Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELAM

    ELAM – Dәclә vә Fәrat çaylarının aşağı axarından ş.-dә, İran yaylasının c.-q. hissәsindә (indiki İranın Xuzistan vә Luristan vil.-lәrinin әrazisi) qәdim dövlәt (3-cü minillik – e.ә. 6 әsrin ortaları). E.-ın әn mühüm vilayәtlәri Barahşi, Simaşki, Anşan (Anzan); şәhәrlәri Avan (erkәn E. hökmdarları buradan çıxmışlar), Suz (E.-ın paytaxtı), Adamdun idi. Şumer mәnbәlәrindәn mәlum olur ki, e.ә. 3-cü minillikdә E. vә Beynәlnәhreyn (İ k i ç a y a r a s ı) ş.-lәri arasında ticarәt mövcud idi. E.-dan qiymәtli meşә materialı, gümüş, mis vә digәr sәrvәtlәr ixrac edilir, xaricdәn isә arpa vә yağ gәtirilirdi. Burada sәnәtkarlıq mәmulatının müxtәlif növlәrinin istehsalı sahәsindә ixtisaslaşma vardı. E.ә. 2-ci minillikdәn başlayaraq müxtәlif sәnәt növlәri (bәnnalıq, ağac emalı, dulusçuluq, çörәkçilik vә s.) haqqında mәlumatlar yazılı mәnbәlәrdә әksini tapmışdır. E. mәdәniyyәti geniş yayılmış, onun bәzi ünsürlәri Cәnubi Qafqaza da gәlib çatmışdı. E. erkәn quldarlıq dövlәti idi. Mәbәd vә dövlәt tәsәrrüfatında, hәmçinin ailә icmasında qul әmәyindәn geniş istifadә edilirdi. E. tarixini üç dövrә bölmәk olar:

     Елам дювляти вя тарихи вилайятляри (е.я. 2-ъи миниллик). А.Н.Ялимирзяйевя                                                                                                                                                                   эюря

    Q ә d i m E l a m d ö v r ü (e.ә. 3-cü minillik – e.ә. 14 әsrin ortaları) Avan, Simaşki, Anşan sülalәlәrinin ardıcıl olaraq yüksәlmәsi ilә sәciyyәlәnir. 3-cü minillikdә elamlılarla Beynәlnәhreyn dövlәtlәri arasında tez-tez toqquşmalar baş verirdi. 3-cü minilliyin ikinci yarısında, xüsusәn Sarqon (Qәdim) dövründә Akkadın E.-a müdaxilәsi güclәndi. Sarqon Avan sülalәsindәn olan E. hökmdarı Luhhişşanı әsir götürdü. Taxta çıxan Luhhişşanın oğlu Hişepraşer Sarqonun hakimiyyәtini tanısa da, E. tezliklә Akkadın tabeliyindәn çıxdı. Bu sәbәbdәn Sarqonun ölümündәn sonra oğlu Rimuş E.-a yenidәn yürüş etdi. Ölkә talan olundu vә yenidәn Akkada birlәşdirildi. Bu vәziyyәt Rimuşun oğlu Maniştusunun dövründә dә davam etdi. E. yalnız Akkad çarı Naram-Suenin hakimiyyәti dövründә müstәqillik qazandı. Dünyada ilk mәlum beynәlxalq müqavilә bu dövrdә Akkad çarı Naram-Suenlә E. hökmdarı (adı sәnәddә qalmamışdır) arasında bağlanmışdır. Onun Hita, yaxud Puzur-İnşuşinak (Avan sülalәsinin sonuncu hökmdarı) olduğu ehtimal edilir. Yazılı mәnbәlәrә görә, Puzur-İnşuşinaka qәdәr E. vahid ali hökmdarın hakimiyyәti altında olmamışdır. “Suzun kahini, E. hökmdarı” rütbәsini ilk dәfә o qәbul etmişdir. Kutilәrin qısamüddәtli hökmranlığından sonra 3-cü minilliyin sonunda E.-da hakimiyyәtә Simaşki sülalәsindәn olan hökmdarlar keçdi. Bu sülalәnin ilk hökmdarları E. üzәrindә III Ur sülalәsinin hakimiyyәtini tanıyırdılar (tәqr.21 әsr). Urun sonuncu hökmdarı İbbiSuenin dövründә E.-da hәrc-mәrclik başladı, Suz, Adamdun, Avan şәhәrlәri işğal olundu vә Simaşki hökmdarı әsir götürüldü. Lakin artıq e.ә. 2005 ildә Simaşki sülalәsindәn olan hökmdarlardan biri Urun dağıdılmasında iştirak etdi. Әsir götürülmüş İbbi-Suenlә birlikdә Şumer allahlarının heykәllәri Anşana gәtirildi. Simaşki hökmdarları әvvәlki titul ilә yanaşı, yeni “Simaşki vә E. hökmdarı” vә bir sıra digәr tituldan da istifadә edirdilәr. Simaşki sülalәsinin sonuncu hökmdarı II İdattu ehtimal ki, yeni sülalәnin әsasını qoymuş vә “Anşan vә Suz hökmdarı” titulunu qәbul etmiş Ebarti [tәqr. e.ә. 1905–1894] tәrәfindәn taxtdan salınmışdı. Ebartinin qısamüddәtli hakimiyyәtindәn sonra hakimiyyәtә onun oğlu Şilhaha keçdi. “Sukkalmah” (“böyük elçi”) rütbәsi dә onun adı ilә әlaqәdardır. Şilhaha özünü “Sukkalmah, Anşan vә Suzun atası, hökmdarı” adlandırırdı. Onun varislәri dövründә bu “E.,Simaşki vә Suzun sukkalmahı” rütbәsi ilә әvәz edilir, әvvәlki rütbә isә e.ә. 2-ci minilliyin ikinci yarısında yenidәn işlәdilir. Şilhahanın dövründәn e.ә. 13 әsrә kimi taxt-taca varislik ana xәtti ilә (yәni hakimiyyәtә hökmdarın oğlu yox, bacısı oğlu keçә bilәrdi: bu da bacı ilә qardaşın nikahına gәtirib çıxarırdı) aparılırdı. Anşan hökmdarlarının hakimiyyәti dövründә e.ә. (2-ci minilliyin birinci yarısı) vә ondan әvvәl E.-da ikihakimiyyәtliliyә vә bәzәn üçhakimiyyәtliliyә yol verilirdi. Dövlәt idarәsinin belә forması e.ә. 2-ci minilliyin ikinci yarısında aradan götürüldü, bundan sonra hökmdarlar “şah” (elamca – sunki) titulu daşıyırdılar. E. hakimlәri vaxtaşırı Beynәlnәhreyn dövlәtlәri ilә rәqabәt aparan güclü mәrkәzlәşdirilmiş dövlәt yarada bilirdilәr. Dövrün sonunda E. dövlәti zәiflәdi. E.ә. 14 әsrin ikinci yarısında kaşşular E.-ı işğal etdilәr.

