Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELASTİK SİSTEMLƏRİN DAYANAQLIĞI

    ELASTİK SİSTEMLӘRİN DAYANIQLIĞI – kiçik meyiletmәlәrdәn sonra özünün әvvәlki tarazlıq vәziyyәtinә qayıdan elastik sistemlәrin xassәsi. E.s.d. anlayışı hәrәkәtin vә ya tarazlığın dayanıqlığı anlayışı ilә sıx bağlıdır. Dayanıqlıq istәnilәn mühәndis konstruksiyası üçün zәruri şәrtdir. Dayanıqlığın itmәsi konstruksiyanın hәm ayrıca elementinin, hәm dә bütövlükdә qurğunun korlanmasına sәbәb ola bilәr.

    Tarazlığın dayanıqlı vә ya dayanıqsız formasının fiziki әlamәti izlәnilәn anda yüklәnmiş elastiki sistemin tarazlıq vәziyyәtindәn azacıq meyiletmәsi zamanı müәyyәn olunur. Tarazlıq vәziyyәtindәn kiçik meyiletdirәn sәbәb götürülәndәn sonra sistem әvvәlki vәziyyәtinә qayıdırsa, tarazlıq d a y a n ı q l ı, әvvәlki vәziyyәtindәn uzaqlaşmaqda davam edirsә, d a y a n ı q s ı z d ı r. Dayanıqlı tarazlığın dayanıqsıza keçmәsinә uyğun olan yük b ö h r a n  y ü k, sistemin halı isә b ö h 
    r a n  h a l adlanır. Böhran halının müәyyәn edilmәsi E.s.d. nәzәriyyәsinin әsas predmetini tәşkil edir.

    P qüvvәsinin ox boyunca sıxdığı düz mil üçün Pböh böhran qüvvәsinin qiymәti Eyler düsturu ilә tәyin edilir:

                                                              Pböh= π2EI/( μl )2, 

    burada E – materialın elastiklik modulu, I – eninә kәsiyin әtalәt momenti, l – milin uzunluğu, μucluqların bәrkidilmә şәraitindәn asılı olan әmsalıdır. Biri hәrәkәtsiz, o biri isә mütәhәrrik olan iki dayaq halında μ =1-dir.

    Bir istiqamәtdә sıxılmış düzbucaqlı lövhәcik üçün böhran gәrginliyi

                                                              δböh= Kπ2D/b2h,

    burada D=Eh3/12(1– ν)2 silindrik bәrklik, b vә h – lövhәciyin eni vә qalınlığı, ν – materialın Puasson әmsalı, K – lövhәciyin ölçülәri arasındakı nisbәtdәn vә kәnarlarının bәrkidilmәsi şәrtlәrindәn asılı olan әmsaldır.

    Ox boyunca sıxılmış dairәvi silindrik qabıq halında üst böhran gәrginlik

    h vә R qabığın orta sәthinin qalınlığı vә әyrilik radiusudur.

    Mürәkkәb konstruksiyalar üçün E.s.d. mәsәlәsinin dәqiq hәlli çәtin olduğundan müxtәlif tәqribi üsullardan istifadә edilir. Onlardan әn çox tәtbiq olunanı e n e r g e t i k  ü s u l d u r. Bu üsulda böhran gәrginliyi potensial enerjinin (П) sabitliyi şәrtindәn tapılır (dayanıqlı tarazlıq üçün
    П = minimum).

    Yuxarıda verilәn mәlumatlar E.s.d.-nın itmәsinin materialın elastiklik hәddi daxilindә başvermәsinә aiddir. Elastiklik hәddindәn xaricdә E.s.d.-nı tәdqiq etmәk üçün plastiklik nәzәriyyәsindәn istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV