ELAS (EΛΑΣ, Ελληνικός Λαϊκός Απελευθερωτικός Στρατός – Yunanıstan Xalq Azadlıq Ordusu sözlәrinin ixtisarı) – İkinci dünya müharibәsi dövründә Müqavimәt hәrәkatının Yunanıstandakı silahlı qüvvәlәri. Yunanıstanda fәaliyyәt göstәrәn partizan dәstәlәrinin әsasında yaradılmışdı (1941, dekabr). Mәqsәdi ölkәni alman faşistlәrindәn azad etmәk, xalqın nailiyyәtlәrini vә azadlıqlarını qorumaq idi. 1943 ilin payızınadәk E. Yunanıstanın tәqr. 1/3 hissәsini azad etdi; 1944 ilin sentyabrında hәlledici hücuma keçәrәk bütün ölkәni hitlerçilәrdәn tәmizlәdi. ELAS işğalçılara böyük tәlәfat vermişdi; 21800 nәfәr öldürülmüş, tәqr. 6,5 min nәfәr әsir alınmış, çox sayda hәrbi texnika sıradan çıxarılmış vә әlә keçirilmişdi. Ölkәdә hakimiyyәt antidemokratik qüvvәlәrin ixtiyarına keçdikdәn vә ingilis qoşunlarının Yunanıstana silahlı müdaxilәsindәn sonra ELAS buraxıldı (1945, 28 fevral).