Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELASTİKLİK f i z i k a d a

    ELASTİKLİK, f i z i k a d a – xarici qüvvәlәrin tәsiri ilә forma vә ölçüsünü dәyişәn vә qüvvәlәrin tәsiri kәsildikdәn sonra әvvәlki konfiqurasiyasını alan cisimlәrin xassәsi.

    Әksәr materialların (mәs., metallarda, dağ süxurlarında, keramikada) kiçik deformasiyalarında gәrginliklәr vә deformasiyalar arasındakı asılılığı xәttidir vә onu ümumilәşmiş Huk qanunu ilә tәsvir etmәk olar. Elastiklik modulunu bәzi universal funksiyalarla әvәz etmәk yolu ilә qeyri-xәtti E. qanunlarına ümumilәşmiş Huk qanununa oxşar forma vermәk mümkündür (bax Elastiklik nәzәriyyәsi).

    Cisimlәrin elastikliyi onları tәşkil edәn atomların qarşılıqlı tәsir qüvvәlәri ilә şәrtlәnir. Mütlәq sıfır temp-rda xarici gәrginliklәrin olmadığı bәrk cismdә atomlar tarazlıq vәziyyәtindәdir. Bu halda hәr bir atoma qalan digәr atomlar tәrәfindәn tәsir edәn bütün qüvvәlәrin cәmi sıfıra, atomun potensial enerjisi isә minimuma bәrabәr olur. Çoxatomlu molekullarda vә makroskopik cismlәrdә yalnız atomlar arasındakı mәsafәdәn asılı olan cazibә vә itәlәmә qüvvәlәrindәn (mәrkәzi qüvvәlәr) başqa, verilmiş atomu onun müxtәlif qonşuları ilә birlәşdirәn düz xәtlәr arasındakı valent bucaqlarından asılı mәrkәzi olmayan qüvvәlәr dә tәsir edir. Valent bucaqlarının tarazlıq qiymәtlәrindә mәrkәzi olmayan qüvvәlәr dә tarazlaşır. Makroskopik cismin enerjisi atomlararası mәsafәdәn vә valent bucaqlarından asılı olub bu parametrlәrin tarazlıq qiymәtlәrindә minimum qiymәt alır.

    Xarici qüvvәlәrin tәsiri ilә atomlar tarazlıq vәziyyәtindәn çıxaraq yerlәrini dәyişirlәr. Cismin formasının vә hәcminin dәyişmәsinә sәbәb olan hәmin qüvvәlәrin gördüyü iş qәdәr bu cismin potensialenerjisi artır. 

    Xarici qüvvәlәrin tәsiri kәsildikdәn sonra elastik cisim öz-özünә tarazlıq vәziyyәtinә qayıdaraq әvvәlki konfiqurasiyasını alır. Cisimdә toplanan artıq potensial enerji rәqs edәn atomların kinetik enerjisinә, yәni istiliyә çevrilir.

    Mayelәr (hәmçinin dә qazlar) elastiki formaya deyil, yalnız elastiki hәcmә malikdirlәr: hәcmin kiçilmәsi tәtbiq edilәn tәzyiqlә mütәnasibdir.

    Qaz halında atomlar vә ya molekulların arasındakı orta mәsafә kifayәt qәdәr böyükdür. Qazların (buxarların) elastikliyi onun hәcmini mәhdudlaşdıran qabın divarlarını zәrbәlәyәn molekulların istilik hәrәkәti ilә tәyin edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV