Ölkә әrazisinin 3/4-ünü dağlar tutur. Şm.-ş.-dә Hindiquş dağ sisteminin silsilәlәri (hünd. 7492 m-әdәk, Noşak d.– ölkәnin әn hünd. nöqtәsi), ondan c.-da Orta Əfqanıstan dağları (Hәzarәcat) uzanır. Şm.-q.-dә Paropamiz dağ sistemi, şm.-da Bәlx düzәnliyidir. Ölkәnin c. vә c.-q. hissәlәrini hünd. 1200 m-ә çatan tәpәli platolar, qumlu Registan, gilli-çınqıllı Dәşt-i Mәrqo sәhraları tutur. C.-ş.-dә sәthi enli çay dәrәlәri ilә parçalanmış Qәznә-Qәndәhar yastıdağlığı (hünd. 3265 m-әdәk), İran vә Pakistanla sәrhәdboyu qu ruyan şor vә şirin sulu göl çökәkliklәri yerlәşir.

    Geoloji quruluş vә faydalı qazıntılar.
    Ə. әrazisi, әsasәn, Alp-Himalay mütәhәrrik qurşağı hüdudlarında yerlәşir. Ölkәnin şm.-ı Oliqosen – Kvarterdә deformasiyaya uğramış cavan Turan platformasının (plitәsinin) c. kәnarına aiddir. Platformanın bünövrәsini Paleozoyun qranit-metamorfik süxurları tәşkil edir, çökmә örtüyü Yura Eosen yaşlıdır. Platformadan c.-da Bәndi-Türküstan silsilәsi, şm.-da Əfqanıstan–Tacikistan dağarası çökәkliyi uzanır. C.-ş.-dә Mәrkәzi Əfqanıstan aralıq massivi
    (Tetisdә mikrokontinent) yerlәşir, ş.-dә iri Çaman-Mukur submeridional qırılması keçir. Şimali Əfqanıstan yüksәk seysmik әrazidir. 1993, 1998, 2002 illәrdә dağıdıcı zәlzәlәlәr olmuşdur. 
    Faydalı qazıntıları: neft, tәbii qaz, daş kömür, dәmir, mis, nadir metallar, sәpinti qızıl, xırda mәmulat daşları vә qiymәtli daşlar, hәmçinin barit, kükürd, talk, maqnezit, daşduz vә s. 

    İqlim. İqlimi quru subtropikdir. Yanvarda orta temp-r düzәnliklәrdә 0–8°C, yüksәkdağlıqlarda –20°C-dәn aşağıdır, iyulda uyğun olaraq 24–32°C vә 0–10°Cdir. İllik yağıntı 40–50 mm-dәn (c.-dakı düzәnliklәrdә) 800 mm-ә (dağlarda) qәdәrdir. 3000–5000 m yüksәkliklәr 6–8  ay qarla örtülü olur, yuxarılarda buzlaqlar var. 

    Ношак даьы.

    Daxili sular. Ə.-ın әksәr çayları daxili axımlıdır; bunlardan nisbәtәn irilәri Amudәrya (yuxarı axınında – Pәnc), qolları Qunduz (Surxab) vә Kokça ilә, Hilmәnd, Fәrәhrud, Hәrirud, Mürğabdır. Kabil çayı (Hind çayının qolu) Hind okeanı hövzәsinә aiddir. Çaylar qar vә buzlaq suları ilә qidalanır. Düzәnlik çayları yazda gursuludur, yayda isә quruyaraq qumlarda itir. Dağ çayları hidroenerji potensialına malikdir. Göllәri azdır. Sәhralardakı kiçik göllәr yayda quruyur. Yaşayış mәntәqәlәrinin su ilә tәchizatında vә suvarmada, әsasәn, yeraltı sulardan istifadә olunur.

    Torpaq, bitki örtüyü vә heyvanlar alәmi. Öndağlıqlarda vә dәrәlәrdә boz torpaqlar, qonur sәhra-çöl torpaqları vә şoranlıqlar yerlәşir. Dağ yamaclarında dağ
    boz vә boz-qәhvәyi torpaqlar rast gәlinir. Yüksәkdağlıqlarda dağ çәmәn-çöl vә dağçәmәn torpaqları var. Bitki örtüyünü, әsasәn, sәhra vә sәhra-çöl bitkilәri tәşkil

    Кокча чайы. Бядяхшан яйаляти.

    edir. Tereskendәn, astraqallardan, yastıqşәkilli akantolimonlardan, yovşandan ibarәt tipik sәhra yarımkolcuqları yayılmışdır. Şimaldakı öndağlıq düzәnliklәrindә çoxlu erkәnçiçәklәyәn efemerlәrin bitdiyi cilqırtıc sәhraları inkişaf etmişdir. Daha yuxarılarda sәhra-çöl tipli bitki qruplaşmaları yayılmışdır. 2000–2500 m yüksәklikdә, әsasәn, Paropamizdә ardıc vә püstә seyrәk meşәliklәri yerlәşir. Yüksәkdağlıq әrazi yayla kserofit formasiyaları ilә tәmsil olunur. Pakistanla sәrhәd olan dağlıq r-nlarda 750–1500 m yüksәklikdә çöllәr hind palması, akasiya, әncir, badam meşәlәri ilә, 2200–2400 m-әdәk yüksәklikdә balut (hәmişәyaşıl palıd) vә Jerard şamağacı, daha yuxarıda (3500 m-әdәk) Himalay sidri vә Qәrbi Himalay ağ şamağacı qarışıq Himalay şamağacı meşәlәri ilә növbәlәşir. 3500–4000 m yüksәklikdә ardıc sәrili kollarından vә rododendrondan ibarәt cәngәlliklәr, yuxarıda Alp vә subalp çәmәnlәri
    yayılmışdır. Amudәrya dәrәsindә tuqay meşәlәri var. Sәhralarda vә çöllәrdә xallı kaftar, çaqqal, qulan, ceyran vә sayqak, dağlarda qar bәbiri, dağkeçilәri, arxar yaşayır. Əfqan tülküsü, dağlıq dәlәsi, canavar geniş yayılmışdır. Tuqay cәngәlliklәrindә qabana, qamışlıq pişiyinә, düzәnlәrdә çoxlu sürünәnlәrә (varanlar, kәlәzlәr, zәhәrli ilanlar, o cümlәdәn gürzә, kobra, efa, qalxansifәt), gәmiricilәrә, cücülәrә, o cümlәdәn k.t. zәrәrvericilәrinә (çәyirtkә) vә zәhәrli hörümçәkkimilәrә (әqrәblәr, qaraqurd) rast gәlinir. Ə. әrazisindә ümumi sahәsi 218 min ha-dan çox olan 6 mühafizә edilәn tәbii әrazi, o cümlәdәn eyniadlı çayın mәnbәyindә yerlәşәn vә Hindiquş sıra d-rının yamaclarında yüksәkdağlıq quru çöl vә göllәrinin ekosistemlәrini qoruyub saxlayan Bәndi-Əmir milli parkı vardır.

    Əhali
    Ə.-da 20-dәn artıq xalq yaşayır. Müxtәlif hesablamalara görә, әhalinin 39,4–42%-ini puştular, 25–30%-ini taciklәr, 8–10%-ini hәzarәlәr, 6–9%-ini özbәklәr
    tәşkil edir (2005). Türk mәnlәr (2,5%), teymәnilәr (2%), bәluclar (1%-dәn çox), brahuilәr (1%-dәn çox), nuristanlılar (1%), Pamir xalqları, әfşarlar vә b. da
    yaşayırlar. Ə. әhalisinin sәciyyәvi cәhәti onun cavan olmasıdır (orta yaş 17,5 ildir); 14 yaşadәk olanlar 44%-dәn çox, 65 yaşdan yuxarı olanlar 2,4% tәşkil edir. 2004 il hesablamalarına görә, Ə. әhalisinin ortaillik artımı 1000 nәfәrә 49 nәfәr olmuşdur. Doğum sәviyyәsi 1000 nәfәrә 45,5, ölüm sәviyyәsi 19,2 nәfәrdir (2009). Fertillik göstәricisinin (1 qadına 6,5 uşaq) yüksәk olmasına baxmayaraq, uşaq ölümü yuxarı hәddәdir (1000 nәfәr diri doğulan uşağa 247 nәfәr; 2009). Orta ömür müddәti 44,6 ildir. Hәr 100 kişiyә 105 qadın düşür. Əhalinin orta sıxlığı 1 km2-dә 43,5 nәfәrdir (2013). Ölkәnin ş. vә şm. hissәlәri (Pәnc çayı boyundakı vil.-lәr) daha sıx (Kabil vil.-dә 1 km2-dә 790 nәfәr; 2007), c.-q.-indәki sәhra hissәsi isә daha az (Nimruz vil.-dә 1 km2-dә 3,7 nәfәr; 2007) mәskunlaşmışdır. Əhalinin 24%-i şәhәrlәrdә yaşayır. Kәnd әhalisinin kütlәvi surәtdә şәhәrlәrә köçmәsi 1960-cı illәrdә yeni yolların çәkilmәsi vә sәnayenin sürәtli inkişafı ilә әlaqәdar olmuşdur. İri şәhәrlәri (min nәfәr; 2005): Kabil (3044), Qәndәhar (391,2), Mәzari-Şәrif (303,4), Herat (272,9), Cә lalabad (200,4). Əfqanıstan münaqişәsi (1979–89) vә vәtәndaş müharibәsi xaricә (әhalinin tәqr. 1/3-i ölkәni tәrk etmişdir) vә eyni zamanda ölkәdaxili (1985–95 illәr әrzindә paytaxt әhalisi 2 dәfәdәn çox artmışdır) miqrasiyalara mühüm tәsir göstәrmişdir. Qaçqınların çoxu İran vә Pakistanda mәs kunlaşmışdır (4–6 mln. nәfәr; onların bir hissәsinin geri qayıtmasından sonra 2 mln. nәfәrdәn çoxu xarici ölkәlәrdә qalmaq dadır). Əmәkqabiliyyәtli әhali 11,1 mln. nәfәrdir (2001). İşlәyәn lәrin 78%-i k.t.-da, 16%-i xidmәt sahә sindә, 6%-i sәnayedә çalışır. İşsizlik sәviyyәsi 35%-dir. Dindarların mütlәq çoxluğunu müsәlmanlar tәşkil edir; xristianlar, siqhizm vә hinduizmin ardıcılları da var.

    Шива эюлц. Бядяхшан яйаляти.

