ELASTİKLİK, i q t i s a d i y y a t d a – bir kәmiyyәtin dәyişmәsinin ardınca digәr kәmiyyәtin reaksiya dәrәcәsinin göstәricisi. E.-in әn bariz nümunәsi bazar qiymәtlәrinin dәyişmәsindәn dәrhal sonra tәlәbin dәyişmәsi göstәricisidir. Bu reaksiyanın nә dәrәcәdә güclü (vә ya zәif) olmasına uyğun qaydada tәlәb vә tәklif әyrilәri öz formasını dәyişәcәk.
Qiymәtlәrә görә tәlәbin elastikliyi müvafiq tәlәbin әmsalını xarakterizә edir:
burada, EPL – tәlәbin elastikliyi, P – әmtәәnin qiymәti, Q – malın kәmiyyәti, DP –qiymәtin dәyişmәsi, DQ – malın kәmiyyәtinin dәyişmәsini bildirir.
Gәlirin tәlәbә tәsiri tәlәbin gәlirә görә elastiklik әmsalı ilә müәyyәn edilir:
Elastiklik anlayışını әmtәә tәklifinin hәmin әmtәәnin qiymәtinin dәyişmәsinә olan reaksiyasını müәyyәnlәşdirmәk üçün dә istifadә etmәk olar: