EL– türkdilli xalqlarda әvvәllәr bütöv tayfa vә ya onun ayrı-ayrı qolları, yaxud nәsil, hәmçinin el-oba, vәtәn, xalq, camaat. Tәdqiqatçıların fikrincә, “E.” termini Sәfәvilәr dövründә müxtәlif nәsil vә tayfa qalıqlarından ibarәt icmaların birlәşmәsini bildirirdi. E. camaatını E. bәylәri idarә edirdi. Azәrb.-da köçәri vә yarımköçәri hәyat sürüb, maldarlıqla mәşğul olan E.-lәr (bayatlar, qarapapaqlar, şahsevәnlәr vә b.) yaşamılar (bax hәmçinin Elat).