     Елам. Зиккурат. Дур-Унташ (Чоьа-Зянбил). Тягр. е.я. 1250 ил.

    O r t a E l a m d ö v r ü (e.ә. 14 әsrin ikinci yarısı – 8 әsr). E.-ın kaşşuların hakimiyyәti altında qalması müddәti mәlum deyildir. Attarkittahın dövründә (e.ә. 14 әsrin sonu) “Anşan vә Suz hökmdarı” rütbәsi yenidәn işlәdilirdi. E.ә. 13 әsrdәn E.-da banisi İqehalki olan sülalә hakimiyyәt sürürdü. Untaş-Napirişanın [onun vaxtında Dur-Untaşda (indiki Çoğa-Zәmbildә mәşhur zikkurat – “qüllәli mәbәd”) tikilmişdi] hakimiyyәti dövründә [e.ә. 1275–1240] E. kaşşuların tabeliyindәn tamamilә çıxdı. Kiten-Hutranın dövründә [tәqr. e.ә. 1240–1205] isә elamlılar kaşşu Babilistanına soxulmağa başladılar. I Şutruk-Nahhuntenin [tәqr. e.ә. 1185–1155] Babilistanda kaşşular sülalәsinә son qoyması (tәqr. e.ә. 1157) ilә E.-da siyasi yüksәliş başlandı. Qәlәbә әlamәti olaraq o, Babildәn Maniştusunun heykәlini, NaramSuenin kitabәsini, üzәrindә Hammurapi qanunları hәkk olunmuş qara sütun daşı vә s. apardı. Şutruk-Nahhuntenin işğalçılıq siyasәtini Şilhak-İnşuşinak [tәqr. e.ә. 1150– 1120] davam etdirirdi. Onun dövründә E. әrazisi xeyli genişlәndi. Lakin onun varisi Huteluduş-İnşuşinak [tәqr. e.ә. 1120–1110] ömrünün sonunda Cәnubi Beynәlnәhreyndә hakim mövqeyi Babilistana ver- mәyә mәcbur oldu. Babil çarı I Navuxodonosor hәtta bir müddәt E.-ı özünә tabe etdi. Sonrakı bir neçә әsr E. tarixi hәlә mәlum deyildir.

    Y e n i E l a m d ö v r ü (e.ә. 8–6 әsrlәr). Bu dövrün E. hökmdarları Babilistanla ittifaq siyasәti yürüdür vә Aşşura qarşı birgә mübarizә aparırdılar. I Humpannikaş [e.ә. 742–717] e.ә. 720 ildә E. sәrhәdindә Der yaxınlığında Aşşur çarı II Sarqonu mәğlubiyyәtә uğratdı. Onun varisi II Şutruk-Nahhunte işğalçılıq müharibәsini davam etdirmәklә aşşurluların E.-a soxulmasının qarşısını aldı. Aşşur çarı Aşşurbanipal e.ә. 665, 655, 652, 648, 646, 645, 640–639 illәr yürüşlәrindә bir sıra E. şәhәrini dağıtdı vә E-.ı tabe etdi. Lakin bu uzun sürmәdi. E.ә. 7 әsrin sonunda Aşşur dövlәti süqut etdi. Daxili siyasi ziddiyyәtlәr nәticәsindә zәiflәyәn E.-ı e.ә. 6 әsrin birinci yarısında Mada (Midiya), sonra isә Әhәmәnilәr işğal etdi.