    Tarixi oçerk
    Əfqanıstan qәdim vә orta әsrlәr dövründә. Arxeoloji mәlumatlara görә, indiki Ə. әrazisinin şm. hissәsi Paleolit dövründә (Qarakәmәr mağarası, tәqr. eramızdan 40–30 min il әvvәl), c. hissәsi isә Tunc döv ründә (tәqr. e.ә. 4–2-ci minilliklәr) mәskunlaşmışdır. E.ә. 1-ci minilliyin birinci yarısında vahә әkinçiliyi in kişaf etmişdir. E.ә. 1-ci minilliyin әvvәllәrindә indiki Ə. әrazisindә formalaşmış dövlәti qurumlardan әn güclüsü Bәlx padşahlığı idi. E.ә. 6 әsrdә bu torpaqlar Əhәmәnilәr dövlәtinin tәrkibinә qatılmışdır. E.ә. 4 әsrdә Ə.-a İran әrazisindәn Makedoniyalı İsgәndәrin qoşunları basqın etmiş, onun imperiyasının süqutundan sonra isә indiki Ə. әrazisindә Yunan–Bәlx padşahlığı yaradılmışdı. Tәqr. e.ә. 140–130 illәrdә bu padşahlıq mәrkәzi Ə.-ın şm.-ında olmaqla qüdrәtli dövlәt yaratmış köçәri kuşanlar tәrәfindәn tutulmuşdur. Böyük Kuşanlar dövründә (eramızın 1 әs rinin sonları – 4 әsr; bax Kuşan pad şahlığı) şәhәr mәdәniyyәti vә sәnәtkarlıq, beynәl xalq ticarәt inkişaf etmişdi. Buddizm dövlәt dini elan olunmuşdu. Ə. әrazisinin bir hissәsinin ağhunlar tәrә -
    findәn tutulması vә kuşanların qüdrәtinin Sasanilәr tәrә findәn sarsıdılması siyasi parçalanmaya gәtirib çıxartdı. Yerli hakimlәrin bir qismi Türk xaqanlığına, digәrlәri isә Sasanilәrә tabe oldu. Bu dövr şәhәrlәrin tәnәzzülü vә yerli torpaq sahiblәri sülalәlәrinin nüfuzunun artması ilә müşayiәt edilirdi. 7–8 әsrlәrdә Ə. әrazisinin çox hissәsi әrәblәrin hücumuna mәruz qaldı, islam dini yayılmağa başladı. Xilafәtin hüdudları çәrçivәsindә bu әrazi Tahirilәr, Sәffarilәr, Samanilәr tәrәfindәn idarә olunurdu (900 ildәn). 10 әsrdә әrәblәri Orta Asiya türklәri әvәz etdi. Onların başçılarından biri olan Sultan Mahmud 11 әsrdә İranın, Orta Asiyanın c.-unun vә Hindistanın şm.-q.-inin daxil olduğu Qәznәvilәr dövlәtini yaratdı. Qәznә-Qәndәhar yastıdağlığı, hәmçinin Süley man d-rı vә Kvetta-Pişin yaylası әfqan xalqının tәşәkkül tapdığı әsas әrazilәr oldu. Əfqanların etnogenezindә bәlxlilәr,

    Билярзик (гызыл вя фирузя). Е.я. 1 яср –
    ерамызын 1 ясри. Тилляtяпя (Ъаузъан яйаляти).
    Яфганыстан Милли Музейи.

    saklar, ağhunlar, sonralar hind, tacik vә türk elementlәri iştirak etmişlәr. Əfqanların adı mәnbәlәrdә ilk dәfә 6 әsrdә qeyd olunur. 13 әsrdә Çingiz xanın hücumu Ə. torpaqlarının iqtisadi vә mәdәni inkişafını dayandırdı. Monqol hücumlarının neqativ nәticәlәri Teymurilәr dövründә (14 әsrin sonu – 16 әsrin әvvәllәri) tamamilә aradan qaldırılmadı, lakin Teymurun ölümündәn (1405) sonra imperiya parçalansa da, onun xәlәflәri Şahrux vә Hüseyn Baykara Xorasanda paytaxtı Herat olmaqla çiçәklәnәn dövlәt yaratdılar. Qәrbi Ə.-ın tәsәrrüfat vә mәdәni hәyatının canlanması 16 әsrdә Böyük Moğollar vә Sәfәvilәrin diqqәtini cәlb etdi. 16–17 әsrlәrdә Ə.-ın c.-ş.-i Böyük Moğolların vassal asılılığına, indiki Ə.-ın c. vә q. әrazilәri isә Sәfәvilәrin hakimiyyәti altına keçdi. Yad ellilәrin hakimiyyәtinә qarşı uzunmüddәtli mübarizә (o cümlәdәn rövşәnilәr hәrәkatı) әfqan tayfalarının birlәşmәsi üçün zәmin yaratdı. 18 әsrin әvvәllәrindә Böyük Moğollara vә Sәfәvilәrә qarşı üsyanların gedişindә Qәndәharda Gilzailәr xanlığı, Heratda isә Abdalilәr xanlığı meydana gәldi. 18 әsrin 30-cu illәrindә Nadir şah bu xanlıqları tutdu, lakin Nadir şahın ölümündәn (1747) sonra onun dövlәti parçalandı. Əfqanıstan 18 әsrin ortaları – 20 әsrin әvvәllәrindә. 1747 ilin oktyabrında puştu tayfalarının başçıları sәrkәrdә Əhmәd xanı lider seçdilәr. O, Əhmәd şah Dürrani adı ilә paytaxtı Qәndәhar olan ilk müstәqil

    Бала Hiсsар галасы. 19 яср. Кабiл.

    әfqan dövlәtinin – Dürranilәr dövlәtinin әsasını qoydu. Əhmәd şah Qәznәni, Kabili, Pişәvәri, sonra isә Heratı birlәşdirdi. Ardınca Xorasan, Bәlucistan (vassal mülki qismindә), Pәncab (tezliklә itirildi), Kәşmir vә Sind dә onun hakimiyyәti altına keçdi. Əhmәd şahın dövründә Dürranilәr dövlәti Orta Şәrqdә әn iri dövlәtә çevrilsә dә, onun xәlәflәri Teymur şah vә Zaman şah arasında çәkişmәlәr nәticәsindә tәdricәn zәiflәmәyә başladı. Teymur şahın dövründә paytaxt Kabilә köçürüldü. 1818 ildә dövlәtin parçalanması nәticәsindә müstәqil Herat, Qәndәhar, Kabil vә Pişәvәr xanlıqları yarandı. Buna baxmayaraq, әfqan tayfalarının Əhmәd şahın başçılığı altında vahid dövlәtdә birlәşmәk tәcrübәsi sonralar onların Əmir Dost Mәhәmmәdin rәhbәrliyi altında Kabil xanlığı әtrafında bir araya gәlmәlәri (1834 ildәn) üçün әlverişli zәmin yaratdı. Lakin әfqan tayfalarının yenidәn birlәşmәk cәhdlәrinin qarşısı Britaniya müstәmlәkәçilәri tәrәfindәn alındı. 1838 ildә İngiltәrәnin Ost-Hind şirkәti qoşunları hakimiyyәti altında olan әrazilәrdә tәhlükәsizliyi tәmin etmәk bәhanәsi ilә Qәndәhar vә Kabili tutdu, bununla da birinci İngiltәrә-Əfqanıstan müharibәsinin başlanğıcını qoydu. 1841–42 illәrdә güclü xalq hәrәkatı Britaniyanın işğalçılıq planlarını iflasa uğratdı vә ingilis qoşunlarını Ə.-dan çıxmağa vadar etdi. 1850-ci illәrdә Dost Mәhәmmәd yenidәn Ə. vil.-lәrinin birlәşdirilmәsinә başladı: şm. r-nlarını (Əfqanıstan Türküstanı), Qәndәhar (1855) vә Heratı (1863) öz hakimiyyәtinә keçirdi. Lakin o, eyni zamanda İngiltәrәnin Ost-Hind şirkәtinin Pişәvәr vә әvvәllәr işğal olunmuş digәr әfqan vil.-lәri üzәrindә hüquqlarını tәsdiq etmәyә mәcbur oldu [bax İngiltәrә-Əfqanıstan müqavilә vә sazişlәri (1855, 1879, 1893, 1905)]. Dost Mәhәmmәdin xәlәfi Şir Əli xanın dövründә [1863–66, 1868–79] Amudәryanın solsahil r-nları vә Bәdәxşan Ə.-a birlәşdirildi. Şir Əli xan mәrkәzi hakimiyyәti möhkәmlәndirdi, ordunun sayını artırdı, bir sıra inzibati, hәrbi vә maliyyә islahatları hәyata keçirdi. Orta Asiyada Rusiya ilә kәskin rәqabәt şәraitindә, B.Britaniyanın 1878 ildә ikinci İngiltәrә-Əfqanıstan müharibәsinә başlaması onun quruculuq işlәrini yarımçıq qoydu. Əfqan tayfalarının inadlı müqavimәti Britaniya siyasәtçilәrini Ə.-da öz nüfuzlarını genişlәndirmәk planlarından әl çәkmәyә vadar etdi. 1879 ildә Ə.-ın müstәqilliyini faktiki olaraq lәğv edәn Gәndәmәk müqavilәsinin imzalanmasına baxmayaraq, Britaniyanın ölkә üzәrindә nәzarәti zәif idi.

    Эяндямяк сцлщ мцгавиляси баьланаркян ямир Мящяммяд Йагуб ханла
    инэилис дипломаты Пйер Каванйаринин эюрцшц. Май, 1879.

