EL QRÉKO (El Greco; әsl soyadı T e o t o k o p u l i ) Domeniko (1541, Krit a. – 7.4.1614, Toledo) – ispan rәssamı. Mәnşәcә yunandır. Krit a.-nda ikonaçәkәn rәssamlardan dәrs almışdır. Bu, rәssamın yaradıcılığında özünәmәxsusluğun formalaşmasına tәsir göstәrmişdir. 1560 ildәn sonra Venesiyaya gedәn E.Q-nun Tisiandan dәrs alması da ehtimal edilir. 1570 ildәn Romada çalışan E.Q. yaradıcılığına manyerizmin, Mikelancelo әsәrlәrinin, hәmçinin Venesiya Son İntibah dövrü sәnәtkarlarının (Tisian, J.Bassano, Tintoretto) tәsiri olmuşdur. E.Q. sәnәtinin çiçәklәnmә dövrü tәqr. 1577 ildә İspaniyaya köçmәsindәn sonra başlamışdır. Yaradıcılığının yetkin dövründә 16 әsr ispan mistik poeziyasına yaxın olmuşdur (“Qraf Orqasın dәfni”, 1586–88, Santo-Tome, Toledo; “Müqәddәs ailә”, tәqr. 1590–95, Klivlend İncәsәnәt Muzeyi). Bu әsәrlәrdә estetik qayә çoxsaylı heyrәtamiz çalarlarla gah yanıb, gah sönәn tәzadlı, hәyәcan doğuran rәnglәrә әsaslanan koloritlә zәnginlәşmişdir. E.Q. portret janrında da işlәmişdir.
Ел Греко. “Мцгяддяс аиля”. Кливленд Инъясянят Музейи
Hәyatının son illәrindә yaratdığı әsәrlәrdә qeyri-real cizgilәr qabarıq nәzәrә çarpır (“Beşinci möhürün açılması”, Metropoliten-Muzey, Nyu-York; “Laokoon”, Milli İncәsәnәt Qalereyası, Vaşinqton; hәr ikisi – 1610–14). O, “Toledonun görünüşü” tablosunu ustalıqla yaratmışdır. Bu әsәr holland rәssamı Van Qoqun “Ulduzlu gecә” vә U. Ternerin bir neçә peyzajı ilә bir sırada Avropa incәsәnәti tarixindә göy üzünü mәharәtlә canlandıran әsәrlәr siyahısına daxil edilmişdir.