ELASTİK DALĞALAR – bәrk, maye vә qaz mühitlәrindә yayılan elastik hәyәcanlanmalar (mәs., maye, qaz vә bәrk cisimlәrdә sәs vә ultrasәs dalğaları, zәlzәlә zamanı Yer qabığında baş verәn dalğalar vә s.). E.d.-ın mühitdә yayılması zamanı sıxılma vә sürüşmә mexaniki deformasiyaları baş verir. Belә deformasiya vasitәsilә maddә axını olmadan (xüsusi hallar, mәs., akustik axın istisna olunmaqla) enerji daşınır. Yalnız sıxılma deforma siyasına (hәcmin dәyişmәsinә) malik olan maye vә qazlarda uzununa E.d. yayıla bilәr (mühitin hissәciklәrinin rәqslәri dalğanın yayılma istiqamәtindә baş verir). Onların faza sürәti , burada K – hәr tәrәfli sıxılma әmsalı, ρ – mühitin sıx lığıdır. Belә E.d.-a sәs dalğalarını misal göstәrmәk olar. Çox böyük ölçüyә malik bircinsli izotrop bәrk mühitdә hәm uzununa, hәm dә sürüşmә E.d. (eninә E.d.) yayıla bilәr. Sürüşmә dalğalarında zәrrә ciklәrin hәrәkәti dalğanın yayılma istiqamәtinә perpendikulyar olur. Belә mühitdә üç növ – müstәvi, sferik vә silindrik dalğalar yayılır. Qeyri-mәhdud bәrk mühitdә uzununa dalğaların faza sürәti
sürüşmә dalğalarınkı: (G – sürüşmә modulu). cl vә ct kәmiyyәtlәri müxtәlif mühitlәr üçün yüzdәn – bir neçә min m/san-yә qәdәr dәyişir.
Akustik dalğaötürәnlәrdәn ibarәt olan mәhdudlaşdırılmış bәrk cisimlәrdә (lövhә, mil) yalnız normal dalğalar yayıla bilәr. Lövhәdә vә ya mildә normal dalğaların n sayı onların qalınlığı vә ya diametri (d), tezliyi (ω) vә mühitin elastiklik modulu ilә tәyin edilir. ωd-nin böyümәsi ilә normal dalğaların sayı artır vә ωd → ∞ olduqda n → ∞ olur. Normal dalğalar faza vә qrup sürәtlәrinin dispersiyası ilә xarakterizә edilir (bax Sәsin dispersiyası).
Anizotrop mühitlәrdә (kristallarda) E.d.-ın xassәlәri kristalın növündәn vә dalğanın yayılma istiqamәtindәn asılıdır. Ümumi halda kristalda istәnilәn istiqamәt üzrә üç müxtәlif sürәtlә yalnız üç dalğa yayılır: uyğun olaraq uzununa vә ya eninә yerdәyişmә (bax Kristalloakustika) üstünlük tәşkil edәn bir kvaziuzununa vә iki kvazieninә.
İstәnilәn elastik mühitdә E.d.-ın yayılması daxili sürtünmә vә istilikkeçirmә sәbәbindәn onun udulması ilә müşayiәt olunur (bax Sәsin udulması). Әgәr E.d.-ın yolunda hәr hansı maneә olarsa, onda bu maneәdәn dalğaların difraksiyası baş verir.
E.d.-ın tәtbiq sahәsi çox genişdir: kiçik tezlikli E.d. seysmologiyada (zәlzәlәlәrin qeydә alınması üçün) vә seysmokәşfiyyatda, kilohers diapazonlu E.d. hidrolokasiyada vә okeanın tәdqiqindә, ultra- vә hipersәs diapazonlu E.d. fizikada bәrk, maye vә qaz mühitlәrinin müxtәlif parametrlәrinin tәyin olunmasında, tәbabәtdә vә digәr sahәlәrdә tәtbiq edilir (bax hәmçinin Hipersәs, Ultrasәs).