    1880 ildә ingilislәr Dost Mәhәmmәdin nәvәsi Əbdürrәhmanı Ə.-ın әmiri kimi tanımağa mәcbur oldular. Ə.-a qayıdan Əbdürrәhman xalq qoşunu toplayaraq Qәndәhar vә Heratı hakimiyyәti altına aldı. Herat hakimi Mәhәmmәd Əyyub xanın 1880 ildә Meyvәnd yaxınlığında Britaniya qoşunlarını mәğlubiyyәtә uğratmasından sonra ingilislәr ölkәni tәrk etdilәr (1881). Lakin 1893 ildә Əmir Əbdürrәhman әvvәllәr Ə.-dan zorla alınmış puştu tayfalarına mәxsus ş. әrazilәrinin ingilis mülklәrinә qatılmasına razılıq vermәyә vә Dürand xәttini Ə. ilә Britaniya Hindistanı arasında sәrhәd kimi tanımağa mәcbur oldu. Əmir Əbdürrәhman hakimiyyәti dövründә [1880–1901] ardıcıl olaraq әfqan torpaqlarını birlәşdirmәk, bütün ölkә әrazisindә mәrkәzi hakimiyyәti möhkәmlәndirmәk siyasәti aparırdı. O, puştu tayfalarının vә hәzarәlәrin üsyanını yatırmış, Ə.-ın ş.-indә yarımmüstәqil vil. olan Kafiristanı tutaraq yerli әhalini (kafirlәri) müsәlmanlaşdırmış, nizami әfqan ordusunu bәrpa etmiş, vergi vә inzibati aparatı nizama salmış, kommunikasiya sistemini yax şılaşdırmışdı. Əbdürrәhmanın dövründә Ə.-ın Rusiya vә B.Britaniya mülklәri ilә sәrhәdlәri müәyyәnlәşdirilmişdi. Ə.-ın xarici dünyaya “bağlı” olmasına bax mayaraq, şәhәrlәr böyüyür, k.t.-nın ixtisaslaşması sürәtlәnir, daxili bazar inkişaf edir, ictimai hәyatda avropalaşma әlamәtlәri müşahidә olunurdu. Əbdürrәhmanın xәlәfi Əmir Hәbibullanın dövründә [1901–19] dә Ə. xaricdәn siyasi tәcrid vәziyyәtindә qalmışdı. Bununla yanaşı, İran, Ə. vә Tibetdә nüfuz dairәlәrinin bölünmәsi haqqında B.Britaniya ilә Rusiya arasında imzalanmış sazişә (1907) görә ölkәnin müstәqilliyi mәhdudlaş dırılmışdı. 20 әsrin әvvәllәrindә avropasayağı dünyәvi tәhsil müәssisәlәrinin yaradılması ilә ictimai-siyasi fikir inkişafa başladı. Bu illәrdә Ə.-da hәqiqi müstәqillik, konstitusiya qәbulu vә islahatlar keçirilmәsini tәlәb edәn müxalif “Gәnc әfqanlar” hәrәkatı meydana gәldi. Onun ilhamvericisi vә ideoloqu maarifçi vә publisist Mahmud bәy Tәrzi idi. Birinci dünya müharibәsi illәrindә Almaniyanın vә onun müttәfiqlәrinin tәzyiqinә baxmayaraq, Ə. qәti şәkildә bitәrәflik mövqeyindә qaldı. Əfqanıstan 1920–60-cı illәrdә. Birinci dünya müharibәsi başa çatdıqdan sonra Ə.-da milli-vәtәnpәrvәr dairәlәrin mövqeyi möhkәmlәndi. Əmir Əmәnulla xanın [1919–29] dövründә Ə.-ın müstәqilliyi bәrpa edildi. Üçüncü İngiltәrә-Əfqanıstan müharibәsinin gedişindә Britaniya hökumәti Ə. әrazisi üzәrindә әmirin müstәqilliyini tanıdı [bax İngiltәrә-Əfqanıstan müqavilәlәri (1919, 1921)]. Bir çox dövlәtlә, o cümlәdәn B.Britaniya vә SSRİ ilә münasibәtlәr quran Əmәnulla xan ölkәnin geriliyini aradan qaldırmağa yönәlmiş bir sıra islahatlar keçirdi. 1923 ildә Ə.-ın vәtәndaş hüquq vә azadlıqlarını tәsbit edәn ilk konstitusiyası elan olundu. Əmәnulla xanın iqtisadi islahatları (vergilәrin pul formasına keçirilmәsi, dövlәt torpaqlarının azad alqısatqısı, dünyәvi tәhsilin genişlәndirilmәsi) milli sahibkarlığın hәvәslәndirilmәsinә, tәsәrrüfat hәyatında bazar vә әmtәә-pul münasibәtlәrinin rolunun artırılmasına yönәlmişdi. Əmәnulla hökumәtinin islahatları әfqan cәmiyyәtinin mühafizәkar tәbәqәlәrinin – tayfa xanları vә müsәlman liderlәrinin narazılıqlarına sәbәb oldu. 1928 ilin sonunda hökumәt әleyhinә üsyanın gedişindә mühafizәkar müxalifәt Əmәnulla xanı hakimiyyәtdәn kәnarlaşdıraraq, öz sәlәfinin bütün islahatlarını lәğv edәn Bәççeyi-Saqqanı (ölkәni Hәbibulla Qazi adı ilә idarә edirdi) hakimiyyәtә gәtirdi. 1929 ilin oktyabrında Əmәnulla xan hökumәtinin keçmiş hәrbi naziri, müstәqillik uğrunda müharibәnin qәhrәmanı Mәhәmmәd Nadir hakimiyyәtә keçdi. O, Nadir şah adını vә kral titulunu götürәrәk yeni sülalәnin banisi oldu. Onun dövründә qәbul olunmuş konstitusiya (1931) maarif vә hüquq sahәsindә müsәlman ruhanilәrinin mövqeyini möhkәmlәndirdi vә tayfa әyanlarının dövlәt işlәrindә iştirakını tәmin etdi. 1930-cu illәrdә sәnaye vә ticarәtin tәşviqi üçün tәdbirlәr görüldü: tacir birliklәri (şirkәtlәr) yaradıldı, fabrik istehsalı meydana gәldi. Nadir şahın öldürül mәsindәn (1933, 8 noyabr) sonra hakimiyyәtә onun oğlu Mәhәmmәd Zahir şah gәtirilsә dә, faktiki olaraq hakimiyyәt Ə.-da istibdad rejimi qurmuş Nadir şahın qardaşı, baş nazir Mәhәmmәd Haşim xanın әlinә keçdi. İkinci dünya müharibәsi әrәfәsindә ölkәdә öz hәrbi planlarına Ə.-ı da cәlb etmәyә çalışan Almaniya vә İtaliyanın nüfuzu güclәndi. Ə.-da müşavir vә mәslәhәtçi adları altında fәaliyyәt göstәrәn nasist casuslarının fәallaşması regionda sovet vә Britaniya maraqları üçün tәhlükә yaradırdı. 1941 ilin oktyabrında SSRİ vә B.Britaniya hökumәtlәrinin tәlәbi ilә Ə. rәhbәrliyi alman casuslarının fәaliyyәtinin qarşısını aldı. İkinci dünya müharibәsi zamanı Ə. әnәnәvi olaraq bitәrәfliyini saxladı. Müharibә illәrindә dünya tәsәrrüfat әlaqәlәrinin pozulması sәbәbindәn Ə. ciddi iqtisadi çәtinliklәrlә qarşılaşdı. İqtisadi vәziyyәtin pislәşmәsi puştu tayfalarının narazılığına sәbәb oldu vә onlar hökumәt әleyhinә üsyan qaldırdılar. Belә şәraitdә baş nazir Haşim xan 1946 ildә istefa verdi,
    hökumәtin başçısı isә Mahmud şah oldu. Yeni hökumәt ictimai-siyasi hәyatın liberallaşdırılması kursunu götürdü. Parlamentә (1949–52 illәrdә fәaliyyәt göstәrmişdir) azad seçkilәr keçirildi. 1940-cı illәrin sonu–1950-ci illәrin әvvәllәrindә Ə.-da siyasi sistemin demokratiklәşdirilmәsi vә sosial-iqtisadi islahatların keçirilmәsini tәlәb edәn “Vişzalmiyan” (“Oyanan gәnclik”), “Vәtәn” vә “Nida-yi xalq” (“Xalqın sәsi”) müxalif qruplaşmaları meydana gәldi. Burada xırda vә orta sahibkarlar, әfqan ziyalıları aparıcı rol oynayırdılar. Əfqanıstan-Pakistan ziddiyyәtlәri (1947) şәraitindә әfqan cәmiyyәtinin mühafizәkar qüvvәlәri (tayfa başçıları, dini liderlәr) isә 1953 ildәn hökumәtә başçılıq edәn gen.-l. Mәhәmmәd Davudu dәstәklәdilәr.

    Ябдцл Рящман ъамеси. Кабiл.

    M.Davud hökumәti (1953–63) Ə.-da “idarәolunan iqtisadiyyat” siyasәtini elan etdi. 1950–60-cı illәr әrzindә bu siyasәt çәrçivәsindә xarici ticarәt sahәsindә dövlәt tәşkilatları yaradıldı, sәnaye müәssisәlәri vә banklar üzәrinә dövlәt nәzarәti qoyuldu, iqtisadi inkişafın planlaşdırılması tәtbiq edildi, milli kapitalın tәmәrküzlәşmәsi vә mәrkәzlәşdirilmәsi üçün şәrait yaradıldı. ABŞ-dan hәrbi vә iqtisadi yardım almaq cәhdlәrinin nәticәsiz qalmasından sonra SSRİ-yә müraciәt edәn M.Davud hökumәtinin xarici siyasәti 1950–60-cı illәrdә Ə.-ın iqtisadi hәyatında әhәmiyyәtli rol oynayırdı. İqtisadi (1955) vә mәdәni (1960)
    әmәkdaşlığa dair sovet-әfqan müqavilәlәrinin imzalanması ilә SSRİ Ə.-ın әsas tәrәfdaşına çevrildi. Lakin “soyuq müharibә” şәraitindә Ə. rәhbәrliyi hәrbi-siyasi bloklara qoşulmamaq siyasәti yeritmәklә, ABŞ vә Qәrbi Avropa dövlәtlәrini Ə.-da sovet nüfuzu ilә iqtisadi rәqabәtә tәhrik edirdi.

    Кабил шящяриндян эюрцнцш.

    M.Davud Ə.-da ictimai sahәdә bir sıra islahatlar keçirdi, o cümlәdәn qadınların mәcburi surәtdә hicab örtmәlәrini lәğv etdi. Lakin onun fәaliyyәti müxalif qüvvәlәrin etirazları ilә qarşılandı vә 1963 ildә M.Davud istefaya göndәrildi. 1964 ildә Ə.-ın yeni konstitusiyası qәbul olundu. Konstitusiya әsasında ictimai-siyasi hәyatın tәdricәn liberallaşdırılmasına başlanıldı (“demokratik eksperiment”): özәl qәzetlәrin nәşrinә vә siyasi partiyaların fәaliyyәtinә icazә verildi, seçkilәr keçirildi (1965; 1969). 1965 ildә sosializm quruculuğu kursunu elan etmiş Əfqanıstan Xalq Demokratik Partiyası (ƏXDP) yaradıldı. 1967
    ildә bu partiya radikal (“Xalq”) vә liberal (“Pәrçәm”) fraksiyalara ayrıldı. 1960-cı illәrin sonunda Ə.-da daxili siyasi problemlәr kәskinlәşdi. “Dürand xәtti”ndәn c.-da vә c.-ş.-dә yaşayan vә Britaniya Hindistanının parçalanmasından (1947) sonra Pakistan әrazisindә qalan şәrqi puştu tayfalarının siyasi müqәddәratlarını tәyinetmә problemi dә hәll olunmamış qalırdı. Əfqanıstan-Pakistan münaqişәlәri, hökumәtdaxili qeyri-sabitlik, ölkә başçısının avtoritar siyasi addımları 1970-ci illәrin әvvәllәrindә, xüsusilә 1971–72 illәrdә baş verәn quraqlıq nәticәsindә daha da kәskinlәşmiş ümumi siyasi böhrana gәtirib çıxartdı. Belә şәraitdә Ə.-da keçmiş baş nazir M.Davudun başçılığı ilә dövlәt çevrilişi baş verdi (1973, 17 iyul). Monarxiya devrildi, ölkә resp. elan olundu. Əfqanıstan resp. rejimlәri dövründә (1973–92). M.Davudun çevrilişi ƏXDPnin (“Pәrçәm” fraksiyası) hәrbi vә mülki fәalları tәrәfindәn dәstәklәndi. Onun bir sıra tәrәfdarı resp. dövlәt idarәçiliyi orqanlarının yaradılmasında iştirak etdi. Lakin 1970-ci illәr әrzindә M.Davudun idarәçilik üsulu getdikcә daha mühafizәkar vә avtoritar xarakter aldı. Rejimin tәdricәn sosial ideyalardan imtina etmәsi vә solların dövlәt vәzifәlәrindәn uzaqlaşdırılması prezidentә, demәk olar ki, qeyri-mәhdud hakimiyyәt verәn yeni konstitusiyada (1977 ilin fevralında qәbul edildi) tәsbit olundu. Ə.-ın xarici siyasәtindә nәzәrәçarpan cәhәt SSRİ-dәn uzaqlaşması idi. M.Davud puştu problemi ilә bağlı Pakistanla danışıqları fәallaşdırdı, hәmçinin әfqan hökumәtinә iri maliyyә yardımı göstәrmәyi vәd etmiş İran vә İran körfәzi ölkәlәri ilә Ə.-ın әlaqәlәrini genişlәndirib möhkәmlәndirdi. 1977 ildә әfqan müxalifәti (“Xalq” vә “Pәrçәm”) SSRİ-nin dәstәyi ilә M.Davud rejiminә qarşı öz qüvvәlәrini birlәşdirdi. İl әrzindә baş verәn siyasi qәtllәr, hökumәt әleyhinә nümayişlәr vә müxalifәt nümayәndәlәrinin hәbsindәn sonra solçu zabitlәr dövlәt çevrilişi edәrәk, 1978 il aprelin 27-ә hakimiyyәtә ƏXDP-nin lideri N.M.Tәrakini gәtirdilәr. Əfqanıstan Demokratik Respublikasının (ƏDR) yaradıldığı elan olundu. 1978 il dekabrın 5-dә SSRİ ilә Dostluq, mehriban qonşuluq vә әmәkdaşlıq haqqında müqavilә imzalandı. Müqavilәnin 4-cü maddәsi tәhlükә zamanı hәrbi yardımı nәzәrdә tuturdu. 1978–79 illәrdә ƏXDP әfqanların әnәnәvi tәsәrrüfat hәyatını sarsıdan bir sıra radikal sosial-iqtisadi islahatlar keçirdi, bu da әhalinin geniş tәbәqәsinin narazılığına sәbәb oldu. Ölkәdә hökumәtә qarşı onun siyasәtindәn narazı olan vә bir sıra xarici dövlәtlәr, o cümlәdәn Pakistan vә İran tәrәfindәn dәstәklәnәn qüvvәlәr mübarizә aparırdı. Tezliklә vәziyyәt yenidәn gәrginlәşdi. ƏXDP-nin radikal-ekstremist fraksiyası (“Xalq”) H.Əminin başçılığı ilә hәrbi dairәlәrә arxalanaraq, B.Karmәlin rәhbәrlik etdiyi partiyanın liberal qanadı “Pәrçәm”i faktiki olaraq hakimiyyәtdәn kәnarlaşdırdı. H.Əminin hökumәt başçısı tәyin edilmәsindәn (1979, mart) sonra ƏXDP-dә vә bütün ölkәdә kütlәvi tәmizlәmә vә repressiyalar hәyata keçirildi. 1979 ilin sentyabrında N.M.Tәrakinin qәtli H.Əminә partiya vә hökumәtdә әsas sәlahiyyәtlәri öz üzәrinә götürmәsinә şәrait yaratdı. 1979 ilin yay–payızında ƏXDP rejiminә qarşı silahlı müqavimәt Kabillә yanaşı, ölkәnin ucqar vil.-lәrindә dә qeyrimütәşәkkil kütlәvi çıxışlara çevrildi. Belә şәraitdә SSRİ “xarici silahlı tәcavüzün qarşısını almaq mәqsәdilә әfqan xalqına yardım göstәrmәk” adı altında Ə.-na silahlı müdaxilә etdi (1979, 25 dekabr) [bax Əfqanıstan münaqişәsi (1979–89)]. 1979 il dekabrın 27-dә xüsusi tәyinatlı sovet dәstәsi Kabildә prezident sarayını tutaraq H.Əmini öldürdü, B.Karmәli hakimiyyәtә gәtirdi. O, dövlәt başçısı vә ƏXDP-nin baş katibi vәzifәlәrini tutdu. Ə. xarici hәrbi müdaxilә vә vәtәndaş müharibәsi dövrünә qәdәm qoydu. Sovet müdaxilәsi nәticәsindә 5 mln.-a qәdәr әfqan ölkәni tәrk edәrәk İrana vә Pakistana qaçdı. Pakistanda әfqan mühacirlәrinin 100-әdәk düşәrgәsi yaradıldı. 1980-ci illәrin birinci yarısında B.Karmәl hökumәtinin Ə.-da “sovet nümunәsi әsasında sosializm” qurmaq cәhdlәri uğursuzluğa mәruz qaldı. Bu siyasәtә qarşı nәinki әhalinin çox hissәsi, hәtta ABŞ vә onun müttәfiqlәri tәrәfindәn dәstәklәnәn müsәlman müxalifәti çıxdı. Ə. xüsusi xidmәtinin keçmiş rәhbәri M.Nәcibullanın ƏXDP-nin baş katibi vәzifәsinә keçmәsi ilә
    (1986, may) milli barışıq üçün tәdbirlәr planının hazırlanmasına, ölkәnin ictimaisiyasi vә iqtisadi hәyatının liberallaşdırılmasına başlanıldı. 1987 ildә Nәcibulla yeni konstitusiyaya uyğun olaraq elan edilmiş Əfqanıstan Resp.-nın prezidenti seçildi. Lakin ƏXDP liderinin kompromis çağırışlarına müqavimәt hәrәkatı başçıları müsbәt cavab vermәdilәr. Nәcibullanın islahatları isә ölkәni hәrbi-siyasi böhrandan çıxara bilmәdi. ABŞ, İngiltәrә, AFR, Yaponiya hәr il әfqan mücahidlәrinә 100 mln. dollarlıq yardım göstәrirdi. Silahlı müxalifәtin hәrbi-texniki potensialının güclәnmәsi, hәmçinin Qәrb dövlәtlәrinin diplomatik tәzyiqlәri vә SSRİ-dә demokratiklәşmә proseslәri sovet vә әfqan rәhbәrliyini rejim әleyhdarları ilә danışıqlara getmәk zәrurәti qarşısında qoydu. 1980-ci illәr әrzindә belә danışıqlar BMT-nin himayәsi altında Ə. vә Pakistanın xarici işlәr nazirlәri arasında da aparılırdı. 1980-ci illәrin sonlarında mücahidlәri silahla tәchizetmәnin dayandırılması müqabilindә sovet qoşunlarının ölkәdәn çıxarılması ilә münaqişәnin nizamlanması formulu hazırlandı. 1988 il aprelin 14-dә Cenevrәdә Ə.-nda vәziyyәtin nizamlanmasına dair saziş imzalandı. Bu sazişә görә, qaçqınlar könüllü geri qayıtmalı, Ə.-a xarici müdaxilәyә son qoyulmalı vә Pakistan onun daxili işlәrinә qarışmamalı idi. SSRİ vә ABŞ bu sazişin tәminatçısı idilәr. SSRİ 1988 il mayın 15-dә Ə.-dan öz qoşunlarını çıxarmağa başladı, 1989 il fevralın 15-dә bu proses başa çatdı. 1990-cı illәrin әvvәllәrindә ölkә rәhbәrliyi Pakistanda fәaliyyәt göstәrәn mücahidlәrin müvәqqәti hökumәti ilә kompromisә nail olmaq üçün sәylәrini artırdı. 1992 il yanvarın 1-dәn SSRİ vә ABŞ vuruşan tәrәflәri silahla tәchiz etmәyi da yandırdı. 1992 ilin aprelindә müxalif dәstәlәr Kabili döyüşsüz әlә keçirdilәr. Ölkә Əfqanıstan İslam Dövlәti elan olundu. Ha kimiyyәt mücahidlәrin әlinә keçdi. S.Mücәddidi prezident olsa da, hәmin ildә onu B.Rәbbani әvәz etdi. 

    Бамиан вадиси. Арха планда даьыдылмыш Бамиан абидяляри.

