ƏFQANISTAN-MARATHA MÜHARİBƏSİ (1758–61) – Şimali Hindistanın müsәlman hakimlәri tәrәfindәn dәstәklәnәn Əfqanıstan hökmdarı Əhmәd şah Dürrani ilә daxili çәkişmәlәr nәticәsindә zәiflәmiş Maratha racәliklәri arasında Şimali Hindistanda ağalıq uğrunda müharibә. 1758 ildә Maratha qoşununun Dehliyә daxil olması vә әfqanların Hind çayının sağ sahilinә qovulması ilә başlanan müharibә dәyişkәn üstünlük şәraitindә gedirdi. Ə.M.m.-nin hәlledici vuruşması 1761 il yanvarın 14-dә Panipat düzәnliyindә baş vermişdir. Sayca üstünlüyә malik olmalarına baxmayaraq marathalar darmadağın edilmiş, Maratha konfederasiyasına sarsıdıcı zәrbә vurulmuşdu. Ə.-M.m. Britaniya tәhlükәsinә qarşı mübarizәdә Hindistan xalqlarını zәiflәtmiş, nәticәdә Hindistanın ingilislәr tәrәfindәn işğalı asanlaşmışdı.