ƏFQANISTAN-ÇİN MÜQAVİLƏSİ (1960) – avqustun 26-da Kabildә Əfqanıstan ilә ÇXR arasında bağlanmış dostluq vә qarşılıqlı hücum etmәmәk haqqında müqavilә; hәr iki dövlәtin müstәqilliyini vә әrazi bütövlüyünü tәsbit edirdi. Tәrәflәr sülh vә dostluq münasibәtlәrini saxlamaq vә inkişaf etdirmәk, bütün mübahisәlәri silahlı qüvvә tәtbiq etmәdәn sülh yolu ilә nizamlamaq, hәmçinin bir-birinә hücum etmәmәk vә bir-birlәrinә qarşı yönәlmiş hәrbi ittifaqlara qoşulmamağı öhdәliyini üzәrinә götürdü. Müqavilә 10 il müddәtinә bağlansa da, bu müddәt bitdikdәn sonra tәrәflәrdәn hәr hansı biri onu etibarsız elan etmәdiyi tәqdirdә qeyri-müәyyәn vaxtadәk qüvvәdә qalırdı.