ƏFQANISTAN-HİNDİSTAN MÜQAVİLƏSİ (1950) – yanvarın 4-dә Dehlidә Əfqanıstanla Hindistan arasında bağlanmış dostluq müqavilәsi. Ə.-H.m.-nә görә, tәrәflәr bir-birinin müstәqilliyinә vә hüququna hörmәt etmәk, mәdәni vә ticari әlaqәlәrini genişlәndirmәk, sәnaye vә k.t.-nın inkişafında bir-birinә qarşılıqlı kömәk göstәrmәk haqqında öhdәliklәr götürdü. Müqavilә Əfqanıstan ilә Hindistan arasında münasibәtlәri nizama salan әsas sәnәd idi. 5 illik müddәtә bağlanmış müqavilә tәrәflәrdәn birinin onu lәğv etmәsinәdәk qüvvәdә qalırdı.