    Əfqanıstan 1990-cı illәr – 21 әsrin әvvәllәrindә. Az sonra Ə.-da mücahidlәrin başçıları arasında hakimiyyәt uğrunda şiddәtli mübarizә başladı. Hökumәtin yalnız paytaxt regionuna nәzarәt etdiyi vaxtda sәhra komandirlәri әyalәtlәrdә hakimiyyәti әlә keçirdilәr. 1990-cı illәrdә Ə.-da siyasiinzibati dezinteqrasiya güclәndi. Bir sıra vil.-lәrdә regional vә hәtta lokal hakimiyyәt ocaqları meydana gәldi. Özbaşınalıq, zorakılıq, soyğunçuluq, etnik münaqişәlәr kütlәvi xarakter aldı. Ölkә iqtisadiyyatı hәrcmәrclik vә durğunluq dövrünә qәdәm qoydu.
    1990-cı illәrin ortalarında Ə.-ın siyasi sәhnәsinә “Taliban” (Pakistan mәdrәsәlәrindә hazırlıq keçmiş gәnc radikal müsәlmanlar) hәrәkatı çıxdı. “Taliban” birlәşmәlәri 1994 ildә Qәndәharı, 1996 ildә Kabili tutaraq, molla Ömәrin (M ә h ә m m ә d  Ö m ә r) başçılığı ilә әlә keçirdiklәri әrazilәri Əfqanıstan İslam Əmirliyi elan etdilәr. Onlara qarşı Şimal alyansı (Əhmәd şah Mәsudun başçılıq etdiyi müxtәlif etnik qüvvәlәrin koalisiyası) müqavimәt göstәrirdi. “Taliban” liderlәri nәzarәtlәri altında olan әrazilәrdә tәbliğ etdiklәri “hәqiqi islam” çәrçivәsindә әhalinin ictimai-siyasi hәyatına mәhdudiyyәtlәr qoymaqla, qatı teokratik rejim qurdular. “Taliban” rejimi dövründә insan hüquqlarının kütlәvi surәtdә pozulması adi hala çevrildi, narkobiznes tәşviq olundu, milli azlıqlar soyqırımına mәruz qaldılar. 1996 ildәn Ə. әrazisi Üsamә bin Laden vә onun “Əl-Qaidә” tәşkilatının “kafirlәrә” qarşı әmәliyyatları üçün baza kimi istifadә olunurdu. 1990-cı illәrin sonlarında Ə. faktiki olaraq beynәlxalq terror fәaliyyәtinin ocağına çevrildi. 2001 il sentyabrın 9-da antitaliban qüvvәlәrinin lideri Əhmәd şah Mәsudun öldürülmәsi vә ABŞ-da kütlәvi terror aktının (2001, 11 sentyabr) törәdilmәsindә Ü.bin Ladenin ittiham olunması Qәrbdә Ə.-a qarşı kәskin reaksiyaya sәbәb oldu. 2001 ilin sonunda ABŞ-ın başçılığı ilә antiterror koalisiyası qüvvәlәri tәrәfindәn hәyata keçirilmiş hәrbi әmәliyyatlar nәticәsindә Ə.-da “Taliban” rejimi lәğv edildi. 2001 ilin dekabrında Ə.-ın aparıcı siyasi qüvvәlәrinin Bonn ş.-ndә keçirilmiş konfransında Hәmid Kәrzainin başçılığı ilә әsas mәqsәdi ölkәdә sülhü bәrpa etmәk vә demokratik cәmiyyәt yaratmaq olan Ə. müvәqqәti administrasiyası yaradıldı. 2002 ilin iyununda Fövqәladә Loya cirqәnın (Ümumәfqan ağsaqqallar şurası) iclasında Ə.-ın keçid hökumәti formalaşdırıldı, H.Kәrzai isә dövlәt vә nazirlәr kabinetinin başçısı seçildi. 2004 ilin yanvarında vәtәndaş hüquq vә azadlıqlarını elan edәn yeni konstitusiya qәbul olundu. 2004 ilin oktyabrında H.Kәrzai Ə. prezidenti seçildi. 2005 il dekabrın 19-da 30 il әrzindә ilk dәfә parlamentin iclası keçirildi. Parlamentin inaqurasiya mәrasimindә ABŞ vitse-pre -
    zidenti Dik Çeyni vә sabiq Mәhәmmәd Zahir şah da iştirak etdilәr. 2009 ildә keçirilәn prezident seçkilәrindә H.Kәrzai ikinci dәfә prezident oldu. 2014 ildә onu Əşrәf Qәni Əhmәdzai әvәz etdi. 3 mln.-dan çox qaçqın ölkәyә qayıtsa da, Ə.-ın bәrpası prosesi son dәrәcә lәng gedir. “Taliban” dәstәlәrinin qalıqları hökumәtә vә beynәlxalq antiterror koalisiyası qüvvә lәrinә qarşı silahlı mübarizәni davam etdirir. Ə. әrazisi narkotik vasitәlәrin istehsalı vә ixracı üçün istifadә olunur. Əyalәtlәrdә faktiki hakimiyyәt mәrkәzә nominal tabe olan mücahidlәrin sәhra komandirlәrinә mәxsusdur. Ə. Azәrb. Resp.-nın müstәqilliyini 1991 il dekabrın 21-dә tanımışdır. Ölkәlәr arasında diplomatik münasibәtlәr 1994 il noyabrın 16-da qurulmuşdur. 2002 ilin oktyabrında H.Kәrzai ilә Azәrb. Resp.-nın Prezidenti H.Əliyev, 2005 ildә isә Azәrb. Resp.-nın Prezidenti İ.Əliyev arasında görüşlәr keçirilmişdir. 2006 vә 2012 illәrdә H.Kәrzai Azәrb.-a işgüzar sәfәrlәr etmişdir. Ə.-ın Azәrb. Resp.-ndakı sәfirliyi 2012 ildә açılmışdır. 2014 ilin dekabrında Ə. prezidenti Əşrәf Qәninin Azәrb.-a işgüzar
    sәfәri zamanı dövlәt başçıları arasında Ermәnistan–Azәrbaycan Dağlıq Qarabağ münaqişәsi ilә bağlı fikir mübadilәsi aparılmış, hәmçinin regional әmәkdaşlıq, investisiya, energe tika, inşaat, k.t., tәhsil, mәdәniyyәt vә digәr sahәlәrdә әmәkdaşlığın perspektivlәri müzakirә olunmuşdur.

    Tәsәrrüfat
    Xarici yardım vә tranzit ticarәtdәn asılı olan Ə. dünyanın әn yoxsul ölkәlәrindәn biridir. 1979 ildәn davam edәn hәrbi әmәliyyatlar iqtisadiyyatı, demәk olar ki, tamamilә çökdürmüşdür; 1998–2002 illәrdә baş vermiş quraqlığın nәticәlәri dә özünü göstәrmişdir. Əhalinin tәqr. 35%-i yoxsulluq hәddindә yaşayır (2014). Müharibә vә qeyri-stabillik illәrindә yeganә inkişaf edәn sahә xaşxaş istehsalı (bәzi dәyәrlәndirmәlәrә әsasәn ÜDM-in tәqr. 1/3 hissәsi) olmuşdur. 2002 ilin yanvarında Tokioda Ə.-ın bәrpası üzrә yardım proqramının
    (2006 ilә qәdәr 4,5 mlrd. dollar) işlәnib hazırlandığı donor-ölkәlәrin (Rusiya, ABŞ vә Aİ ölkәlәri dә daxil olmaqla 61 ölkәnin nümayәndәliklәri, hәmçinin BMT, Dünya bankı, BVF, İslam konfransı tәşkilatı vә bir sıra digәr tәşkilatlar da iştirak edirdilәr) konfransı keçirilmişdir. Nәticәdә iqtisadiyyatın, xüsusilә aqrar sektorun inkişafında bәzi müsbәt meyillәr meşahidә olunur. ÜDM-in hәcmi 66,65 mlrd. dollar (alıcılıq qabiliyyәti pariteti üzrә; 2016), adambaşına 2 min dollar; real ÜDM artımı tәqr. 2,4% (2016); insan inkişafı indeksi 0,479 (2015; dünyanın 187 ölkәsi arasında 169-cu yer) tәşkil edir. ÜDM-in strukturu (2015): xidmәt sferası – 56%, sәnaye –22%, k.t. – 22%. İnflyasiyanın sәviyyәsi 4,6%-dir (2016). Əhalinin 35%-i işsizdir vә daha 30%-i qismәn mәşğuldur. İqtisadi fәal әhalinin 76,5%-i k.t.-nda, 7,9%-i sәnayedә vә 15,6%-i xidmәt sferasında çalışır (2014). Ə.-ın ümumi xarici borcu 1,28 mlrd. dollardan çoxdur vә onun xeyli hissәsi ABŞ-ın vә Aİ ölkәlәrinin payına düşür (2012).

    Sәnaye. 1967 ildәn ölkәnin şm.-nda (Şi birqan ş.) Carküdük qaz yatağı işlәnilir. 1980-ci illәrdә qaz, әsasәn, SSRİ-yә ixrac olunurdu, 21 әsrin әvvәllәrindәn isә qaz tamamilә ölkә daxilindә istehlak edilir. Hәmçinin kömür (Dәrәyusif yatağı), neft (Anqot), daşduz (Talukan ş. yaxınlığında), lazurit (Sarisәng), tikinti materialları da hasil olunur. Mineral xammalın әsas növlәrinin hasilatı (2014): neft 2,4 mln t, tәbii qaz 159,6 mln m3, daş kömür 1,673 min t, xrom 6,369 t, dәmir filizi 9009 t, talk 55 t vә s. Ə. energetikasının әsasını hidroenerji tәşkil edir: SES-lәrdә ümumi elektrik enerjisinin 64,6%-i, İES-lәrdә 35,4%-i istehsal olunur (2012). Mühüm SES-lәr Kabil r-nunda (Naqlu vә Surobay) vә Hilmәnd r-nlarında (Kacjakay) inşa olunmuşdur. Ən iri İES (tәbii qaz ilә işlәyir) Mәzari-Şәrifdә yerlәşir. Ə.-da emal sәnayesinin yaradılmasına 1930-cu illәrdәn başlanılmışdır: Puli-Humridә pambıq-parça f-ki, Baqlanda şәkәr z-du, Qәndәharda yunәyirmә f-ki tikilmişdir. Beşillik iqtisadi inkişaf planlarında (1956 ildәn) әsas diqqәt ilk növbәdә dövlәt sektorunun inkişafına verilir; Kabildә çörәk kombinatı, mәnzil-tikinti kombinatı, asfalt-beton vә avtomobil tәmiri z-dları, Cәbәl-üs-Siracda vә Puli-Humridә sement z-du, Mәzari-Şәrifdә azot gübrәlәri z-du
    vә s. işә salınmışdır. 1960-cı illәrin sonu – 1970-ci illәrin әvvәllәrindә yeyinti, toxuculuq vә tibb sәnayesinin yeni müәssisәlәri fәaliyyәtә başlamışdır. Müharibә illәrindә әksәr sәnaye müәssisәlәri ya dağıdılmış, ya da fәaliyyәtini dayandırmışdır. 21 әsrin әvvәllәrindә parça (Kabil, Qәndәhar, Mәzari-Şәrif), sabun vә dәrman preparatları (Kabil), mebel, ayaqqabı, mineral gübrәlәr (Mәzari-Şәrif) vә sement (Qori, Cabusarq) müәssisәlәri işlәyir. Əl ilә xalça toxuculuğu (xüsusilә ölkәnin şm.-ında) geniş inkişaf etmişdir.

    Кабил чайы цзяриндя Наглу СЕС-и.

     Sәnaye mәhsullarının әsas növlәrinin istehsalı (2014): elektrik enerjisi 1 mlrd. kVt/saat, pambıq parça 85 mln. m2, sement 102,3 min t vә s. 

    Kәnd tәsәrrüfatı. Ə. iqtisadiyyatı әnәnәvi olaraq kiçik kәndli tәsәrrüfatlarının üstünlük tәşkil etdiyi k.t.-na әsaslanır. Otlaqlar da daxil olmaqla becәrilәn torpaqlar ölkә әrazisinin tәqr. 58,1%-ini tәşkil edir, şumluq torpaqların payı 20,1%-dir (2014). 2700 m-ә qәdәr hündürlükdә şumluq torpaqların çox hissәsindә dәnli bitkilәr becәrilir. Yığım (min t; 2014): buğda – 5371, arpa – 521, qarğıdalı – 316, çәltik – 537, yağlı bitkilәr – 24,2; texniki bitkilәrdәn şәkәr çuğunduru – 11,4, şәkәr qamışı – 75. Ən mәhsuldar torpaqlar mozaika şәklindә yayılmışdır: şm.-da – Amudәrya çayı qollarının dәrәlәrindә, ş.-dә –Kabil, Loqar, Sarobi vә Laqman çaylarının dәrәlәrindә, mәrkәz hissәdә – Orta Əfqan dağlarında, c.-da Hilmәnd vil.-ndә, q.-dә 

    Бянди-Ямир милли паркы. Бянди-Ямир эюлц.

