ƏFRASİYAB – qәdim türk rәvayәtlәrindә böyük hökmdar, İran-Turan müharibәlәrinin qәhrәmanı Alp Ər Tunqanın İran dastanlarında vә Firdövsinin “Şahnamә” әsәrindә adı. Mahmud Kaşqari “Divanü lüğat it-türk” vә Yusif Balasaqunlu “Kutadqu biliq” әsәrlәrindә taciklәrin Alp Ər Tunqanı Ə. adlandırdıqları göstәrilmişdir. Qaraxanilәr vә Böyük Sәlcuqilәr özlәrini Ə.-ın nәslindәn hesab edirdilәr.