ƏFQANLI (tәxәllüsü; әsl soyadı Cәfәrzadә) Rza Rüstәm oğlu (15.5.1899, Cәnubi Azәrb., Sәrab ş. yaxınlığındakı Oğan k. – 19.11.1973, Bakı) – Azәrb. aktyoru. Azәrb. SSR xalq artisti (1943). SSRİ Dövlәt mükafatı laureatı (1948). Azәrb. realist teatr sәnәtinin görkәmli nümayәndәlәrindәn olan Ə. yaradıcılığa 1920 ildәn Bakının fәhlә teatrlarında başlamışdır. 1923–26 illәrdә Bakı Teatr Texnikumunda oxumuş, eyni zamanda Azәrb. Dövlәt Dram Teatrında çıxış etmişdir. 1934–35 illәrdә Aşqabad Dövlәt Azәrb. Musiqili Teatrının rej. olmuş, burada “Otello” (U.Şekspir), “Sevil”, “1905-ci ildә” (C.Cabbarlı), “Şeyx Sәnan” (H.Cavid) pyeslәrini, “Leyli vә Mәcnun” (Ü.Hacıbәyli), “Aşıq Qәrib” (Z.Hacıbәyli) operalarını tamaşaya qoymuşdur. 1935–61 illәrdә Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuşdur. C.Cabbarlı obrazlarının teatrda әn yaxşı ifaçılarından idi: Elxan, Aqşın (“Od gәlini”), Eyvaz, generalqubernator (“1905-ci ildә”), Oqtay (“Oqtay Eloğlu”), Dövlәt bәy (“Aydın”), Yaşar (“Yaşar”), Balaş (“Sevil”) vә b. Ə.-nın yaratdığı Yaqo, Edmund (“Otello”, “Kral Lir”, U.Şekspir), Paratov (“Cehizsiz qız”, A.Ostrovski), Yarovoy (“Lyubov Yarovaya”, K.Trenyov), Nәbi (“Qaçaq Nәbi”, S.Rüstәm), Sәttarxan (“Dumanlı Tәbriz”, M.S.Ordubadi), Fәrhad (“Şәrqin sәhәri”, Ə.Mәmmәdxanlı), Şeyx Sәnan (“Şeyx Sәnan” H.Cavid), Söhrab (“Cavanşir”, M.Hüseyn) surәtlәri Azәrb. teatrı tarixindә özünәmәxsus yer tutur. Romantik pafos, aydın diksiya, dәrin ifadәlilik, hәr bir obrazın fәrdi xüsusiyyәtini qabarıq vermәk bacarığı Ə.-nın aktyor oyunu üçün sәciyyәvi idi. 1962 ildәn H.Ərәblinski ad. Sumqayıt Dövlәt Dram Teatrında işlәmişdir. O, bәdii qiraәt ustası kimi dә mәşhur idi. Ə. “Azәrbaycanfilm”in çәkdiyi “Bakılılar” (1938), “Yeni horizont” (1940), “Dağlarda döyüş” (1967), “Qanun naminә” (1968), “Mәn ki gözәl deyildim” (1968) vә s. filmlәrdә yaddaqalan obrazlar yaratmışdır. Lenin ordeni vә Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.
Яфганлы Р. “Бакылылар” филминдя.