    Herat vil.-ndә. Bağçılıq (әrik, şaftalı, armud, gavalı, albalı, nar, sitrus meyvәlәri), üzüm çülük, bostançılıq inkişaf etmişdir; badam vә qoz yetişdirilir. 1980-ci illәrdә әkin sahәlәrinin tәqr. yarısı suvarılırdı (sutoplayıcı qalereyaları olan yeraltı quyular, hәmçinin çaylardan vә yeraltı bulaqlardan qidalanan arx sistemlәri var idi). İrriqasiya qurğularının çox his sәsi müharibә gedişindә dağıdılmış, torpaqların becәrilmәsi minalar üzündәn tәhlükәli olmuşdur. 1980–90-cı illәrdә Ə. dünyada xaşxaşın әsas tәdarükçüsü idi (1999 ildә 1670 t). Son illәr Ə.-da dövlәt dәstәyi nәticәsindә zәfәran sahәlәri xeyli genişlәndirilmiş (2,8 ha; 34 әyalәtdәn 31-indә), onun istehsalı 6 t-a çatdırılmışdır (2016). Dünya bazarında әfqan zәfәranının 1 kq-ının qiymәti tәqr. 6 min dollar tәşkil edir. Heyvandarlıqla, (әsasәn, qaraqül qoyunu) daha çox köçәri tayfalar mәşğul olurlar. Sürülәr qışda düzәnliklәrdә, yayda isә dağ lıq otlaqlarda (1000 m-dәn 3500 m-әdәk hünd.-dә) otarılır. Hәmçinin qaramal (zebu vә kәl), ulaq, dәvә, at yetişdirilir. Nәqliyyat vә rabitә. D.y., demәk olar ki, yoxdur – Kuşkadan (Türkmәnistan) Toraqundaya 9,6 km, Termezdәn Xayratana 15 km yol (onu Mәzari-Şәrifә kimi uzatmaq nәzәrdә tutulmuşdur) çәkilmişdir. Avtomobil yollarının uz. 42,150 min km, o cümlәdәn bәrkörtüklü 12,350 min km (2013) tәşkil edir. Ölkәnin mühüm şәhәrlәrini birlәşdirәn Kabil – Qәndәhar – Herat – Meymәnә – Mәzari-Şәrif – Xulm – Kabil
    dairәvi yolu xüsusi әhәmiyyәt kәsb edir. Su yollarının ümumi uz. 1,2 min km-dir. Gәmiçiliyә yararlı yeganә çay Amudәryadır. Başlıca çay portları – Xayratan vә Şerxan. Ə.-da iki neft kәmәri çәkilmişdir: Türk mәnistandan Şindana vә Özbәkis tandan Baqrama (hәr ikisi fәaliyyәtsizdir). Qaz kәmәrlәrinin uz. 466 km-dir (2013). Ölkәdә 43 aeroportdan 25-i bәrkörtüklüdür. Kabildә beynәlxalq aeroport, helikopterlәr üçün 9 aerodrom var (2016).

    Зяфяран йыьымы. Щерат яйаляти.

    Xarici iqtisadi әlaqәlәr. Ə.-nın ixracatının ümumi dәyәri 619,2 mln. dolları, idxalatı 6,16 mlrd. dolları ötmüşdür (2016). Əsas ixrac mәhsulları: meyvә, fındıq, xalça, yun, pambıq, dәri mәmulatları, qiymәtli vә yarımqiymәtli daşlar. Əsas ixracat tәrәfdaşları (2015): Hindistan (42,3%), Pakistan (29%), Tacikistan (7,6%), ABŞ (6,2%). Əsas idxalat tәrәfdaşları (2015): Pakistan (38,6%), Hindistan (8,9%), ABŞ (8,3%), Türkmә nistan (6,2%), Çin (6%), Qa zaxıstan (5,9%), Azәrbaycan (4,9%).

    Silahlı qüvvәlәr
    ABŞ vә NATO tәlimatçılarının yardımı ilә yenidәn yaradılmış Ə.-ın silahlı qüvvәlәrinin (SQ; Əfqanıstan milli ordusu) ümumi sayı tәqr. 190 min nәfәrdir (2013). Tәrkibinә quru qoşunları (QQ; 130 min nәfәrdәn çox), HHQ (tәqr. 6 min nәfәr) vә xüsusi tәyinatlı qüvvәlәr (55 min nәfәrdәn çox) daxildir. Ali baş komandan prezidentdir. Müdafiә nazirliyi vә baş qәrargah qoşunlara inzibati vә әmәli rәhbәrlik edir, hәmçinin müdafiә vә hәrbi quruculuq sahәsindә dövlәt siyasәtini hәyata keçirir. QQ-nin әsasını 6 ordu korpusu (20 piyada briqadası) tәşkil edir; T-62 tankları (tәqr. 50), zirehli transportyorlar, PDM-1, PDM-2, zirehli maşınlar (tәqr. 200), hәmçinin mindәn çox sәhra artilleriya topu vә mina -

    Щерат галасы.

    atanı ilә silahlanmışdır. HHQ 3 aviasiya bölmәsi, o cümlәdәn 1 tәlim vә 2 әlahiddә aviasiya eskadrilyasından ibarәtdir, tәrkibindә tәqr. 50 tәyyarә vә 50 helikopter vardır. Hәrbi texnika, әsasәn, SSRİ vә ABŞ istehsalıdır. Ə. silahlı qüvvәlәri üçün zabitlәr Milli Hәrbi Akademiyada hazırlanır.

    Sәhiyyә. İdman
    Əhalinin hәr 100 min nәfәrinә 11 hәkim (hәr 9091 nәfәrә 1 hәkim), 18 orta tibb işçisi düşür (2000). Sәhiyyәyә qoyulan ümumi xәrc ÜDM-in 1%-ni tәşkil edir (2001). Xәstәlәnmә göstәricisi: difteriya ilә – 854, qızılca ilә – 2486, göyöskürәklә – 1439 nәfәr olmuşdur (2000). Ölkәdә qәdimdәn atçılıq idmanı, kamandan oxatma, taxta qılıncoynatma vә s. idman oyunları geniş yayılmışdır. Ə. Olimpiya Komitәsi BOK tәrә findәn 1936 ildә tanınmışdır. Hәmin ildәn Ə. idmançıları Olimpiya Oyunlarında iştirak edirlәr. Ən çox inkişaf etmiş vә kütlәvi idman növlәri: gülәş, yüngül atletika, futbol, otüstü hok key. 29-cu vә 30-cu Yay Olimpiya Oyunlarında (2008, Pekin; 2012, London) Ə. idmançıları 2 bürünc medal qazan mışlar.

    Tәhsil
    Uzunmüddәtli vәtәndaş müharibәsi vә “Taliban”ın idarәçiliyi illәrindә Ə.-ın tәhsil sistemi tamamilә dağıdılmışdı. 2002 ildә kişilәrin tәqr. 39%-i, qadınların isә 3%-inin ibtidai tәhsili olmuşdur. 1,5 mln. mәktәbyaşlı uşaq oxumaq imkanından mәhrum edilmişdi. 70%-dәn çox mәktәb binası dağıdılmış, 5 min mәktәbin 3,5 mininin tәmirә ehtiyacı yaranmışdı. 2002 ildә Ə.-da tәhsil sisteminin bәrpası mәqsәdilә 2 illik “Yenidәn mәktәbә” adlı fövqәladә plan hazırlandı. Hәmin ildәn Kabil Un-tindә dә (әsası 1932 ildә qoyulmuşdur) dәrslәr bәrpa olundu. 2003 ildә Ə.-da 5,5 mln. mәktәbyaşlı uşağa 7563 mәktәb (92 min müәllim) düşürdü. 2003 ildәn sonra ölkәdә 5 mindәn çox mәktәb tikilmiş vә tәmir olunmuşdur. Ə.-da fәaliyyәt göstәrәn 16 min mәktәbdә 7 mln.-dan çox şagird tәhsil alır, ümumtәhsil mәktәblәrindә 100 mindәn çox müәllim pedaqoji fәaliyyәtlә mәşğuldur. Hәr il ölkәnin müxtәlif un-t lәrinә daxil olan 100 min abitu riyentin 35%-i qadınlardır (2013). Əsas tәhsil mәrkәzi olan Kabildә Amerika Un-ti (2006) fәaliyyәt göstәrir. Ölkәnin hәmçinin Qәndәhar, Herat, Bәlx,
    Nanqarhar, Xost vә s. şәhәrlәrindә un-tlәr var.

    Kütlәvi informasiya vasitәlәri
    Ə.-ın mәtbuat tarixi “Sirac әl-әxbar” (1906; 1911–19, tәsisçisi Mahmud Tәrzi) qәzeti ilә başlayır. Ölkәnin kütlәvi informasiya vasitәlәri sistemi “Taliban” rejimi dövründә dağıdılmış, 2001 ildәn bәrpa olunmağa başlanılmışdır. Ə.-da 260-dan çox qәzet vә jurnal nәşr olunur. Ən iri nәşrlәr: “Daily Outlook Afghanistan” (ilk özәl ingilisdilli qәzet; 2004), “Afghanistan
    Times” (2005); dәri vә puştu dillәrindә gündәlik dövlәt qәzetlәri “Ənis” (1927) vә “Cheragh” (2003), hәftәlik “Eqtedaare Melli” (2002), “Hevad” (1949) vә s.; ingilis, dәri vә puştu dillәrindә “Pajhwok Afghan News” (2004), “Khaama Press” (2010) vә s. Ə.-da radio 1925 ildә fәaliyyәtә başlasa da, Bәççeyi-Saqqa üsyanı (1928–29) nәticәsindә Kabil radiostansiyası tamamilә dağıdıldı. 1941 ildә “Əfqanıstan radiosu” (Kabil) verilişlәrini bәrpa etdi. Əsas informasiya vasitәsi olan radio iri şәhәrlәrdә (Kabil, Qәndәhar, Xost, Cәlalabad, MәzariŞәrif, Herat vә s.) yayımlanır. “Baxtәr Mәlumat Agentliyi” (1939), “Taglara Mәlumat vә Xәbәr Agentliyi”, “Vaxt Xәbәr Agentliyi”] fәaliyyәt göstәrir, Kabildә CNN, BBC, “Sky news” vә “әl-Cәzirә” media şirkәtlәrinin büroları yerlәşir. Televiziya verilişlәri 1974 ildәn (müntәzәm olaraq 1978 ildәn) yayımlanır. 1992 ildәn digәr kütlәvi informasiya vasitәlәri ilә yanaşı, televiziya da tәnәzzül dövrünü keçirmiş, “Taliban” rejimi dövründә (1996–2001) isә tamamilә qadağan olunmuşdu. 2002 ildәn televiziya verilişlәrinin yayımı bәrpa edilmişdir. Peyk vә kabel televiziyası fәaliyyәt göstәrir.