    Елам. Солдан-саьа: Илащя Нарундинин щейкяли. Ящянэдашы. Кутик-Иншушинакын щакимййяти дюврц. Е.я. 2200 ил. Лувр; Суздан тапылмыш Аван вя Симашки сцлаляляринин щюкмдарларынын сийащысы. Тягр. е.я. 1700 илляр. Лувр; Варлы адамын (ещтимал ки, Елам щюкмдарынын) щейкяли. Тунъ. Е.я. 2300–2000 илляр. Метрополитен музейи; Еламлы охатанын тясвири олан габ. Тунъ. Е.я. 10–9 ясрляр. Метрополитен музейи

    Elamlıların dini tәsәvvürlәrindә ilan geniş yer tuturdu. İlan bәdnәzәrdәn qorumaq rәmzi idi. İlan tәsviri qab, alәt vә s. әşyalara vurulurdu. E.-da çoxallahlılıq mövcud idi. İlk dövrdә E. allahlarının başında qadın ilahә dururdu. Bu da ana nәsli hökmranlığının qalığı idi. Tәdricәn iqtisadi-ictimai münasibәtlәrin inkişafı ilә әlaqәdar allahların başçısı kişi allahı olur. E.-da dini ayinlәr hәyatın bütün sahәlәrindә özünü göstәrirdi.

    E.-ın ictimai-iqtisadi hәyatı üçün kәnd icmasının qalıqları vә әsasәn ailә icmasının mövcudluğu sәciyyәvidir. E.ә. 2-ci minillikdә ailә icmaları daxilindә mülki bәrabәrsizlik güclәndi. Ailә icma torpaqları alınıb-satılır vә bölünürdü. Ayrı-ayrı varlanmış şәxslәr ailә icma torpaqlarını öz әllәrindә cәmlәşdirirdilәr. Ailә icma üzvlәrinin torpaqlarını әlә keçirmәk üçün “qardaşlıq” müqavilәsindәn istifadә edirdilәr. “Qardaşlıq” müqavilәsi bağlayan tәrәflәrdәn biri әmlakını itirirdi. Müflislәşmiş ailәlәr yoxsul tәbәqәlәrin sayını artırırdı. Onlar torpağı icarәyә götürüb becәrmәyә mәcbur olurdular.

     Qәdim E. abidәlәri ilә tanışlıq 19 әsrin ortalarına aiddir. Bu abidәlәr barәdә ilk mәlumatlar ingilis arxeoloqu U.K. Loftusa mәxsusdur. 1884 ildәn M. Dyolafua (1884– 86), J. de Morqan (1889–1912), R. de Mekenem (1913 ildәn), R. Girşmanın (1946–51) başçılıq etdiklәri Fransa arxeoloji ekspedisiyaları tәrәfindәn E.-ın, başlıca olaraq paytaxtı Suzun arxeoloji tәdqiqinә başlanılmışdır. 1935 ildәn (1951–62 illәrdә daha intensiv) R.Girşmanın başçılıq etdiyi ekspedisiya tәrәfindәn Dur-Untaşda (indiki Çoğa-Zәmbil), 1962–63 illәrdә R. Deluqaz vә H. Kantorun başçılıq etdiyi Amerika ekspedisiyası tәrәfindәn Çoğa-Lişdә (Suzdan 30 km ş.-dә), Ali-Koş, Malamir vә s. yerlәrdә qazıntılar aparılmışdır. E. dövrünә aid әsas tapıntılar Luvr muzeyindә (Paris) vә Arxeologiya Muzeyindә (Tehran) saxlanılır.

    E. bәdii irsi e.ә. 4–2-ci minilliyә aiddirvә İkiçayarası mәdәniyyәti ilә sıx bağlıdır. E. incәsәnәtinin erkәn dövrü üçün gil heykәlciklәr (mәhsuldarlıq ilahәsi fiqurları), heyvan vә ovçuların qara rәngli, hәndәsi tәsvirlәr çәkilmiş qablar sәciyyәvidir. E. incәsәnәtinin inkişaf dövrü zәngin naxışlı rәngli qablar, üzәrindә gerb vә mәişәt tәsvirlәri olan silindrvarı möhürlәr, hökmdar qadın Napir-Azunun tunc heykәli vә s. ilә tәmsil olunur. E. incәsәnәtindә qliptika geniş yayılmışdı.

    Әd.:
    Ю с и ф о в Ю. Б. Элам. Социально-экономическая история. М., 1968; Х и н ц В. Государство Элам. М., 1977; Ә l i m i r z ә y e v A. N. Erkәn Elam cәmiyyәti: siyasi-iqtisadi münasibәtlәr vә yazı tarixi. Bakı, 2011.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV