ƏFQANISTAN-SİQH MÜHARİBƏSİ (1835–37) – Kabil әmiri Dost Mәhәmmәd ilә Pәncab hakimi Rancit Sinqh arasında Pişәvәr uğrunda müharibә. Müharibәyә başlayan Dost Mәhәmmәd Dürranilәr dövlәtinin zәiflәmәsindәn istifadә edәrәk Rancit Sinqhin әlә keçirdiyi әfqan torpaqlarını geri qaytarmağa çalışırdı. Əvvәlcә hәrbi üstünlük siqhlәrin tәrәfindә olsa da, 1837 ilin yazında әfqanlar Cәmrud yaxınlığında (indiki Pakistan әrazisindә) onları ağır mәğlubiyyәtә uğratdılar. Ə.-S.m. 1838 ildә birinci İngiltәrә-Əfqanıstan müharibәsinin başlaması ilә dayandırıldı. İngiltәrә müstәmlәkәçilәri ilә müharibә Kabil әmirinin qüvvәlәrini zәiflәtdi vә o, Pişәvәr uğrunda mübarizәdәn imtina etdi. 1849 ildә Pәncabın İngiltәrә tәrәfindәn ilhaqından sonra Pişәvәr İngiltәrәnin Hindistandakı mülklәrinin tәrkibinә qatıldı.