ƏFSANƏ (far. ) – epik növün ilkin janrlarından biri. Forma vә janr etibarilә әsatir vә rәvayәtә yaxındır, tarixi inkişaf prosesindә biri digәrinә çevrilmişdir. Uzun müddәt nağılların bir növü hesab olunmuşdur. Lakin Ə.-nin özünәmәxsus bәzi xüsusiyyәtlәri vardır. İnsanlar tәbiәt hadisәlәrinin hәqiqi mahiyyәtini dәrk etmәyә sәy göstәrdiyi dövrdәn ayrı-ayrı sәma cisimlәri ilә bağlı, daha sonralar isә müxtәlif tәsәvvürlәri, tarixi hadisә vә faktları әks etdirәn Ə.-lәr yaranmışdır.
Ə.-lәrin yaranması vә xalq içәrisindә yayılması hәlә eramızdan әvvәlki dövrlәrlә bağlıdır. Herodot mәşhur “Tarix” әsәrini yaradarkәn Midiya dövrünün Astiaq vә Tomiris әfsanәlәrindәn bәhrәlәnmişdir. Bir sıra tarixi әsәrlәrdә, salnamәlәrdә, şair vә yazıçıların yaradıcılığında xalq әfsanәlәrindәn geniş istifadә edilmişdir. Azәrb.-da Ə.-lәrin toplanması vә nәşrinә 19 әsrdәn başlanmışdır. 1830 ildә “Literaturnaya qazeta”da şәrqşünas V.Romanoviç Bakıda yerli әhalinin dilindәn yazıya aldığı Qız qalası haqqında әfsanәlәri çap etdirmişdir. “İlandağ”, “Əshabi-Kәhf”, “Buynuzlu İsgәndәr” vә s. bu dövrdә nәşr edilәn Ə.-lәrdir.
Əd.: Əfәndiyev P. Azәrbaycan şifahi xalq әdәbiyyatı. B., 2007.