ƏFQANLI (qızlıq familiyası Ağamalova) Bәdurә Mәlik qızı (25.10.1912, Bakı – 6.5.2002, Bakı) – ilk azәrb. qadın teatr rәssamlarından biri. Azәrb. SSR xalq rәssamı (1974), әmәkdar incәsәnәt xadimi (1949). Azәrb. Dövlәt Rәssamlıq Texnikumunu bitirmişdir (1931). 1934–35 illәrdә Aşqabad Dövlәt Azәrb. Musiqili Teatrında bir sıra tamaşalar üçün (“Leyli vә Mәcnun”, Ü.Hacıbәyli; “Aşıq Qәrib”, Z.Hacıbәyli; “Şeyx Sәnan”, H.Cavid; “1905-ci ildә” vә “Sevil”, C.Cabbarlı) dekorasiya vә geyim eskizlәri çәkmişdir. 1938–60 illәrdә Azәrb. Dövlәt Dram Teatrında işlәmiş, burada “Eşq vә intiqam” (S.S.Axundov), “İntizar” (M.Hüseyn vә İ.Əfәndiyev), “Dağılan tifaq” (Ə.Haqverdiyev), “Vassa Jeleznova” (M.Qorki), “Hind gözәli” (V.Vinnikov vә Y.Osnos), “Fәrhad vә Şirin” (S.Vurğun), “Otello” (U.Şekspir; N.Fәtullayevlә birgә), “Şirvan gözәli” (Ə.Mәmmәdxanlı) vә s. tamaşalara tәrtibat vә geyim eskizlәri vermişdir. Tamaşalar üçün hazırladığı geyimlәrdә personajların fәrdi vә milli xüsusiyyәtlәri әks olunmuşdur. 1960 ildәn “Azәrbaycanfilm” kinostudiyasında geyim üzrә quruluşçu rәssam işlәmişdir. Ə. Azәrb. Dövlәt Rus Dram Teatrının bir sıra tamaşası, hәmçinin opera, kinofilm (“Mәhәbbәt dastanı”, “Dәli Kür”, “Dәdә Qorqud” vә s.), rәqs ansamblı vә bәdii özfәaliyyәt kollektivlәri, R.Behbudovun rәhbәrlik etdiyi Mahnı Teatrı üçün geyim eskizlәri çәkmişdir. Bir çox әsәri Azәrb. Dövlәt Teatr Muzeyi vә A.A.Baxruşin ad. Rusiya Mәrkәzi Teatr Muzeyindә (Moskva) saxlanılır.
Яфганлы Б. “Лейли вя Мяънун” операсы üçün эейим ескизи.
Азярбайъан Дювлят Театр Музейи.