EQZÉKYUTİV-KÓMMİTTİ SİLSİLӘSİ (Executive Committe Range) – Qәrbi Antarktidada, Meri Berd Torpağında dağ massivinin bir hissәsi. 76°20′ vә 77°20′ c.e.-lәri arası boyu uzanır. Әsasәn bazaltlardan tәşkil olunmuşdur. Hünd. 4181 m-әdәkdir (Sidli d.). Buzlaq örtüyünün qalınlığı tәqr. 1000 m-dir. 1940 ildә R. Berdin ekspedisiyası tәrәfindәn kәşf edilmişdir. ABŞ-ın Antarktida Xidmәti İcra Komitәsinin şәrәfinә adlandırılmışdır.