“ƏFŞAN” – dekorativ sәnәtdә müstәqil ornamental kompozisiya. “Ə.” kompoziyası, әsasәn, “hәlәzun” (spiral), yaxud “piçәk” (qıvrım) formalı şaxәbudaqlar üzәrindә qurulur. Yaxın Şәrqdә, o cümlәdәn İran, Əfqanıstan vә Azәrb.-da “Ə.”-dan memarlıqda (tavan vә divar bәzәklәrindә), kitab tәrtibatında, tikmәlәrdә, xüsusilә xalçaçılıqda geniş istifadә edilir. “Ə.” kompozisiyasında spiralpiçәklәr mәrkәzi nöqtәdәn bayır tәrәfә deyil, bayır tәrәfәn mәrkәzә doğru burulur. Piçәklәr, adәtәn, “sonluq” adlanan yarpaqlarla tamamlanır. Sonluqlar formasına görә balığa oxşar olduğu üçün Qarbağ xalçaçıları bu kompozisiyanı “Balıq”, Tәbriz xalçaçıları isә “Mahi” adlandırmışlar. Bakı, Quba vә Şirvan xalçalarında “Ə.” geniş yayılmışdır. 16 әsrin mәşhur “Şeyx Sәfi” xalçasında da “Ə.” kompozisiyası tәtbiq olunmuşdur. “Xilә-әfşan” (Bakı xalça mәktәbi), “Şahabbasi” (Tәbriz xalça mәktәbi), “Nәlbәkigül” (Qarabağ xalça mәktәbi) vә s. xalça kompozisiyaları “Ə.” әsasında yaranmışdır.
“Хиля-яфшан” халчасы. Азярбайъан Халча Музейи.