    Ədәbiyyat
    Ə. әdәbiyyatı puştu vә dәri dillәrindә inkişaf edir. Puştu dilindә әdәbiyyat Pakistan әrazisinin bir hissәsindә dә intişar tapmışdır, dәri dilindә әdәbiyyat fars klassik әdәbi әnәnәlәrinin davamı hesab olunur. Şifahi әdәbiyyat tam tәdqiq edilmәsә dә, bütövlükdә әfqan xalqının mәişәtini, xarakterini әks etdirir vә zәnginliyi ilә fәrqlәnir. Şifahi әdәbiyyatın bәdii tәsvir vasitәlәri yazılı әdәbiyyatla müqayisәdә daha zәngindir. Poetik janrlar geniş yayılmışdır. 10–15 әsrlәrdә fars dilindә yazıbyaratmış klassik şairlәrin әdәbi irsi Ə. әdәbiyyatına da mәxsusdur. 15 әsrdә puştu dilindә yaradılmış әdәbi abidәlәrdәn yalnız üçü (“Müqәddәslәrin hәyatı”, “Namәlum xәzinә” vә Şeyx Malinin “Kadastr kitabı”) dövrümüzәdәk gәlib çatmışdır. 16 әsr әdәbiyyatı rövşәni tәriqәtinin banisi Bәyazid Ənsarinin yaradıcılığı ilә tәmsil olunur. Puştu dilindә klassik әdәbiyyatın tәrәqqi etdiyi 17–18 әsrlәrdә 4 әsas poetik mәktәb: rövşәnilәrin (işğalçılara qarşı mübarizәyә çağıran vә sufilik ideologiyasına meyilli olan), Xoşhal xan Xattakın (milli azadlıq ideyalarını özündә әks etdirәn, dünyәvi poeziyanın bәdii tәsvir vasitәlәrindәn bәhrәlәnәn vәtәnpәrvәrlik şeirlәri), ƏbdürRәhman Momәndin (sufilikdәn bәhs edәn), Əbdülhәmid Momәndin (bәdii obrazlarının vә poetik dilinin mürәkkәbliyi ilә fәrqlәnәn) mәktәblәri tәşәkkül tapmışdır. 19 әsrdә Ə. xalqlarının siyasi birliyi zәminindә dәri vә puştu dillәrindә ikidilli әdәbiyyat formalaşdı (mәdhiyyәçi şairlәrdәn Kabili Vasiri, Tәrşizi Şәhab, epik şairlәrdәn Qulam Mәhәmmәd, H.Kәşmiri, Əmir Əbdürrәhman vә b.-nın yaradıcılığı). 20 әsrin әvvәllәrindә maarifçilik әnәnәlәrinә bağlı müasir Ə. әdәbiyyatı yarandı (Mahmud bәy Tәrzi, Qulam Mühiddin Əfqan, Dәvi Əbdülhadi, Mәhәmmәd Salih vә b.). 1937 ildә Əfqanıstan Dil vә Ədәbiyyat Akademiyası tәşkil olundu. Nәsrdә yeni janrlar, o cümlәdәn povest (S.M.Alәmşahinin, Miraminuddin Ənsarinin, Q.M.Jvandayın dәri; B.Kuşkaki vә K.M.Rәfiqin puştu dillәrindә) janrı mәnimsәnildi. 20 әsrin 2-ci yarısında Ə. әdәbiyyatında sosial mövzular üstünlük tәşkil edirdi (G.Ülfәt vә Ə.Binәvanın şeirlәri, K.Hadim vә S.Rüştünün oçerklәri, N.M.Tәraki, Mәhәmmәddin Jvak, Abdulla Bәhtaninin nәsr әsәrlәri). Əbdülhәq Betab, X.Xәlili (dәri dilindә), C.Q.Ceylani, Ş.Mәcrux, M.S.Psarlay (puştu dilindә) әnәnәvi motivlәri saxlamışlar; S.Layeq (puştu vә dәri dillәrindә), Ş.Barik (dәri dilindә) yeni formalara müraciәt edirlәr. Müasir bәdii nәsrdә romantik (Ə.Pәjvak, Xeybәri), daha sonra isә realist (F.A.Pәrvanә, R.Rәhim, Ə.Hәbib, K.Mәzhәri) әdәbi cәrәyanlar meydana gәlmişdir. Əfqanıstan Xalq Demokratik Partiyası (ƏXDP) hakimiyyәtә gәldikdәn sonra Yazıçılar İttifaqı yaradıldı (1980) vә “Jvandun” (“Hәyat”) jurnalı onun rәsmi orqanı oldu. Nasirlәrdәn Ə.Osman, Ə.R.Zәrab, Əfqanpur Amin, Hәbib Qadir, İ.Ətayi vә b.-nın yaradıcılığı bu dövrә aiddir. Poeziyada klassik әnәnәlәr davam etdirilir (N.Hafiz, N.Tahuri vә b.-nın şeirlәri), hәmçinin yeni poetik üslub vә janrlara da müraciәt olunurdu (V.Baxtәri, L.Nazimi A.Naibi vә b.). 20 әsrin son rübündә başlayan müharibә bir çox әfqan әdibinin ölkәdәn getmәsinә sәbәb oldu. Yazıçılardan S.Şpun, X.Hüseyn, şairlәrdәn A.Cahani, P.M.Karvan, S.Siddiqi, M.Pәrvin Feyzzadә
    puştu әdәbiyyatının mühacirәtdә olan әn parlaq nümayәndәlәridir. “Əfqan nağılları” kitabı, әfqan şair vә yazıçılarının bir sıra әsәri Azәrb. dilindә çap edilmişdir.  

    Эюй мясъид. Мязари-Шяриф.

    Memarlıq vә tәsviri sәnәt
    Ə.-ın qәdim vә orta әsrlәr mәdәniyyәti Orta Asiya, Hindistan, İran xalqlarının mәdәniyyәti ilә sıx qarşılıqlı әlaqәdә inkişaf etmişdir. Bәlx vә Toxarıstanın bir hissәsi kimi Şimali Ə. әrazisi Orta Asiyanın c. r-ları ilә vahid tarixi-mәdәni vilayәt tәşkil edirdi. E.ә. 4-cü minilliyin sonları – 3-cü minillikdә Cәnubi Ə.-da erkәn әkinçilik mәskәnlәri olan mundi qahlar (çiy kәrpicdәn tikililәr, naxışlı keramika, zoomorf vә mәhsuldarlıq ilahәlәrinin gil fiqurları) meydana gәldi. Yaşayış mәskәnlәrinin genişlәnmәsilә әlaqәdar e.ә. 2-ci minillikdәn müdafiә divarlarının vә monumental tikililәrin inşasına başlanıldı. Şimali Ə. vahәlәrindәki yaşayış mәskәnlәri dә divarlarla әhatә olunur, monumental binalar (Daşlı-3-dә “dairәvi mәbәd” vә “saray”) pilyastrlar vә ayrı-ayrı yerlәrdә nәbati naxışlı alebastr mozaika ilә bәzәdilirdi; mәskәnlәrdә vә mәzarlıqlarda hәndәsi motivli mis vә tunc möhürlәr, bәzәkli metal sancaqlar aşkar edilmişdir. E.ә. 4–2-ci minillikdә Ə. incәsәnәti üslubca Qәdim Yaxın Şәrq mәdәniyyәtlәri arealına daxil olsa da, Harappa mәdәniyyәtinin elementlәrini dә ehtiva edirdi. Şimali Ə.-da arxeoloqlar tәrәfindәn aşkar edilmiş möhtәşәm tikililәr (dairәvi planda Qutluqtәpә “mәbәdi”, Altun 10-da “yay” vә “qış” sarayları), hәmçinin Amudәrya dәfinәsinin әşyaları Əhәmәnilәr dövrünә (e.ә. 6–4 әsrlәr) aid edilir. Yunan-Bәlx padşahlığı dövründә (e.ә. 250–140) Şimali Ə.-da ellinist incәsәnәti mәktәblәrindәn biri (әn mühüm abidәlәri Ayxanımda tapılmışdır) yarandı. Köçәri tayfaların başçılarının dәfn olunduğu (e.ә. ilk әsrlәr – eramızın ilk әsrlәri) zәngin qәbirlәrdәn (Şimali Ə., Tillitәpә) 20 minә yaxın zәrgәrlik mәmulatı (qızıl, firuzә, әqiq, lazu-

    Бещзад Kәmalәddin. Я.Ъаминин “Йусиф вя
    Зцлейха” ясяриня чякилмиш миниатцр. 1488. Мисир
    Mилли Kитабханасы. Гащиря.

    Щерат сяняткарлыг мяктябиня мяхсус эцмцш вя
    гызыл инкрустасийалы тюкмя бцрцнъ габ. 16 ясрин
    яввялляри. Метрополитен Инъясянят Музейи.

    rit) tapılmışdır; onların tәsviri vә ornaental formaları yerli sәnәtkarların Qәdim Yaxın Şәrq, hind, Uzaq Şәrq, çöl vә antik әnәnәlәrini mәnimsәdiklәrini göstәrir. Kuşan padşahlığı dövründә (1–4 әsrlәr) Ə.-da buddizm geniş yayılmışdı (Bamiandakı çoxsaylı Budda heykәltәraşlıq әsәrlәri, Xadda, Bәhram vә Fındıqıstandakı arxeoloji qazıntılardan tapılmış dekorativ-tәtbiqi sәnәt nümunәlәri). 1–8 әsrlәrә aid çoxsaylı Budda dini abidәlәri vә monumental heykәltәraşlığı, boyakarlıq vә ornamental dekorativ sәnәt әsәrlәri dövrümüzәdәk saxlanılmışdır. Böyük stupalı daxili hәyәtlәri, tirlәrlә örtülmüş vә ya tağlı otaqları olan yerüstü monastırlar (Bәlx, Kunduz yaxınlığında) digәr tikililәr kimi çiy kәrpiçdәn, bәzәn daşdan inşa edilirdi. Bamianda yerlәşәn mağara-monastırın divar rәsmlәrindә İran vә Hindistan incәsәnәtinin tәsiri duyulur. Ərәblәrin istilasından (7–8 әsrlәr) vә islam dininin yayılma sından sonra Ə. incәsәnәtinә müsәlman ölkәlәri mәdәniyyәtlәrinin böyük tәsiri olmuşdur. Bәlxdәki günbәzli Nu Gümbәd mәscidi (10 әsr), Bust ş.-ndәki Qәznәvilәrin Lәşgәrgah saray kompleksi (11 әsrlәr), Qәznәdә xatirә qüllәsi (12 әsr), Cam k. yaxınlığında minarә (hünd. 60 m; 1153–1202), Heratda Cümә mәscidi (1201–14 әsr), Müsәllah ansamblındakı (1417–38) Gövhәrşad türbәsi, Bәlxdә Xacә Əbu Nasir Pars türbә-mәscidi (15 әsr) vә s. Ə.-ın orta әsrlәr memarlıq abidәlәridir. Orta Asiya, İran, qismәn Hindistanla daimi әlaqәdә olan orta әsrlәr Ə. incәsәnәtindә özünәmәxsus mәktәblәr yaranmışdı. Dekorativ vә tәtbiqi sәnәtin әn mükәmmәl mәktәbi Heratda formalaşmışdı (bәdii metal, xalçaçılıq, ağac üzәrindә oyma vә s.). 15 әsrin әvvәllәrindә Herat miniatür mәktәbinin inkişafı, K.Behzad vә onun şagirdi Qasım Əlinin, hәmçinin bir çox tanınmış miniatürçü, xәttat vә nәqqaşların yaradıcılığı burada fәaliyyәt göstәrәn saray kitabxana-emalatxanası ilә bağlı idi. 16 әsrin әvvәllәrindә Ə.-ın aparıcı mәdәniyyәt mәrkәzi Kabil oldu; Böyük Moğollar sülalәsinin banisi Baburun iqamәtgahı burada yerlәşirdi. 18 әsrin ortalarından geniş tikinti işlәri Qәndәharda aparılırdı (Əhmәd şah Dür raninin 8-üzlü günbәzli mәqbәrәsi). 18–20 әsrlәr Ə.-ın xalq memarlığı Orta Asiya vә Pakistandakı yaşayış evlәri tipinә yaxındır, bir çox rayonlarda günbәzli evlәr yayılmışdı. 1920-ci illәrin sonundan fransız memarı A.Qodarınrıhbәrliyi ilә Kabildә yeni rayonların inşası layihәsi işlәnib hazırlandı. 1970-ci illәrin sonundan ictimai vә yaşayış binalarının tikintisi genişlәndi. 1978 ilin baş planına әsasәn Kabildә Televiziya mәrkәzi, hospital, Tibb in-tu binaları kompleksi inşa edildi. 20 әsrin ortalarında bir sıra monumental tikililәrin inşasında yeni memarlıq formaları vә materiallarla (şüşә, beton) yanaşı, әnәnәvi memarlıqdan da istifadә olunmuşdur (Kabildә qara mәrmәr vә mavi kaşılarla bәzәdilmiş Abidayi Meyvәnd sütunu, memar İsmәtulla Sәrac, 1950-ci illәr). Ə. tәsviri sәnәtindә әsası 1921 ildә Kabildә qoyulmuş Əbdülqafur Breşnanın başçılıq etdiyi Tәsviri vә Tәtbiqi Sәnәt Mәktәbi mühüm rol oynamışdır. 1950–60-cı illәrdә Ə. rәssamları beynәlxalq sәrgilәrdә iştirak etmişlәr. 1978 ildәn sonra tәb liğatın (plakat, qәzet-jurnal qrafikası) vә özfәaliyyәt sәnәtinin müxtәlif formaları inkişaf et mişdir. 1989 ildәn Ə. boyakarlığında Heratmi niatür әnәnәlәrinin dirçәlişi ilә bağlı olan cәrәyan populyarlıq qazandı. Mәscid vә ictimai binaların tәrtibatında nәbati motivlәr mühüm yer tutur. Talibanların idarәçiliyi dövründә Ə. әrazisindә bir sıra qiymәtli sәnәt abidәlәri dağıdılmışdır (Bamian vә s.). Müasir dövrdә әnәnәvi sәnәtkarlıq növlәri (Herat şüşә mәmulatı, naxışlı lak nümunәlәri, zәrgәrlik işlәri vә s.) üstünlük tәşkil edir. Ə. ixracatında xalçaçılıq mühüm әhәmiyyәtini saxlamışdır. 

    Ъам минаряси. 12 яср. Шахрак бюлэяси.

    Musiqi
    Ə.-ın musiqi mәdәniyyәti qәdimdә Əhәmәni, Bәlx, Kuşan vә Sasani әnәnәlәri ilә bağlı olmuşdur. Eramızın ilk әsrlәrindә zәrdüştilik, Budda dini mәrkәzlәri mövcud olmuş, Bamian vә Xaddada buddist musiqiçilәrin tәsvirlәri saxlanılmışdır. İslam dini musiqi mәdәniyyәtinә böyük tәsir göstәrmişdir. 15 әsrdәn Teymurilәrin musiqi mәdәniyyәti mәrkәzi Sәmәrqәnddәn Herata keçmәklә әrәb (mәqam sisteminә әsaslanan) vә hind (raqa prinsipinә әsaslanan) musiqi әnәnәlәrini birlәşdirәn klassik musiqi sәnәti tәşәkkül tapmış, buna uyğun musiqi nәzәriyyәsi yaranmışdır (Ə.Cami, “Musiqi haqqında traktat”, 15 әsrin 2-ci yarısı; X.Xattakın “Dәstarnamә” – “Çalma haqqında kitab” traktatının bәzi hissәlәri musiqiyә hәsr olunmuşdur, 1665). 17–19 әsrlәr Ə.-da klassik musiqinin çiçәklәnmә dövrüdür. Ə.-ın musiqi әsrlәrlә әrәb-İran, hind, Orta Asiya mәdәniyyәtlәri ilә sıx әlaqәdә inkişaf etmişdir. Belәki, Ə.-ın c. әyalәtlәri Pakistan, q. hissәsi İran, şm. әyalәtlәri isә Tac. vә Özb. musiqisinә yaxın olmuşdur. Puştular, bәluclar, taciklәr, nuristanlılar, türkmәnlәr, pamirlilәr, müxtәlif köçәri tayfalar özünәmәxsus әnәnәlәrә malikdirlәr. Dini musiqi islam vә sufilik әnәnәlәri ilә bağlıdır. Ə.-ın mәәrkәzi әyalәtlәrindә yaşayan hәzarәlәr arasında daha çox şiәliklә bağlı jantlar yayılmışdır. Folklor әmәk mahnıları (arxların çәkilmәsi, mәhsulyığımı, dağlarda odun tәdarükü, dәyirman işlәri zamanı ifa olunur) vә instrumental ansambl musiqisi; mәrasim musiqisi –

    “Зющря” мусиги ансамблы.

    tәqvim, müalicә, toy, mәzәli mahnılarla tәmsil olunur. Karvan köçlәri, ilan ovsunçularının tamaşaları da musiqi ilә müşayiәt edilir. Landıy vokal janrı geniş yayılmışdır (puştu dilindә, 8–9 әsrlәrdәn mәlumdur; mәtn baxımından 2 növü vardır: qadınların oxuduğu aşiqanә-lirik sәciyyәli bәzmi, kişilәrin ifa etdiyi hәrbcu xarakterli rәzmi). Aşıq vә dumların sәnәti mәşhurdur. Klassik musiqi Buxara şaşmakomukxayyal üslubu, qәzәl, qәsidә, müxәmmәs ifaçılığı ilә tәmsil olunur. Ənәnәvi alәtlәr: simli – tәnbur, rübab, sitar, dütar, yayla çalınan – gicak, sarinda, arxaik gövsvarı arfa, simballar – santur, çәng; nәfәs – nay, tuyduk, surnay, koşnay, karnay, tuluq zurnası binbaca; zәrb –doyra, dәf, ikiüzlü tәbil – dhol. 19–20 әsrlәrin ayrıcında Ə.-a Avropa alәtlәrinin (fp., mandolina, akkordeon) vә Avropa musiqi mәdәniyyәtinin digәr elementlәrinin daxil olması ilә yeni tәmayüllәr yarandı. Musiqili teatr formaları inkişaf etmәyә başladı, şәhәr mahnı janrları geniş yayıldı (müğәnnilәrdәn Sәrәhәng, Y.Kosimi, Naşenas, A.Zoir, Hafizulla Xәyal), müxtәlif ifaçı kollektivlәri yarandı: Kabil radiosunun milli alәtlәr ork. (1946), Estrada ork. (1961), “Nәrgiz” mahnı vә rәqs ansamblı. Ənәnәvi alәtlәrdә çalanlar sırasında Mәhәmmәd Ömәr (rübab), Əb dülmәcid (tәnbur), M.N.Mәzari (gicak), M.Hüseyn (surnay) vә b. tanınmışlar. 1978 ildәn Ə. xalqlarının incәsәnәt festivalları keçirilmiş, İncәsәnәt Xadimlәri İttifaqı yaradılmışdı (musiqi bölmәsi ilә, 1980). 1992 ildәn sonra әylәncәli musiqinin bütün növlәri qadağan olundu; bir çox musiqiçi ölkәni tәrk etdi (mәs., mәşhur klassik müğәnni Mahvәş ABŞ-a mühacirәt etdi). 2000-ci illәrdәn dini vә folklor musiqisinin dirçәlişi prosesi başlamışdır. Ə.-da Milli Musiqi İn-tu (2010 ildәn) vә onun nәzdindә qızlardan ibarәt “Zöhrә” musiqi ansamblı fәaliyyәt göstәrir. 

    “Осама” филминдян кадр.

    Kino
    İlk Ə. filmi “Mәhәbbәt vә dostluq” 1944 ildә Hindistanda, F.M.Xayerzadәnin “Qartalkimi” ilk әfqan bәdii filmi (Hindistanla birgә) 1963 ildә çәkilmişdir. “Əfqanfilm” kinostudiyası 1968 ildә yaradılmış, burada hәm sәnәdli (“Əfqanıstan inkişafda”, 1969; “Xoşbәxtliyin sirri”, 1970), hәm dә bәdii filmlәr (“Ananın öyüdü”, 1973. rej. Ə.Əlil; “Çәtin günlәr”, rej. V.Lәtifi, “Rabiә Bәlxi”, rej. M.Nadiri, hәr ikisi – 1974; “Heykәllәr gülür”, 1976, rej. Şәfiq) çәkilmişdir. Ə.-da kino sәnayesinin modernlәşdirilmәsinә 1978 il aprel inqilabından sonra cәhd göstәrilmişdi (Lәtifinin iştirakı ilә özbәk rej.-u A.İ.Xamrayevin “Kabildә qızmar yay”, 1983, “Mosfilm” kinostudiyası ilә birgә). Əfqan tәlәbәlәri Ümumittifaq Dövlәt Kinematoqrafiya İn-tunda (Moskva) tәhsil alır, tam metrajlı bәdii filmlәr isә, әsasәn, SSRİ-nin kinostudiyalarında çәkilirdi. “Taliban” rejimi devrildikdәn (2001) sonra dünyanın yaradıcı ziyalılarının dәstәyi ilә әfqan kinoistehsalı formalaş maqdadır (“Osama”, rej. S.Barmak, 2002, Beynәlxalq Kann kinofestivalının mükafatı).
    Əd.: Р е й с н е р И.М. Развитие феодализма и образование государства у афганцев. М., 1954; Г и р с Г. Ф. Со временная художественная про за на пушту в Афганистане. М., 1958; Б е л я е в В. Афганская на родная музыка. М., 1960; П у г а ч е н к о в а Г. А. Искусство Афганистана. М., 1963; М а с с о н В. М., Ромодин В. А. История Афганистана. М., 1964–1965. Т. 1–2; К у ш е в В. В. Афганская рукописная книга. М., 1980; H a l l e t St. J., S a m i z a y R. Traditional architecture of Afghanistan. N. Y.; L., 1980; Р у с т а м - з а д е Д. Некоторые вопросы афганской музыкальной культуры // Традиции музыкальных культур народов Ближнего, Среднего Востока и современность. М., 1987; А с о е в Х. Формирование жанровой системы прозы Афганистана на языке дари. Душ., 1988; М а н н а н о в А.М. У истоков афганской классической литературы. Таш., 1994; П е л е в и н М.С. Хушхал-хан Хаттак (1613–1689). Начало афганской национальной поэзии. СПб., 2001. R a s h i d A. Taliban: Islam, oil and the new great game in central Asia. L., 2002.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç